Əriştəli toyuq şorbası (10 ay+)

Əriştəli toyuq şorbası (10 ay+)Əriştəli toyuq şorbası (10 ay+)

Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər. Çünki toyuq ətini yemək asandır. Buna görə də iştahsızlığın olduğu bir xəstəlik zamanı toyuq bulyonu ilə hazırlanan yeməklər uşaqlara hətda böyüklərə də tövsiyə olunur. Bundan əlavə, qrip olan insana bol maye içmək vacib olduğu halda şorba bu kimi hallarda köməyə yetişən bir yeməkdir. Toyuqun müxtəlif yerlərindəki ətin xüsusiyyətləri də fərqlidir. Məsələn, zülal əsasən döş ətində, yağ isə boyun bud və s. hissədə cəmlənir. Zülal və yağ tərkibi baxımından əhəmiyyətli bir üstünlüyə sahib olan toyuq əti, xüsusilə dəmir, fosfor və B qrup vitaminlərinin yaxşı mənbəyidir. Bişmiş toyuq ətinin qidalandırıcı dəyəri, yenidən qızdırmaqla biraz daha azalır. Təkrar istiləşmədən çəkinin, mümkün qədər uşaq üçün bişirdiyiniz toyuq ətini bişdiyi gündə yedirməyə çalışın.

Əriştəli toyuq şorbası üçün inqridiyentlər:

· Toyuq döş ətinin yarısı,

· 1/2 fincan əriştə,

· 2-3 budaq cəfəri,

· 1 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,

· 1 kiçik kök,

· 5 stəkan su.

Əriştəli toyuq şorbasının hazırlanması:

Dəridən təmizlənmiş və yaxşıca yuyulmuş toyuq əti qazana qoyulur və su əlavə olunur. Orta istilikdə 30 dəqiqə bişdikdən sonra toyuq əti sudan çıxarılır. Toyuq əti didilib, kiçik parçalara kəsilir. Bu vaxt, əlavə tavada zeytun yağı ilə incə doğranmış və ya rəndələnmiş kök orta istilikdə 3-4 dəqiqə bişirilir. Qaynayan toyuq bulyonuna bişmiş kök, didilmiş toyuq, bütöv halda cəfəri və əriştə əlavə olunur. Orta istilikdə 10 dəqiqə bişirilir. Əriştə bişirildikdən sonra ocaqdan götürülür. Qoyduğunuz bütöv cəfəri yeməkdən götülür.

Körpələr üçün şorbanı əl blendirindən keçirib, verə bilərsiniz. Körpəniz xəstədirsə, iştahsızdırsa, yeməkdə çox çətinlik çəkirsə, blenderdən çox xırda keçirə bilərsiniz. Əks halda yeməyi çox xırda keçirməyə ehtiyac yoxdur.

Sağlam qida     Baxılıb: 20344   Tarix: 16 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qırmızı mərci şorbası (8ay +)

Mərci şorbası mətbəxin əvəzsiz yeməklərindən biridir. Tez zamanda hazırlanmasına görə analar üçün əlverişlidir və inkişaf yaşındakı uşaqlar üçün də yaxşı bir dəmir mənbəyidir. Zülal və liflə zəngin olan bu qida qəbizlikdə

.

Zeytun yağı ilə hazırlanmış Toyuqlu yunan qabağı - Video

Resept:. -500 qr toyuq filesi. -300 qr yunan qabağı. -1 ədəd soğan. -2 diş sarımsaq. -1 x.q. qarğıdalı nişastası. -2 saplaq göy soğan. -2 x.q. Zeytun yağı. -duz. -istiot. Nuş olsun !

.

Kökəlmək üçün nə etməli? MƏSLƏHƏTLƏR

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir. Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir

.

"Zeytun Bağları" ilə hazırlanmış Yunan salatı –VIDEO

Resept:. - 2 ədəd xiyar. - 2 ədəd pomidor. - 2 ədəd yaşıl bolqar bibəri. - feta pendiri. - 50 qr qara zeytun. - 1 ədəd qırmızı baş soğan. Sous üçün: extra virgin "Zeytun Bağları" yağı, limon suyu, duz, istiot. Nu

.

Brokoli ilə toyuq kotleti (1+)

Brokoli ilə toyuq kotleti 1. Uşaq qidasında toyuq əti yüksək zülal dəyəri olan qidalardan biridir. Bir sözlə, toyuq əti uşağın sağlam böyüməsi, məktəb həyatında uğur qazanması və aktiv həyatında tez yorulmaması, fiziki v

.

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti. Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələm

.

Almalı pankeyk (10 ay+)

Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkild

turlar.az

sonxeber.az hamilelikde qidalanma toy makiyajlari sade makiyaj sekilleri turşu resepti xalq təbabəti süfrə mədəniyyəti dırnaqlara qulluq kosmetika tut ağacı tutdudu fitat yemek reseptleri sac duzumleri gulmeli hakista