Hansı bürcdən olan qadınlara hansı hədiyyə alınmalıdır?

Hansı bürcdən olan qadınlara hansı hədiyyə alınmalıdır?Qoç:
Qoç bürcündən olan xanımlara xoş aksessuarlar, şlyapa və ya beretka ala bilərsiniz. Gözəllik salonundan makiyaj və ya üz baxımı etdirməsi üçün hədiyyə çeki verə bilərsiniz. Onun xoşuna gəlmək üçün təmtəraqlı bir yığıncaq təşkil edə bilərsiniz. Ona qızıl almaq istəyirsinizsə seçiminiz brilyant olmalıdır, kiçik sırğalar və brilyant qaşlı üzük onunçox xoşuna gələcək. İpək seksi alt paltarları üçün ürəkləri gedir, ən sevimli rəngləri qırmızı və çəhrayıdır.

Buğa:
Buğa bürcündən olan xanımlar ətirdən heç vaxt doymazlar, onlara ətir hədiyyə edin. Mətbəxi üçün kiççik səbətlərə qoya biləcəyi dibçəklər ala bilərsiniz. Gözəllik salonundan 1 günlük hədiyyə çeki onun çox xoşuna gələcək. Ən yaxşı pambıq materialdan ağ rəngli gecə geyimi seçə bilərsiniz. Qızıl almaq istəsəniz, favorisi zümrüddür.

Əkizlər:
Bu bürc altında doğulan xanımlara qəşəng bir qələm seti, cib telefonu, kompüter kimi insanlarla sıx əlaqə saxlayan vasitələr hədiyyə edə bilərsiniz. Ona bijuteriya və ya dəri bel çantası ala bilərsiniz. Əkizlər bürcündən olan xanımlar eyni anda bir neçə iş görməyi sevdiklərindən onlara musiqi dinləyə biləcəkləri CD və ya MP3 , ya da radio hədiyyə edə bilərsiniz. Yazmağı sevən əkizlərə qığıllı bir günlük dəftəri də gözəl hədiyyə olacaq.

Xərçəng:
Romantik xərçəng qadını ona alacağınız bir şeir kitabını çox sevəcək. İnci alacaqsınızsa ala biləcəyiniz ən keyfiyyətli təbii inciləri almalısınız. Gecə geyimi almaq istəyirsinizsə inci ağı ya da gümüş rəngli dantel bəzəməli ipək və ya atlas gecəlik almalısınız. Onun üçün ən keyfiyyətli gözəllik salonundan makiyaj və saç üçün çek ala bilərsiniz. Xərçəng qadınlar mətbəxi sevirlər, gözəl yeməklər bişirirlər. Onlara mətbəx üçün qəşəng qazan və tava seti, bifşteks bıçağı, taxta salat dəsti, qəhvə maşını, çaydan seti kimi hədiyyələr verə bilərsiniz. Xərçəng qadını çox romantikdir; gümüş və ya şüşədən düzəldilmiş şamdanları çox sevə bilər.

Şir:
Ona nə alsanız alın, pulunuzun çatdığı ən təcrübəli və ən yaxşı hədiyyəni almalısınız. Qara bir gecə geyimi ala bilərsiniz. Şir qadınına qırmızı gül göndərin. Qəşəng qaba qoyulmuş bir qutu şokolad ya da bir səbət dolusu çay, mürəbbə və peçenye birləşməsi xoşuna gələcək. Ona öz seçəcəyi keyfiyyətli marka bahalı bir günəş gözlüyü ala bilərsiniz. Çalışarkən musiqi dinləməyi sevən şir qadınına ofisi üçün kiçik bir musiqi seti ala bilərsiniz. Ləl-cəvahirat alacaqsınızsa boyunbağı və sırğa, ya da brilyant qaşlı bir bilərzik seçə bilərsiniz. Favori daşı yaqutdur.

