Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN"Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir".
Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Seral Back  deyib.
O bildirib ki, uşaqlarda da  böyüklər kimi baş ağrısı ola bilər. Bəzi ailələr övladlarının başı ağrımayacağını düşünür, bunu sadəcə olaraq məktəbə getməmək və ya dərslərini etməmək üçün bəhanə hesab edirlər. Amma onlar bu məqamda mühüm detalları qaçıra bilərlər. Bəzi xəstəliklərin inkişafına səbəb ola bilərlər.
"Ümumilikdə uşaqlarda baş ağrısının 5 növü var. Bunlardan birincisi kəskin baş ağrılarıdır. Kəskin baş ağrıları infeksiya, travma, kəllədaxili qanaxma və ya meningit nəticəsində yaranan baş ağrılarıdır. Epizodik baş ağrıları təkrarlanan aralıq baş ağrılarıdır. Bunlara adətən uşaqlıq miqrenində rast gəlinir. Xroniki mütərəqqi baş ağrıları isə beyində yer tutan beyin şişləri zamanı görünən və diqqət edilməsi lazım olan baş ağrıları növüdür. Xroniki, mütərəqqi olmayan baş ağrıları psixogen mənşəlidir. Mix tipi baş ağrıları isə mövcud xroniki baş ağrılarının xarakterini dəyişdirərək irəliləyir",-deyə mütəxəssis qeyd edib.
Həkimin sözlərinə görə, baş ağrılarının müalicəsi altında yatan səbəbə bağlıdır. Müalicə hər səbəbə görə dəyişir. Müvafiq anamnez alınmadan və lazımi müayinələr aparılmadan ağrıkəsicilər verilərsə, klinik mənzərə boğulacaq və diaqnoz dəyişdiriləcək. Bunun təhlükəli nəticələri ola bilər. Uşaqlarda baş ağrılarının səbəblərinə nəzər saldıqda onların 60 faizinin kəskin infeksiyalar olduğunu görürük. Bunun xaricində diş çürükləri, qulaq infeksiyaları, burun tıxanıqlığı, gözlərdə refraktiv qüsurlar, miqren, kəllədaxili formasiyalar dediyimiz beyin şişləri, beyində maye yığılması, hidrosefali, travmalar və beyin qansızmalarına rast gəlinir. Miqren baş ağrılarının xarakterik xüsusiyyəti, ağrı səbəbilə səsə və işığa həssaslığın olunmasıdır.
medicalmedia.az 
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 6331   Tarix: 08 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər

.

Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİ

Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanov

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

turlar.az

sonxeber.az gözəllik məhsulları yaz geyimleri 2024 gelinlikler xəmir xörəkləri tanınmış qadınlar salatlarin bezedilmesi qas qalinlasmasi ucun maskalar kosmetika atalar sozleri toyuq salati atalar sozu vətənə aid tərəzi