Hamiləlikdə olan başağrılarına diqqət! - tanınmış həkimdən xəbərdarlıq

Hamiləlikdə olan başağrılarına diqqət! - tanınmış həkimdən xəbərdarlıqQadınların  həyatında ən gözəl dönəm olan  hamiləlik  bəzən xanımlarda kəskin başağrıları da yarada bilir.  
Bu səbəbdən xüsusən hamiləliyin ilk 3 ayında artan başağrılarını azaltmaq üçün tədbirlər görmək lazımdır.
Hamiləlikdən əvvəl başağrıları olan qadınlarda hamiləlik dövründə ağrılarda artma müşahidə olunur.  Xüsusən miqrenli qadınlarda hamiləliyin ilk 3 ayında hormonal dəyişikliyə bağlı olaraq ağrı tutmalarının sıxlığında və şiddətində artma müşahidə edilir.
Hamiləlikdə ən çox rast gəlinən başağrılarından biri də gərginlik tip baş ağrılarıdır. Bu ağrılar adətən hamiləlik müddətinin gətirdiyi stress, hormonal dəyişikliklərdən yaranan narahatlıqlar, xüsusən çalışan hamilələrdə gündəlik işlərin səbəb olduğu yorğunluq nəticəsində əmələ gəlir.
Gərginlik tip başağrıları bütün başı əhatə edən sıxılma tərzində olan ağrılardır. Sözügedən ağrılar əsasən axşama doğru yaranır, çox da şiddətli olmur. Hamiləliyin ikinci və üçüncü trimestrində çəkinin artımıyla bərabər duruş vəziyyətindəki dəyişikliklərin əmələ gəlməsi, yuxu rejimində pozulmalar səbəbi ilə də başağrılardında artım olur.
Hamiləlikdə olan başağrılarına diqqət! - tanınmış həkimdən xəbərdarlıqHamilələrdə başağrılarına qarşı ağrıkəsicilərin istifadəsi məsləhət görülmür. Xüsusən hamiləliyin ilk 3 ayında dərmanların dölə tesiri riskli oldugundan daha çox ehtiyat edilməlidir. Əgər ağrının şiddəti çox olarsa parasetamol tipli dərmanlardan istifadə edilə bilər. Hamiləlikdə ağrıkəsicilərin digər riskləri,  doğuş zamanı qanaxmanın müddəti və miqdarının artmasına səbəb olması və qaraciyər fermentlərini yüksəldə bilməsidir.
Hamiləliyin ağırlaşması olan  preeklampsiya adlanan vəziyyətin ən vacib əlaməti başağrısıdır. Əgər bu başağrısına  ani təyziq yüksəlmələri, üzdə, əl və ayaqlarda şişkinlik də əlavə olarsa, mütləq, vaxt itirmədən  həkimə müraciət edilməlidir. Bundan başqa kəllə daxili təyziqin yüksəlməsi kiçik damar tutulması  və tromb əmələ gəlmə riskinin artmasına səbəb ola bilər.
Bu səbəbdən gərginlik və ya miqren başağrılarına bənzəməyən ağrılarda mütləq nevroloqa müraciət edilməlidir.
Hamiləlik müddətində başağrılarından qorunmaq üçün aşağıdakılar tövsiyyə olunur:
1. Hamilələr yuxu rejiminə xüsusi diqqət yetirməlidirlər. Eyni saatda yatmaq və eyni saatda qalxmaq  başağrılarının qarşısının alınmasında önəmlidir.
2. Rejimlə və sağlam qidalanmaya diqqət edilməlidir. Qanda şəkərin  miqdarında  artıb-azalmalar başağrılarını provokasiya edə bilər.
3. Günlük maye qəbulu 2-2,5 litr olmalıdır.
4. Xüsusən çalışan hamilələr kompyuter qarşısında uzun müddət oturmamalıdır. Fasilələrlə çalışmaq, arabir havaya çıxmaq məsləhətdir.
4. Hərəkətsizlikdən uzaq durulmalıdır. Gündəlik yürüş və yüngül idman hərəkətləri məsləhətdir.
5. Uzun müddət keçməyən başağrılarında soyuq kompres qoyula bilər.
6. Miqren başağrıları olan qadınlar hamiləlik  planlamadan əvvəl botoks müalicəsindən istifadə edə bilərlər.
7. Başağrılarının hamiləliyin ilk 3 ayından sonra azalacağını unutmamalı və səbr göstərməlidir.
Nevroloq Sevinc Mirseyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 927   Tarix: 11 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Gündəlik neçə saat yatmaq lazımdır?

Yuxunun sağlamlıq üçün necə əhəmiyyətli olduğu hər kəsə məlumdur. Tədqiqatçıların fikrincə, böyüklər üçün gecə 7-9 saat yatmaq vacibdir. Ən son araşdırmalar sağlam beyin üçün nə qədər yuxuya ehtiyacımız olduğunu müəyyən edib

.

Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ

AstraZeneca şirkəti ilk dəfə məhkəmədə COVID peyvəndinin nadir yan təsirləri ola biləcəyini etiraf edib. .   -a istinadən xəbər verir ki, məsələn, dərman trombositopeniya sindromu ilə tromboz (TTS) sindromunun inkişafın

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Gündə nə qədər oturmaq, durmaq və yatmaq lazımdır?

Alimlər gündə nə qədər oturmaq, durmaq və yatmaq lazım olduğunu hesablayıblar.   -a istinadən bildirir ki, Suinburn Texnologiya Universiteti və Baker Ürək və Diabet İnstitutunun alimləri yatmaq, məşq etmək, oturmaq və aya

turlar.az

sonxeber.az maskalar donlar 2024 qadin sayti orqazm qonaq otagi dizaynlari çimərlik dəbi dini qadin geyimleri kosmetika vətənə aid bayatı novruz hakisdalari atalar sozu toy gecesi həsən bəy zərdabi