Qız:
Qız qadını əlləri işləməkdən zövq alır. Ona bir aylıq pianino dərsi, ya da bir çox xüsusiyyəti olan portativ bir tikiş maşını alabilirsiniz. Ofisində uzun saatlar keçirdiyi üçün iş stolu üçün xüsusi bir aksesuar yaxşı bir seçimdir. Kompüter mükəmməl bir hədiyyə olacaq. Onun üçün bir illik internet abunə satın ala bilərsiniz. Formasını qorumağı sevən Qız qadınına evində idman etməsi üçün alacağınız bir idman aləti də çox işinə yarayacaq. Klassik ağ bir köynək -ən keyfiyyətli pambıq və ya ipəkdən- hər zaman favoritidir. Vasvası Qız qadınına ağ bir gödəkcə verə bilərsiniz. Klassik tərzdən xoşlanan Qız bürcünə təqvim ya da iş çantası hədiyyə edə bilərsiniz. Qız bürcü eyni zamanda çox dəqiqdir, klassik bir qol saatı ya da iş yerində stolunun üstünə qoya biləcəyi bir saat çox işinə yarayacaq.

Tərəziı:
Tərəzi qadınının ən sevdiyiniz hədiyyəsi keyfiyyətli ləl-cəvahiratdır. Ona opal bir üzük, ya da safir bir boyunbağı ala bilərsiniz. Tərəzi qadının ictimai həyatı çox hərəkətlidir. Kiçik bir gecə çantası, şal ya da dikdaban gecə ayaqqabıları alsanız tez-tez istifadə edəcəyindən əmin ola bilərsiniz. Tərəzi ətir və ətirli bədən losyonlarını cazibədarlığının bir hissəsi olaraq istifadə edir. Eyni şəkildə ipəkli seksi iç paltarlarından da imtina edə bilməz. Şampan rəngi ipək bir gecəlik xoşuna gedəcək. Bürc gözəllik və zəriflik planeti Venera tərəfindən idarə olunduğuna görə təbii olaraq təzə çiçəklər üçün ürəyi gedə bilər. Tərəzi qadını evi üçün yeni bir aksesuardan çox xoşlanacaq. Tərəzinin metalı misdir. Bu hər hansı mis bir əşya, zərif bir saat ya da divara asa bileceği mis kənarlı bir güzgü ola bilər. Təzə güllərini qoya biləcəyi qəşəng bir kristal vaza tam ona görə bir hədiyyə olacaq. İnsanlarla çox əlaqədardır, əgər ona kitab almağa qərar versəniz bioqrafiya növü bir kitab seçməlisiniz.

Əqrəb:
Əqrəb qadını yaxşı tikilmiş, klassik seqmentli geyimlərdən xoşlanar. Ona, bir çox yerə rahatlıqla geyə qara bir paltar, ya da -şanslı rəngi- tünd qırmızı bir köynək ala bilərsiniz. İşləyirsə, dəri bir çanta çox işinə yarayacaq. Gecələri tez-çıxan biri isə təhlükəsizliyi üçün çantasında daşıyacağı xüsusi bir həyəcan, açarlarını görə bilməsi üçün kiçik bir əl fənəri və ya ən kiçik boy cib telefonu hədiyyə edə bilərsiniz. Əqrəb qadınına adının baş hərfləri yazılmış masa üstü aksesuarları verə bilərsiniz. Qaradan parlaq qırmızıya qədər müxtəlif rənglərdəki seksi, dantelli alt paltarları üçün ürəyi gedə bilər. Dikdaban ayaqqabı, büstqalter, dantelli qara corabdan çox xoşu gəlir. Bir su bürcü olaraq ətirə heç bir zaman doymaz; mütləq ən yaxşısını almalısınız.

Oxatan:
Hərəkətli və atletik oxatan qadınına idman salonu üçün ümumi üzvlük məlumat ya da məşq üçün video kasetləri hədiyyə edə bilərsiniz. Geyim olaraq rahat idman paltarları seçər. Səyahət etməyi sevən oxatan qadınına rahat, möhkəm bir çamadan, ya da pasportu üçün keyfiyyətli dəri bir cüzdan ala bilərsiniz. Rəqəmsal video kamera yaxşı bir hədiyyə olacaq. İstiqamətini tapmasına köməkçi olacaq idman stil saat, bir cüt bot ya da idman ayaqqabıları onu çox xoşbəxt edəcək. Çox ağıllı olan oxatan qadınına əgər bir kitab alacaqsınızsa daha sonra üzərində müzakirə edəcəyiniz maraqlı və dərin bir mövzu seçməlisiniz. Bürcün uğurlu daşı firuzədir. Firuzədən düzəldilmiş maraqlı bir bijüteriya ala bilərsiniz. Heyvanları çox sevən oxatana pişik, ya da it balası hədiyyə edə bilərsiniz.

