Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmuş ziqotun yaranması ilə başlayır.
Hamiləlik öncədən planlanmalıdırmı?
Statistikaya əsasən planlanmış hamiləliklər daha uğurlu başa çatır. Hamiləlik öncəsi hazırlıq ən azı 3 ay öncədən başlanmalıdır. Hamiləlik planlayan qadın bu zaman daxilində müəyyən müayinələrdən keçib lazım olan vitamin və minerallar qəbul etməlidir.
Müayinələr:
USM – kiçik çanaq orqanlarında – uşaqlıq və yumurtalıqlarda patalogiyaları aşkar etmək üçün.
Cinsi yolla keçən infeksiyaların yoxlanması.
Qanın, sidiyin ümumi analizi. Hamiləlik dönəmində anemiyalara cox rast gəlinir. Ağır anemiyalar fetusun normal inkişafını ləngidir. Sidik-cinsiyyət sistemi də hamiləlik zamanı artıq yükləndiyindən, infeksiyalaşmağa meylli olduqlarından hamiləlik dönəmində fəsadlar yarada bilər.
Hamiləlik planlayan qadının çəkisinə də nəzarət olunmalıdır. Çəki azlığı və çəki artıqlığı doğuş zamanı fəsadlar yarada bilir. Hamiləlikdən öncə çəkini normallaşdırmaq lazımdır.
Hamiləlikdən öncə ən vacib olan vitamin B9 və ya fol turşusunun qəbulu mütləqdir. Fol turşusu hamiləliyin ilk həftələrində embrionun sinir borularının düzgün inkişafı üçün vacibdir. Hamiləlik planlamayan qadınlar hamiləliyin ilk həftələrini hamilə olduqlarını bilmədikləri üçün fol turşusu qəbul etmirlər. Fol turşusunun kəskin çatmamazlığı döldə sinir borusu defekti yaradır. Buna görə də hamiləlikdən ən azı 8 həftə əvvəl fol turşusu qəbul edilməyə başlanmalıdır.
Hamiləliyin erkən əlamətləri nədir?
Hamiləlik baş verdikdən sonra qadınlar özlərində bəzi əlamətlər hiss edirlər. (şübhəli əlamətlər)
Ürəkbulanma,qusma
İyləri təhrifolunmuş şəkildə hiss etmək
Sinir sistemində bəzi dəyişikliklər (yuxululuq, əsəbilik, başgicəllənmə, əhval-ruhiyyənin tez-tez dəyişməsi və s.)
Tez-tez sidiyə getmə
Süd vəzilərinin şişməsi.
Piqmentasiyanin artması (dəridə, giləətrafı və s.)
Müayinə zamanı obyektiv əlamətlər
Amenorreya (aybaşının olmaması)
Ginekoloji baxış zamanı uşaqlıq yolunun və uşaqlıq boynunun sianozlaşması
Ginekoloji müayinədə uşaqlığın forması, ölçüsü və konsistensiyasının dəyişməsi
Dölün hərəkətinin hiss olunması (ilk hamilələrdə 18-20 həftəsində, təkrar hamilələrdə 16-18 həftəsində)
Qadınlar özlərində şübhəli əlamətlər hiss etdikdə ilk öncə mama-ginekoloqa müraciət etməlidirlər. Hamiləlik təsdiq olunmalıdır. Qadınlar ümumilikdə hamiləlik dönəmində 7 dəfə həkim mama-ginekoloqun qəbulunda olmalıdır.
İlk gəliş  (12 həftəyə qədər)
Məsləhətvermə – qadına  hamiləliyin fizioloji gedişi  haqqında məlumat verilir. "Hamilənin ev kartası" qadına verilir və doldurulması haqqında məlumat verilir.
Arterial təzyiq ölçülür, nəbz sayılır.
Axrıncı aybaşına görə doğuşun güman edilən vaxtının təyini
Bədən kütləsi indeksi (BKİ) hesablanır. BKİ-nin yol verilən sərhəddi 18-dən 30-a qədərdir.
Qanın klinik analizi
Sidiyin ümumi analizi
Qanda şəkərin təyini
Qan qrupu, rezus faktor, əgər qadında rezus mənfi, partnyorunda isə rezus müsbətdirsə, rezus anticismlərinin təyini.
