Hamilə qadınlar niyə duzlu qidalar istəyir?

Hamilə qadınlar niyə duzlu qidalar istəyir?Hamiləlik zamanı bir çox qadınların qida vərdişləri dəyişilir. Bu xüsusilə duzlu qidalara aiddir. Hamilə qadınların əksəriyyəti şorabalar, duzlu krekerlər, duzlu çərəzlər kimi məhsulları həddindən artıq çox yeyirlər.
Əvvəllər qadında duzlu qidalara meylliliyin artması hətta "hamiləlik testi" funksiyasını yerinə yetirirdi. Şoraba istədin, deməli hamiləsən.
Saglamolun.az bildirir ki, tibb baxımından bu fenomenin elmi izahı var. Məsələ burasındadır ki, hamiləliyin əvvəlində qadın orqanizmində proqesteron hormonunun səviyyəsi yüksək olur. Proqesteron dölün uşaqlığın divarına implantasiya etməsini (yapışmasını) təmin edir. Digər tərəfdən proqesteron damarları genişləndirir və bu da təzyiqin düşməsinə səbəb olur. Məhz bu səbəbdən qadınlar hamiləliyin əvvəlində özünü halsız, zəif, yorğun və yuxulu hiss edirlər.
Təzyiqin qalxması üçün orqanizmdə natriumun səviyyəsini qaldırmaq lazımdır. Natriumun əsas mənbəyi isə duzdur. Beyin müəyyən siqnallar verir ki, nəticədə qadın daha çox duzlu qidaları, şorabaları yeməyə başlayır.
Hamiləlik inkişaf etdikcə proqesteronun səviyyəsi tədricən düşür, təzyiq normallaşır və duza olan tələbat da azalır.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 1863   Tarix: 20 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunları

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

turlar.az

sonxeber.az reseptler qadin dunyasi gelinlikler muslim somen beautiful praktik məsləhətlər soda maskasi biliye aid atalar sözləri kosmetika mikayıl abdullayev buga burcu kahfe kali dolça brusell bakteriyası