Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını AÇIQLADI

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını AÇIQLADI"İnsanın qida rasionunda beş əsas qida qrupu olmalıdır. Sağlam qalmaq üçün bütün qruplar arasında tarazlığı qorumaq lazımdır".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı endokrinoloq-diyetoloq Darya Abaxina bildirib.
Onun fikrincə, birinci qrup C və A vitaminləri, fol turşusu, kalium və qida lifləri ilə zəngin olan tərəvəz və meyvələrdir. Tərəvəz və meyvələrdən gündə ən azı beş porsiya müxtəlif formalarda - təzə, dondurulmuş, qurudulmuş, qaynadılmış və ya pörtlədilmiş şəkildə istehlak etmək tövsiyə olunur. Bununla belə, konservləşdirilmiş və qurudulmuş qidalarda əlavə edilmiş şəkər və duzlara diqqət yetirmək lazımdır.
İkinci qrup makaron, taxıl, çörək, kartof və batat kimi nişastalı qidalardır. Onlar karbohidratların əsas mənbəyidir və həmçinin tərkibində dəmir, kalsium və B vitaminləri var. Tam taxıllı un məhsulları, tam taxıllı dənli bitkilər və makaron məhsulları seçmək, kartofu qabığı ilə yemək daha məsləhətlidir.
Üçüncü qrup quş əti, balıq, qırmızı ət və yumurta kimi zülallı qidalarıdır. Tərkibində dəmir, sink və B vitaminləri olan soya, mərcimək və lobya kimi bitki mənşəli zülal mənbələri də faydalıdır.
Həkim dördüncü qrupa kalsium, zülal və D vitamininin mənbəyi olan süd məhsullarını daxil edib. Darya Abaxina süd məhsulları üçün az yağlı variantları seçməyi məsləhət görüb.
Beşinci qrup piylər və yağlardır. Yağlar bədən üçün vacibdir, lakin doymuş yağların miqdarına nəzarət etmək və trans yağlardan istifadə etməmək vacibdir. Zeytun və ya kokos yağı kimi bitki yağlarına üstünlük vermək məsləhətdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 633   Tarix: 20 aprel 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Duş geli, yoxsa sabunla çimmək - Hansı faydalıdır?

Yay aylarında insanlar daha çox duş alır və hər dəfə duş gelindən istifadə edirlər. Bəs dəri üçün hansı lazımdır?. "Medicina"ya istinadən xəbər verir ki, dermatoloq Heyli Qoldbax dəri üçün ən faydalı yuyucu vasitələr

.

Ürək xəstəliyi riskinizi öyrənin - Baş barmaq testi

Təcili yardım həkimi Dr. Co Uvittinqton sosial şəbəkədə paylaşdığı sadə bir testlə gündəmə gəlib. O, bu testin təhlükəli ürək xəstəliklərindən birinin əlamətini üzə çıxardığını bildirib. -a istinadən xəbər verir ki, Yal

.

Çox yaşamaq istəyirsinizsə bunları yeyin

Uzun və sağlam ömür sürmək üçün emal olunmuş qidalardan uzaq durmaq vacibdir. Mütəxəssislərin fikrincə orqanizmi cavanlaşdıran qidalar da var. -ə istinadən sözügedən qidaları təqdim edir:. Tərəvəz. Brokoli, ağ kələm və Brüsse

.

Pilləkənlə qalxmaq ani ölüm riskini azaldır - ARAŞDIRMA

Britaniyalı alimlər müəyyən ediblər ki, müntəzəm olaraq pilləkənlə qalxmaq insan ömrünü xeyli uzada bilər.   -a istinadən xəbər verir ki, bu elmi işin nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ECS) saytında dərc olunub

.

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən xəbər verir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Fakt budur ki, zülalın tərkibində uşağın mədə-bağırsa

.

Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün

Sızanaq və qara nöqtələrdən qorunmaq üçün ən yaxşı həll yolunun gündə iki dəfə üzünüzü yumaq olduğunu eşitmiş ola bilərsiniz. Hətta hər səhər və axşam sevimli dəri təmizləyicinizdən istifadə etmək də tövsiyə edilmiş ola bilər

.

Doğru bilinən yanlışlar – Bu üsulların hər hansı faydası yoxdur

Qidalanmasına xüsusi fikir verən insanlar belə bəzən səhvlər edirlər. Xüsusilə də son illərdə sosial şəbəkələr səhv etmək riskimizi artırır. Çünki hər özünü qidalanma üzrə mütəxəssis elan edən şəxsin paylaşdığı xüsusi üsul

.

DİQQƏT! Yuxusuzluq insanı 4 yaş qocaldır

Araşdırmalara görə, sadəcə iki gecə qeyri-kafi yuxu insanı bir neçə il yaşlı hiss etdirə bilər. .   -a istinadən xəbər verir ki, isveçli psixoloqların fikrincə, insan iki gecə 4 saat yuxu yatdıqda özünü 4 yaşdan daha qoc

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. axşam.az-a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdi

turlar.az

sonxeber.az gozel gorunmek qaşların formalari qadin dunyasi çimərlik dəbi yeni paltarlar 2024 yaz salatlari yaz yay 2024 kosmetika azerbaycan baldiza aid haxisda atalar sozu webnem tovuzlu seksual