Hər dəri tipinə faydalı BAL MASKALARI

Hər dəri tipinə faydalı BAL MASKALARIDərinizi tanımadan hər eşitdiyinizi üzünüzə sürtmək faydalı deyil, əksinə zərərlidir. Dəri tipini bilmədən nəmləndirmək üçün də dərinizə heç nə sürtməyin. Ancaq hər dəri tipinin istifadə edə biləcəyi yeganə vasitə baldır.

Keçmiş zamanlardan bu yana kəsik, yanıq kimi yaraların sağalmasında istifadə edilən bal, eyni zamanda, antibakterial xüsusiyyətlərə malikdir və antiseptik olaraq istifadə edilir. Balın geniş istifadəsinin səbəbi dərini çox nəmləndirməsi, iltihabın qarşısını alması və özəlliklə B vitaminləri baxımından zəngin olması ilə bağlıdır.

Balda olan vitaminlər və dəriyə faydaları

B1 vitamini: Dərinin ümumi görünüşünü dəyişdirir.

B2 vitamini: Dərini sərbəst radikallara qarşı qoruyur.

B6 vitamini: Yeni dəri hüceyrələrinin formalaşması üçün lazımlı bir vitamindir, eyni zamanda dərini nəmləndirir və xarici amillərə qarşı qoruyur.

B3 vitamini: İltihabın qarşısını alır. Sızanaq və digər dəri iltihablarının sağalmasının qarşısını alır. Dərini yaxşı nəmləndirir.

C vitamini: Dəri quruluğu və quruluqla bağlı olan qaşıntı, qızartı və qabıqlama problemlərinin qarşısını alır. Antioksidant tərkiblidir və dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyur.

Sink: yaşlanmanın dəri üzərindəki təsirlərini gecikdirir.

Yağlı dərilər üçün bal və kök maskası

Artıq yağ tozun dəri səthində yığılmasına, məsamələrin tıxanmasına və dərinin çox parıldamasına yol açır. Yağ balansını qorumaq üçün bu maskanı həftədə bir dəfə edin.

1 böyük qaynamış kök
1 yemək qaşığı bal

Kökü əzdikdən sonra balı qarışdırın və soyuması üçün 10 dəqiqə soyuducuda saxlayın. Daha sonra üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.

Quru və qabıqlayan dərilər üçün bal maskası

1 yumurta
1 yemək qaşığı bal

Yumurta və balı bir kasaya əlavə edin. Qarışdırın. Qarışımı üzünüzə çəkib 20 dəqiqə gözləyin. Yumurta quruyanda ilıq su ilə yuyun.

Həssas dərilər üçün bal maskası

Yarım banan
1 yumurta
1 yemək qaşığı bal
1 yemək qaşığı yulaf

Yulafı, bananı əzib şüşə qaba əlavə edin. Yumurtanı, balı da qatıb, barmaq ucları ilə bu maskanı bütün üzünüzə və boynunuza sürtün. 15 dəqiqə sonra ilıq su ilə durulayın.

Gözəllik və Moda     Baxılıb: 8270   Tarix: 08 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

turlar.az

sonxeber.az yay geyimləri 2024 makiyaj instagram adlarin menasi günel facebook toy gecesi virtual dərslər mesameler ucun maskalar kosmetika naz mila veten burclerin uyumu hamilelik meseller