Hamiləlikdə nələri yemək olmaz?

Hamiləlikdə nələri yemək olmaz?Hamiləlik dövründə ən vacib məsələ ananın qidalanmasıdır. Hamilə necə gəldi yox, nizamlı, qaydalar əsasında qidalanmalıdır. Hamilələr hansı qidalara üstünlük verməlidir? Bu müddətdə nələri yemək olmaz?     
"Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) hamilələlərin qidalanmasına dair hazırladığı bəzi məsləhətləri təqdim edirik:
Hamiləlik dövründə düzgün qidalanma ana olmaq istəyən hər bir qadının başlıca vəzifələrindən biridir. Çünki embrion, sonra isə döl öz inkişafı üçün lazım olan qida maddələrini yalnız ana orqanizmindən alır.
İlk növbədə hamilə qalan hər bir qadın zərərli vərdişlərindən əl çəkməlidir. Hamilə qadının alkoqol və siqaret istifadə etməsi körpədə ağır inkişaf qüsurları, qəfil ölüm sindromu, gələcəkdə isə kobud davranış pozuntuları ilə nəticələnə bilər.
Belə bir yanlış fikir var ki, hamilə qadın iki nəfərlik qida rasionu qəbul etməlidir. Təcrübədə bu cür yanaşma uğursuzluqla başa çatır - qadın artıq kilo alır, hamiləliyin gedişi və doğuş çətinləşir, doğuşdan sonra isə artıq çəkidən azad olmaq mürəkkəb bir problemə çevrilir. Hamiləlik zamanı çəki artımı 10-12 kq təşkil etməlidir.
Normadan artıq qidalanma və uzun müddətli aclıq fasilələri arzuolunmazdır.
Sutkalıq rasionunuzda 1,5-2 litr təmiz içməli su olmalıdır ki, böyrəklər və qaraciyərin üzərinə düşən yük azalsın, lakin ödemlərin inkişafının qarşısını almaq üçün hədsiz çox maye qəbul etmək olmaz.
Qida məhsulları mümkün qədər təbii olmalıdır. Konservantlar, emulqatorlar, aromatizatorlar əlavə olunmuş qidalardan uzaq durun.
Hamilə qadının menyüsündə energetik cəhətdən balanslaşdırılmış, mineral və vitaminlərlə zəngin qida (ət, balıq, meyvə-tərəvəz, süd məhsulları, çörək, sıyıqlar) təşkil etməlidir. Bəzi qida maddələrinin rasionda olmaması xoşağəlməz nəticələrə səbəb ola bilər.
Məsələn, hamiləlik boyu menyüsündə zülal çatışmazlığı olan qadının uşağı gələcəkdə arterial hipertoniya, piylənmə, şəkərli diabet kimi xəstəliklərlə üzləşə bilər. Gündəlik rasionunuzda 150 qr qədər yağsız ət heyvani zülallara olan tələbatınızı ödəyə bilər. Zülal və yağlara olan tələbatın ödəniləməsi üçün gün ərzində 200 qr inək südü qəbul edilə bilər. Bunun yarısını hazırladığınız sıyıqlara əlavə edə bilərsiz, qalan yarısını isə içə bilərsiz.
Hamiləlik dövründə qazlı içki, dondurma, qatılaşdırılmış süd, "fast fud" və tortlardan imtina etməniz həm sizin, həmdə uşağınızın sağlamlığına müsbət təsir göstərər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1295   Tarix: 25 oktyabr 2020
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Arıqlamağı asanlaşdıran qidalar

"Zülalla zəngin qidalar yeyərək maddələr mübadiləsinin sürətini artıra və arıqlamağı asanlaşdıra bilərsiniz". Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI. Bunu oxuyandan sonra bir də heç vaxt çiyələ

.

Gündə 50 qram püstə yeyin - FAYDALARI

Püstə zəngin qida mənbəyidir. Xüsusilə zülal, sağlam yağlar, lif, maqnezium, fosfor və B vitamini ilə zəngindir. Antioksidantlar, digər minerallar və vitaminlər baxımından da əhəmiyyətli bir tərkibə malikdir. -ə istinadə

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Gündəlik neçə saat yatmaq lazımdır?

Yuxunun sağlamlıq üçün necə əhəmiyyətli olduğu hər kəsə məlumdur. Tədqiqatçıların fikrincə, böyüklər üçün gecə 7-9 saat yatmaq vacibdir. Ən son araşdırmalar sağlam beyin üçün nə qədər yuxuya ehtiyacımız olduğunu müəyyən edib

.

Qələmlə yazmağı unuduruq, beyin passivləşir

Müasir insan qələmlə, əllə yazı yazmağı getdikcə az istifadə edir. -a istinadən xəbər verir ki, alimlər orta yaş insanın yarım ayda 1-2 dəfə nəsə yazdığını hesablayıb. Əsasən klaviatura, telefon və kompüter istifadə edilir

.

Qaraciyər üçün ən təhlükəsiz spirtli içki

Qaraciyər üçün ən təhlükəsiz spirtli içkilər açıqlanıb. -ə istinadən bildirir ki, içkilər arasında ən təhlükəsizi "rom" adlı içkidir. . Ekpertlər bildirir ki, tərkibində fosfor, sink və kalium olan bu içki digə

.

COVID-19-dan sağ qalanların 64 faizinin vəziyyəti bir il ərzində pisləşir – ARAŞDIRMA

San-Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları ağır formada COVID-19-dan sağ çıxan insanların üçdə ikisinin bir ildən sonra sağlamlığının pisləşdiyini müəyyən edən bir araşdırma aparıblar.   -a istinadən xəbə

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Şəkər istehlakı xərçəngə yol açır?

Həddindən artıq şəkər istehlakı, xüsusən də çəki almağa səbəb olarsa, xərçəng riskini artıra bilər. Aktiv həyat tərzi zərərləri azalda bilər. -a istinadən bildirir ki, bu barədə rusiyalı onkoloq-ginekoloq Yekaterina Timofeyev

turlar.az

sonxeber.az yay geyimləri 2024 hamiləlik qaşların formalari biliye aid atalar sözləri karikatura qış salatları təmizlik kosmetika hakista novruz hakisdalari atalar sozu lakonizim vətən haqqında bayatılar