Almalı pankeyk (10 ay+)

Almalı pankeyk (10 ay+)Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkildə yetişən alma verildikdə, onun sümük və əzələ inkişafı üçün çox faydalı olmasını bilməlisiniz. Verilən bir qaşıq alma ilə körpənizin mədə pozğunluğu aradan qalxır. Unutmayın ki, sağlam qidalanan körpənin inkişafında heç bir problem yaşanmır. Almanın, boy uzanmasına çox faydalı olması da artıq hər kəsə melumdur. Bu qədər çox faydalı olan bir meyvə mətbəxinizdən əskik edilməməlidir.

Körpələr alma yeyə bilərmi?

Altı ayı tamam olan körpəyə alma püre şəklində bir çay qaşığı olaraq verilə bilər. Sonra, bir çay qaşığı iki çay qaşığı şəklində artırılaraq verilir. Uşağınıza verəcəyiniz alma gündəlik və təzə olmalıdır.

Alma pankeyki üçün inqridientlər;

· 1 ədəd yumurta sarısı,

· 1 ədəd alma,

· 2 xörək qaşığı su,

· 2 çay qaşığı buğda unu (unun miqdarını konsistensiyaya görə ayarlaya bilərsiniz),

· 2 çay qaşığı "Zeytun Bağları" zeytun yağı.

Alma pankeykinin hazırlanma qaydası;,

Bu yemək üçün almanı iki cür hazırlamaq olar:

Əgər körpəniz ilk dəfə alma ilə tanış olursa, almanı buxarda bişirib, kiçik rendeden keçirə bilərsniz. Əgər körpəniz artıq alma ilə tanış olubsa, o zaman almanı çox xırda süzgəcdən keçirərək, istifadə edə bilərsiniz. Hazırlanmış almaya yumurtanın sarısını, un əlavə edib, yaxşı qarışdırın. Zeytun yağı əlavə olunan tavaya hazırladığımız qarışımı düzüb, ağzı bağlı halda hər iki tərəfəni bişiririk.

Sağlam qida     Baxılıb: 6503   Tarix: 14 fevral 2020
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

.

Kabaçki omleti (1 yaş +)

Əgər, körpəniz ilə səhəri dadlı və faydalı yemək ilə başlamaq istəyirsinizsə, bu sadə reseptə diqqət yetirin. Tədqiqatlar göstərir ki, qidalar arasında ən keyfiyyətli protein yumurtadadır. Ümumiyyətlə, yumurtanın sarısı ço

.

Əriştəli toyuq şorbası (10 ay+)

Əriştəli toyuq şorbası 10 ay. Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər

.

Zeytun yağı ilə hazırlanmış Toyuqlu yunan qabağı - Video

Resept:. -500 qr toyuq filesi. -300 qr yunan qabağı. -1 ədəd soğan. -2 diş sarımsaq. -1 x.q. qarğıdalı nişastası. -2 saplaq göy soğan. -2 x.q. Zeytun yağı. -duz. -istiot. Nuş olsun !

.

"Zeytun Bağları" ilə hazırlanmış Jülyen - VIDEO

Resept:. - 250 qr toyuq döş əti . - 300 qr göbələk . - 2 ədəd orta ölçülü soğan . - 150 qr xama. - 1 x.q un - duz. - istiot . - 200 qr holland pendiri . - Zeytun yağı. Nuş olsun !

.

"Zeytun Bağları" ilə hazırlanmış Toyuq salatı-Video

"Zeytun Bağları" ilə hazırlanmış Toyuq salatı. Resept:. -300 qr toyuq filesi. -yarım yaşıl bolqar bibəri. -yarım qırmızı bolqar bibəri. -yarım sarı bolqar bibər. -1 ədəd xiyar. -1 balaca banka konserv göbələk. -

turlar.az

sonxeber.az toy gecesi makiyaj instagram kosmetik vasiteler sidik yolu infeksiyasi aybasi ucun derman sifahi xalq edebiyyati 2024 payiz qis kolleksiyasi kosmetika ekizler veten haqqinda bayati kurtlar vadisi novruz hakıştası sekisler