Oğlaq:
Oğlaq qadınına krem ala bilərsiniz. Soyuq qış gecələrində ayaqlarını isti tutması üçün yumşaq başmaqlar seçə bilərsiniz. Oğlaq bürcü keçmişə çox əhəmiyyət verdiyi üçün ona köhnə bir bijüteriya ya da çox klassik inci, ya da brilyant sırğalar hədiyyə edə bilərsiniz. Antik əşayalar üçün ürəyi gedə bilər. Köhnə tip işləməli bir yataq dəsti, dantel kənarlı yastıq örtükləri ala bilərsiniz. Bijuteriyalarını qoyması üçün antikvar bir qutu seçə bilərsiniz. 1950-ci illərin xəttində bir radio tapa bilsəniz möcüzə bir hədiyyə olacaq. Karyerasına düşkün Oğlaq qadınına qəşəng bir sənəd çantası, təqvim kimi əşyalar ala bilərsiniz. Ətir alacaqsınızsa klassik fransız qoxularını seçməlisiniz.

Dolça:
Dolça qadını elektriklə işləyən alətləri çox sevər. Ona bir CD pleyer, ya da rəqəmsal video kamera ala bilərsiniz. Ona astroloji ilə əlaqədar kitablar ala bilər və ya ulduz xəritəsini təqdim edə bilərsiniz. Dolça üçün eyni zamanda yoldaşlarınız ilə birlikdə çəkilmiş şəkillərinizi qoyacağınız gümüş bir şəkil çərçivəsi yaxşı bir hədiyyə olacaq. Yoldaşlarının doğum günlərini işarələyə biləcəkləri gözəl bir təqvim ala bilərsiniz. Geyim alacaqsınızsa ən son moda olanlarını seçməlisiniz. Ən uğurlu rəngləri açıq mavi, bozdur. Ona bir gözəllik salonundan masaj seansı hədiyyə edə bilərsiniz. Kristal daşlı bir boyunbağı seçə bilərsiniz.

Balıqlar:
Balıqlar bürcündən olan qadına klassik eşq şeirləri, eşq romanları, fəlsəfə, fotoqrafiya və ya sənətlə əlaqədar kitablar hədiyyə edə bilərsiniz. Dantelli alt paltarları ala bilərsiniz. Ona bənövşəyi rəng bir bijüteriya verə bilərsiniz. Romantik Balıq qadını yumşaq qoxulu şamları çox sevər. Sevdiyi ətirin duş sabununu, bədən losyonunu ala bilər, tapa bildiyiniz ən keyfiyyətli vanna dəsmalları ilə birlikdə hədiyyə edə bilərsiniz. Sevdiyi adamın şəkilini yanına qoya bilməsi üçün gözəl bir gümüş şəkil çərçivəsi yaxşı bir seçim olacaq. Balıqlar bürcü yuxuları və yuxunu təmsil edər, ona pulunuzun çatdığı ən keyfiyyətli quş tükü yastıqları ala bilərsiniz. Onu rahatlaşdıracaq CD-ləri seçə bilərsiniz. Fotoaparat, kamera və ya rəqəmsal video kamera hədiyyə edə bilərsiniz. Fotoqraf hobbisi varsa yeni aksesuarlar ala bilərsiniz.

Maraqlı     Baxılıb: 7005   Tarix: 04 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq. "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb. Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransınd

.

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholars Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümü

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb. "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanı

.

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir. xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Müsabiqənin vakansiya seçimi mərhələsində vakant yer seçmək imkanı əvvəlc

turlar.az

sonxeber.az aksessuarlar geyim necə seçməli qis geyimləri 2024 veten haqqinda atalar sozu limonun faydasi diş ağrısı bitki dərmanları kosmetika vətənə aid qız bürcü burclər baliq statuslar