Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? - AÇIQLAMA

Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? - AÇIQLAMASon günlər hamilələr arasında qızılcaya yoluxma ilə bağlı ciddi narahatlıq var. Onların bir çoxu əsaslı və ya əsassız həkim konsultasiyalarına üz tutur. Bəziləri isə sosial şəbəkə üzərindən paylaşım edərək, "hamiləlik zamanı qızılcaya yoluxma halı baş verərsə, nə etməliyəm" sualına cavab axtarırlar.
Bəs hamiləlikdə qızılca virusuna yoluxduqda nə etmək lazımdır? Bu, doğulacaq uşağa nə kimi mənfi təsir edə bilər? Hamiləlik dövründə qızılcaya yoluxma düşük təhlükəsinə gətirib çıxara bilərmi?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Kəmalə Əfəndiyeva qeyd edib ki, hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər.
O bildirib ki, hər bir qadın sağlam hamiləlik üçün ilk həftələrdən etibarən həkim nəzarətində olmalıdır:
"Müayinə zamanı qadının qızılca keçirmədiyi aşkarlanarsa, mütləq şəkildə sıxlıq olan yerlərdən uzaq olmalı, qızılcaya yoluxan biri ilə təmasda olmamalıdır. Təmas olubsa, profilaktik olaraq hamiləyə immunoqlobulin yeritmək mümkündür.
Hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər. Belə ki, qadın birinci trimestrdə qızılcaya yoluxubsa, bu hamiləlik dölün inkişafdan qalması və ya düşüklə nəticələnə bilər. İkinci trimestrdə qızılcaya yoluxma halı varsa, bu zaman uşaqda sinir sistemi, ürək-damar sistemi ilə bağlı inkişaf qüsurları yarana bilər. Hamiləlikdə qızılcanın olması vaxtından əvvəl doğuş təhlükəsi riskini də artıra bilir. Ana namizədi üçün isə meningit, ensefalit kimi fəsadlar yarana bilər.
Əgər qadında hamiləliyin üçüncü trimestrində qızılca aşkarlanıbsa, bu zaman körpəsinin virusla doğulması ehtimalı artır, qızılcanın əksər simptomları yenidoğulmuşda özünü göstərə bilir və təxminən 7-14 gün çəkir".
Həkim əlavə edib ki, peyvənd olunmayan qadın hamiləlikdə belə hallarla qarşılaşmamaq üçün yaxşı olar ki, hamiləliyi planlamadan öncə vaksinasiya olunsun:
"Bu, həm qadının, həm də uşağın sağlamlığı üçün önəmlidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 742   Tarix: 31 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkim qəbulunda etdiyimiz SƏHVLƏR

Pasiyentlər tez-tez həkim qəbulu zamanı səhvlər edirlər. .   -a istinadən xəbər verir ki, mütəxəssislər pasiyentlərin növbədə olarkən başqalarının söhbətlərini dinləməməyi tövsiyə edir. Həmçinin, başqa bir xəstənin gəlişini

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

.

Niyə qadınlar 40 yaşdan sonra arıqlaya bilmir? – SƏBƏB

Bəzi qadınlar yetkinlik dövründə arıqlamağın gənclik illəri ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Zərif cinsin nümayəndələrinin yaş keçdikcə artıq çəkidən çətinliklə qurtulmasının 2 mümkün səbəbi var. . -a istinadə

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Qələmlə yazmağı unuduruq, beyin passivləşir

Müasir insan qələmlə, əllə yazı yazmağı getdikcə az istifadə edir. -a istinadən xəbər verir ki, alimlər orta yaş insanın yarım ayda 1-2 dəfə nəsə yazdığını hesablayıb. Əsasən klaviatura, telefon və kompüter istifadə edilir

.

Həftədə neçə dəfə cinsi əlaqədə olmaq olar? - Həkim açıqladı

"Prostat vəzi sağlamlığı üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Sadəcə sağlam yaşamalıyıq". -a istinadən xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın uroloq-androloqu, həkim Mirhikmət Qiyasov Səhiyy

turlar.az

sonxeber.az gozel gorunmek kosmetika mehsullari makiyaj instagram türk mətbəxi xarici ulduzlar qonag otagi dizayni elm bilik haqqinda atalar sözləri kosmetika englishdilində qulaq qiz evi haxista şirin qoğal arxadan olmaq badambura