Hamiləlikdən qoruyan həblər: Hər qadın istifadə edə bilərmi?

Hamiləlikdən qoruyan həblər: Hər qadın istifadə edə bilərmi?Arzuolunmaz hamiləliklərdən qorunmaq qadınlar üçün hər zaman ən aktaul problemlərdən sayılır. Bir çoxları bununla bağlı qoruyucu həblərdən istifadə edir. Başqa metodlardan yararlananlar da var. Bəs əslində hansı metod daha uğurlu sayılır? Qadınlar nələri nəzərə almalıdırlar?
Milli.Az e-tibb.az-a istinadən  bununla bağlı ginekoloq-cərrah Əhməd Namazovun məqaləsni təqdim edir:
Statistikaya görə, dünyada ən sıx istifadə edilən hamiləlikdən qorunma üsulu, hormonal həblərdir. Tibbi əks göstərişləri bir kənara qoyaraq "Hər qadın üçün hormonal həblər uyğundurmu?" sualına cavab vermək istəyirəm.
Məqsədimiz, qadınlarda arzuolunmayan hamiləliklərin qaşısını almaqdır. Daha bir önəmli məsələ bu arzuolunmayan hamiləliklərin sonlandırılmasına bağlı olan sosyal və tibbi problemləri önləməkdir.
Niyə hamiləlikdən qoruma üsülu seçərkən hər qadına individual yanaşılmalıdır? Bunu kiçik bir hekayə üzərindən izah edim.
Bir gün ambulatoriyada olduğum zaman 22 yaşlı bir xanım mənə müraciət etdi:
- Doktor mən hamiləlikdən qorunmaq istəyirəm,mənə hormonal həblər üçün resept yazın zəhmət olmasa.
Xanımın tibbi məlumatlarını gözdən keçirdim, görünən bu idi ki, əslində hormonal həblər üçün bir əks göstəriş yoxdur. Ancaq bir sual məni maraqlandırdı:
- Nə qədər müddətə hamiləlikdən qorunmağı planlayırsınız?
Xanım çox əminliklə cavab verdi:
- Doktor, yaxın 5 ildə qəti sürətdə hamiləlik planlamıram
Bu cavabı eşidəndə mənim növbəti sualım qaçınılmaz oldu:
- Yaxşı bəs 5 il boyunca hər gün vaxtlı-vaxtında unutmadan həb qəbul etmə iradəsini özünüzdə görürsünüzmü?
Bu sual qarşısında bir az öncə əminliklə məndən hormonal həb istəyən xanım duruxub qaldı. Bir az sonra cavab verdi:
- Doktor əslində 1 il öncə arzuolunmayan hamiləlik keçirdim və sonlandırdım. Bu məndə böyük travma yaratdı. Onda da hormonal həblərdən istifadə edirdim, bir neçə gün qəbul etməyi unutmuşdum. Siz mənə başqa nə təklif edirsiniz?
Və mən başladım spiral və digər qorunma metodlarından bəhs etməyə...
Arzuolunmayan hamiləliklər və bunlara bağlı yaranan maddi və mənəvi problemlər günümüzdə aktual problemlərdən biridir. Hamiləlikdən qorunma üsulunun maksimal effektli olması üçün qadının tibbi və qeyri-tibbi statusu nəzərə alınmalı və ona uyğun individual yanaşma tərtib edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1456   Tarix: 16 fevral 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

.

Diş ağrısını saniyələr ərzində yox edən təbii üsul

Diş ağrısından xilas olmağa bəzi hallarda dərmanlar belə kömək etmir. -a istinadən xəbər verir ki, diş ağrısını saniyələr ərzində yox edən təbii bir üsul var. Qəribədir ki, bu bitkinin tozu diş arğısı ilə yanaşı, ziyillə

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Bu qəhvə növü ölümcül xəstəliyə səbəb olur

Bir çox insanlar üçün kofeinsiz qəhvə cəlbedici bir alternativ kimi görünür,.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, kofeinsiz qəhvə ölümcül xəstəliyə səbəb ola bilər. Kofeinsiz qəhvə hazırlamaq üçün ümum

.

Gündə nə qədər oturmaq, durmaq və yatmaq lazımdır?

Alimlər gündə nə qədər oturmaq, durmaq və yatmaq lazım olduğunu hesablayıblar.   -a istinadən bildirir ki, Suinburn Texnologiya Universiteti və Baker Ürək və Diabet İnstitutunun alimləri yatmaq, məşq etmək, oturmaq və aya

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

turlar.az

sonxeber.az qis geyimləri 2024 geyim necə seçməli geymler 2024 aparici serxan keremoglu hicab baglamaq usullari qadindunyasi.az böyrək problemi kosmetika maska hakıştalar xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır veten seirleri vətənə aid