Hepatit B, sifilis testlərinin, İİV yoxlanması.
Rubella (İg G) skrining.
Uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi.
USM.
11-13 həftə aralığında hamilə həmçinin ikili test müayinəsindən keçir. Hamiləliyin 11-13+6 həftəliyində ikili test yoxlanılır. İkili test zamanı qanda betta-XQ, PAPP-A yoxlanılır. Bu analizlə döldə xromosom anomaliyaları aşkarlanır. Ən optimal vaxt 11-12 həftədir. Əgər 11 həftədə Daun sindromunu aşkarlamaq 87%-dirsə, 14 həftədə bu göstərici 79%-dir. Bu analiz nəticəsi tam dəqiq deyildir, xromosom anomaliyasının olma riskini göstərir. Əgər daun sindromu 1/300-dən artıqdırsa, USM-də ənsə qalınlığı 3,5-dən artıqdırsa, onda 11-14 həftəsində xorion biopsiyası edib və ya amniosentez (16-18 həftə aralığında) və ya NİPT testi edərək dölün xromosom quruluşunu öyrənmək lazımdır.
II gəliş (18-20 həftə)
Məsləhətvermə
Arterial təzyiqin ölçülməsi,nəbzin sayılması
Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqramma)
USM
Dördlü test – hamiləliyin 15-21 həftəsində yoxlanılır. (16-18 həftəsində məsləhət görülür). Bu zaman qanda AFP, ümumi XQ, sərbəst estriol, inhibin A yoxlanılır. Aşağıdakı xromosom xəstəlikləri araşdırmağa kömək edir
Daun sindromu
Edvars sindromu
Patau sindromu
Sinir borusu defekti
Bu testlərlə döldə xromosom xəstəliklərini aşkarlamaq olur. Anatomik anomaliyalar isə təyin edilmir. Bu testlərdə göstəricilər normadan aşağı olduqda hamiləyə amniosentez, xorion xovlarının biopsiyası, NİPT testi məsləhət görülə bilər.
III gəliş (26-28 həftə)
Bu həftədən sonra bütün gəlişlərdə məsləhətvermə, arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, dölün ürək döyüntüsünə qulaq asmaq və qravidoqramma həyata keçirilir. Əlavə olaraq
Qanın kliniki analizi
Antirezus immunoqlobulininin rezus- mənfi immunizasiya olmamış qadına yeridilməsi.
IV gəliş (30-32həftə)
KTQ
V gəliş (34-36)
Hepatit B,sifilis testləri tekrar
Uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi
VI gəliş (38-ci həftə)
Sidiyin ümumi analizi.
Dölün vəziyyətinin və gələcək hissəsinin təyini üçün qarnın palpasiyası.
Dölün çanaq gəlişi zamanı doğuşun aparılma taktikasının təyin olunması. (cərrahi və ya təbbi yolla başa çatdırılmasının proqnazlaşdırılması)
VII gəliş (40-cı həftə)
Auskultasiya – dölün ürək döyüntülərinə qulaq asmaq
Əgər bu müddətdə doğuş baş verməyibsə, növbəti gəliş 1 həftədən sonra təyin olunur. 42-ci həftədə isə doğuş başlamamışdırsa, hamilə qadın doğuşun induksiyası üçün stasionara göndərilir.
Mənbə:nazaaz
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 6251   Tarix: 06 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİ

Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanov

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

turlar.az

sonxeber.az toy makiyaji sekilleri yemek reseptleri geyim dəbləri zirinc faydalari seksi geyim dəridə səpkilər qrip haqqında kosmetika novruz bayramı vətən həsrətinə aid bayatılar xərçəng bürcü maska qurd ve quzu