İntihar edən azərbaycanlı məşhurlar - SİYAHI

İntihar edən azərbaycanlı məşhurlar - SİYAHIDünya elmi və mədəniyyəti tarixində saysız-hesabsız intihar edən şəxsiyyətlər tanıyırıq. Bunlardan Sokrat, Edqar Allan Po, Ernest Heminquey, Stefan Sveyq, Henrix von Kleist, Cek London, Valter Benjamin, Virciniya Vulf, Vladimir Mayakovski, Silviya Plat, Sergey Yesenin, Van Qoq, Merlin Monro, Dalida, Lüdviq Bolsman, Alan Türniq və başqalarını misal göstərmək olar.

Qadinsayti.az xəbər verir ki, ölümlərin arasında ən çox diqqət çəkən də elə intihardır. Heç bir ölümün arxasında intiharda olduğu qədər sirr, müəmma yoxdur. İntihar kimilərinə görə ruhi xəstəlik, acizlik, günah, kimilərinə görə isə cəsarət və qəhrəmanlıqdır. Əlbəttə, mənə görə də bunlardan biri doğrudur. Amma hansını doğru bildiyim özümdə qalsın, çünki heç birinin mütləq olmadığına əminəm. Axı həyatda mütləq olan tək bir şey varsa, o da heç bir şeyin mütləq olmamasıdır.

Bizim coğrafiyamızda şəxsiyyətlərin çox az bir qismi intihar edib. Çünki onlar ya intihar edəcək həddə çatmadan öldürülüblər, ya da ölümdən qorxduqları üçün bütün üstün təbəqələrə yarınmaq kimi rahat yolla gediblər. Hərçənd, ikincinin mənəvi baxımdan nə dərəcədə rahat olduğunu bilmirəm.

İntihar edən şəxsiyyətlərimizdən biri Rəşid Axundovdur. O, mühəndis, tərcüməçi olmasına rəğmən, daha çox Mirzə Fətəli Axundovun oğlu kimi tanınır. Avropada təhsil aldığı müddətdə ailəsi ilə məktublaşması "Brüsseldən məktublar" adlı tarixi əsərə çevrilir, həm də dildən-dilə dolaşıb əfsanələşir. 1909-cu ildə özünü tapança ilə vuraraq intihar edir. İntihar etməsinə səbəb kimi ruhi sarsıntıları, depressiya göstərilir.

Digər intihar isə heç bir ruhi sarsıntıya söykənməyib. Tamamilə dəyərlərə və mal-mülk itirmək qorxusuna görə baş verdiyini düşünə bilərik. Bu məşhur neft sahibkarı, Bakı milyonçusu Murtuza Muxtarovun intiharıdır. Qızıl Ordunun Bakını işğalı zamanı iki bolşevikin onun sarayına daxil olmasını özünə təhqir sayır. Öz silahı ilə bir bolşeviki, daha sonra özünü vurur.

1963-cü ildə daha bir intihar hadisəsi Azərbaycan tarixinə düşür. "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun" filmləri ilə tanınan rejissor Lətif Səfərov özünü ov tüfəngi ilə vurur. 43 yaşında intihar edən rejissor tanınmış sənətkarımız Şövkət Ələkbərovanın həyat yoldaşı olmuşdur. Bu hadisənin heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan bir variantı da var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov, xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir.

Yazıçı Məsud Əlioğlu da intihar edən şəxsiyyətlərimiz siyahısındadır. O, Sovet dövründə Hüseyn Cavidə bəraət qazandıran məqalələr yazmış, Hüseyn Cavid haqqında monoqrafiyalar çap etdirmişdir. Buna görə də rejimin düşməninə çevrilən yazıçı təqib olunmuşdur. Çap olunmamaq, təqib olunmaq, ailəsini təhlükəyə atmaq kimi problemlərlə üz-üzə qalan yazıçı bunlara dözməyərək 44 yaşında intihar etmişdir.

Məsud Əlioğlundan iki il sonra şair Sərdar Əsəd də intihar edir. İçkiyə qurşanan, işsizlikdən əziyyət çəkən, əsəbləri pozulan şair Sərdar Əsəd 45 yaşında həyatına son verir. Onun da intiharına səbəb kimi Sovet rejiminin senzurası, təqibləri göstərilir.

Ən müəmmalı intiharlardan biri isə aktyor Çingiz Şərifovun intiharıdır. "Aşkarsızlıq şəraitində", "Özgə ömür", "Şahid qız", "Zirzəmi" filmlərindəki rolları ilə məşhurlaşan aktyor, 1990-cı ilin 31 dekabrında özünü dənizə ataraq intihar edir. Onun ölümünün səbəbləri, təfərrüatları haqqında heç bir məlumat yoxdur. Hətta müasir dövrdə Çingiz Şərifov haqqında məlumat əldə etmək üçün axtarılacaq mənbə tapmaq müşkül məsələdir. Bu intihar hadisəsi çox güman ki, Azərbaycan tarixinin ən müəmmalı intihar hadisəsidir.

Müasir dövrdə də tanınmış sənət adamlarının intihar xəbərləri tez-tez gündəmi zəbt etdi. Bunlardan biri 2014-cü ilin avqust ayının 24-də özünü asan gənc müğənni Sura Əsgərlinin, digər isə 2015-ci ilin dekabr ayının 25-də gecə saatlarında özünü yaşadığı binadan atan Elvin Ordubadlının intiharıdır. Hər iki gənc sənətçinin intihar səbəbləri hələ də müəmma olaraq qalmaqdadır. (sputnik)

Xəbərlər     Baxılıb: 1433   Tarix: 26 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

turlar.az

sonxeber.az donlar 2024 aksessuarlar gelinlikler qarindaki yaglari eritmek masin sou reseptlər bilinçik resepti kosmetika burcler seksi salatlar ikizler sirin qogal