Keçmiş sevgilinizi geri qaytarmaq istəyirsinizsə... - YOLLARI

Keçmiş sevgilinizi geri qaytarmaq istəyirsinizsə... - YOLLARIKeçmiş sevgilinizə hələ də aşiqsiniz, lakin bir problem var: ayrılmısınız. Daha xoşbəxt ola biləcəyiniz birinin varlığına da şübhə edirsiniz. Elə isə nə etməli? Onu geri qaytarmaq lazımdır. Ailem.az sizi sevgilinizi geri qaytarmağın yolları ilə tanış edir.

İlk növbədə baxımlı olmağınız şərtdir. Əvvəlcə özünüzə əvvəlkindən daha çox diqqət göstərməlisiniz. Sizi gördükdə nə hala düşəcəyi, çaşacağı və nələri itirdiyinin fərqinə varmalıdır. Geyim tərzinizdən makiyajınıza qədər hər baxımdan özünüzə qarşı diqqətli olun.

Bağışlamağı öyrənin

Onu geri qazanmanın ikinci addımında bağışlamaq var. Bir-birinizi bağışlayacağınız təqdirdə yenidən bir araya gələ bilərsiniz. Onu bağışladığınızı hiss etdirin və buzları əridin.

Yeni sevgili axtarmayın

"Onu qısqandırsam, mənə geri dönər", - deyə düşünməyin. Dönməz. Ya da dönər, ancaq çox uzun müddət qalmaz. Onun yerinə daha təsirli bir qısqandırma taktikasını seçin. Ətrafınızda onun tanımadığı kişi dostlarınız olsun, lakin sevgi münasibətlərinə keçməyin. Bu yeni kişi dostlarınızla fotoşəkillər paylaşmayın. Təbii yollarla yeni dostlarınız olduğunu görməsini təmin edin. Və gəlməsini gözləyin.

Dəyişin

Əlaqələrinizin bitməsində yəqin ki, sizin də payınız olub. Bunları özlüyünüzdə aydınlaşdırdıqdan sonra çatışmayan xüsusiyyətlərinizi dəyişin. Məsələn, yenidən söhbət etməyə başladınızsa və əvvəllər çox israrçı olmusunuzsa, bu dəfə onu öz fikri ilə baş-başa qoyun, üstünə getməyin. Sizə hər dəfə mesaj yazanda anında cavab verməyin, ondan da cavab gözləməyin.

Əlaqə saxlayın

Hələ söhbət etməyə başlamamısınızsa, demək, ilk addımı atmanın zamanı gəlib. Əgər görüş təyin etmisinizsə, mütləq dəyişdiyinizi ona göstərin. Əlbəttə, bu o demək deyil ki, makiyaj qutusuna girin. Dəyişmə deyərkən həm fiziki, həm də ruhi dəyişiklikdən söhbət gedir. Daha əvvəl etmədiyiniz tərzdə makiyaj edin, yeni tərz paltarlar geyinin və danışığınızla ona dəyişdiyinizi göstərin. Görüşü mümkünsə çox uzatmayın və əsla gecəni birlikdə keçirməyin.

Maraqlı     Baxılıb: 2447   Tarix: 17 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

Bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilir

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrin

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

AMEA-da prezident seçkiləri keçiriləcək

AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

Azərbaycanda elmin inkişafı ilə hansi qurum məşğul olacaq?

Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış Elm və Təhsil Nazirliyi məşğul olacaq. "Report"a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri il

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim necə seçməli qaşların formalari dadlı yemək illik bürclər yeməklər balqabaq tumu kosmetika baldiza aid hakisda ariqla anabaci rus dilin nece orenek maraqlı