Hər kəsin bilməli olduğu 6 vizajist layfxakı

Hər kəsin bilməli olduğu 6 vizajist layfxakıBütün qadınlar tuşdan istifadə edirlər və elə təəsürat yaranır ki, bu işdə çətin nə var ki? Ancaq yenə də makiyaj sənətçilərindən bunu necə etdiklərini soruşduq və çox şey öyrəndik. Budur, sənin tuş ilə münasibətlərini yeni səviyyəyə qaldıracaq altı layfxak.
Layfxak #1: gözlərin altına iki qat kirşan
Çəkilmə zamanı tuş çox vaxt göz qapağını ləkələyir. Bunun qarşısını almaq üçün beynəlxalq dərəcəli vizajist Jo Adenuqa əvvəlcə gözətrafı nahiyyəni kirşanlamağı məsləhət görür: "Kipriklərə keçməzdən əvvəl, şəffaf kirşan çək və  onu fiksasiya spreyiilə sabitləşdir. Göz kölgəsi istifadə edirsənsə, göz praymeri haqqında unutma. O da tuşun iz buraxmasına imkan verməyəcək".
Kirşanın başqa üstünlüyü də var: gün ərzində tuş quruyub tökülərsə, onu fırça ilə təmizləmək asan olacaq. Və ya dərhal açıq baxış effektli THE ONE IN ACTION qalıcı kiprik tuşunu istifadə et, onun xüsusi formulası yayılmanın və iz qalmasının qarşısını alır.
Hər kəsin bilməli olduğu 6 vizajist layfxakıLayfxak #2: gizli silah — suya davamlı tuş
Kiprikləri bir az buran kimi onlar dərhal heç bir uzatma və ya taxma kipriklər olmadan super həcmli görünürlər.
Kiprik qaldırıcı aləti köklər tərəfinə yaxınlaşdır, sıx və uclara qədər çək. Bu sadə manipulyasiya veyer effektini yaradacaq. "Bəs necə etmək olar ki, burulma bütün günü davam etsin?"— soruşursan sən. "Aləti istifadə etdikdən sonra vacib bir məqam: yalnız suya davamlı tuş çək. O, kipriklər təbiətən düz olsa da, burulmanı əla şəkildə fiksasiya edir", — Londondan olan ulduz vizajisti Afina Efstatiou deyir.
Hər kəsin bilməli olduğu 6 vizajist layfxakıLayfxak#3: daha çox — həmişə daha yaxşı demək deyil
Tuş təbəqəsi nə qədər qalındırsa, gözlərin bir o qədər ifadəli olmasını düşünmək təbiidir.
Ancaq bəzən daha az daha yaxşı dəməkdir. Jo Adenuqa məsləhət görür: "Makiyajı üst kipriklərdən başla, çünki bəzən bu açıq baxış effekti üçün kifayətdir". —"Aşağı kipriklərə daha az tuş çək, çünki onun çox olması baxışı ağırlaşdırır".
Hər kəsin bilməli olduğu 6 vizajist layfxakıLayfxak #4: kiprikləri yapışdırırıq – bəli-bəli, qəsdən!
Kukla baxışı — əldə edilməsi asan olan daha bir aktual effekt. Ona "hörümçək ayaqları" da deyilir: yuxarıya doğru itilənmiş, bir-birinə yapışdırılmış qalın dəstlər.
Əvvəlcə tuşu bir neçə təbəqə ilə çəkin və sonra kiprikləri pinsetlə birləşdirin. "Gözün daxili küncündən xarici küncünə tərəf hərəkət edin. Bu şəkildə artıq yığılmış dəstlərə zərər vurmayacaqsınız", — deyir Jo Adenuqa
Hər kəsin bilməli olduğu 6 vizajist layfxakıLayfxak #5: fırçanın ucunu əy
Gözlərin daxili künclərinə çatmaqda çətinlik çəkirsən? O zaman bu fikir sənin üçündür. Fırçanı sapa doğru 90 dərəcə bucaq altında yumşaq şəkildə əy və onu idarə etmək daha asan olacaq. Variant olaraq, köhnə tuşun fırçası götürə bilər və ya birdəfəlik isifadə üçün nəzərdə tutulan aplikatorlar dəsti almaq olar — bunu öz aplikatorunla etsən, fırçanın əyilməməsi və onu yenidən tübikə daxil edə bilməmək riski var.
Layfxak #6: köklərdən başlayın.
Kipriklərin tam dibindən yuxarıya doğru hərəkət et. Onları uzunluq üzrə boyadıqdan sonra gözlərin xarici küncləri üzərində ayrı-ayrılıqda işlə.
"Maksimum həcm və uzunluq üçün fırça ilə darayıcı hərəkətlər et", — deyir Afina Efstatiou. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4174   Tarix: 22 oktyabr 2021
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

turlar.az

sonxeber.az yay kolleksiyasi sade makiyaj sekilleri qis geyimləri 2024 1 hefteye 5 kq ariqlamaq balaca qablarda keks yarpizin faydalari sözlü şəkillər kosmetika janrlar qoğalın nağlı öpüşme ikizler novruz bayramına aid hakıştalar