Kərəvizin faydaları

Kərəvizin faydalarıKərəviz çətirkimilər fəsiləsinə aid olub, çoxillik bitki sayılır. Kərəvizin elmə 20-yə yaxın növü məlumdur. Kərəviz Antraktidadan başqa Yer kürəsinin hər bir bölgəsində yetişir. Onun kökü soyuğa davamlıdır və toxumları 3*C-də də yetişə bilir. Kərəvizin boyu 1 metrə qədər qalxa bilir və yetişməsinin ikinciilində çiçək açmağa başlayır. Kərəviz Avropa və Asiyada yabanı halda yetişə bilir. Qədim zamanlarda ondan masaların bəzədilməsi məqsədilə istifadə edilib. XVII əsrdən etibarən isə o qidalara əlavə olunub. Kərəviz Amerikaya XIX əsrdə gətirilib. İndi kərəvizin ən çox iki növündən (zoğlu və köklü) istifadə edilir. Kərəvizin yarpaqları bir az sərt və tünd yaşıl olur. Ondan kulinayiyada istifadə edilir. Kulinariyada kərəvizin toxumlarından da ədviyyat kimi istifadə olunur. Kərəviz toxumlarından alınan yağdan parfümeriya və farmakologiyada da istifadə edilir. Onun kökündən kərəviz duzu da alınır. Kərəviz duzunun tərkibi təbii natriumla zəngin olur və orqanizm tərəfindən yaxşı mənimsənilir. Kərəvizin kökü və yarpaqları aminturşular, asparaqin, tirozin, karotin, nikotin turşusu,mikroelementlər, efir yağları, bor, kalsium, xlor, yağ turşuları, folatlar, inozitol,dəmir, maqnium, marqanes, fosfor, kalium, selen, kükürd, sink, A, B1, B2, B3, B5, B6, C, E, K vitaminləri var. Kərəviz liflərlə də çox zəngindir. Kərəviz orqanizmin qocalmasını ləngidir. Bu onun tərkibində olan turşu və minerallarla dolu hüceyrələri səbəbindən baş verir. Kərəviz orqanizmə sakitləşdirici təsir edir, yorğunluğu aradan qaldırır. Ondan ən çox sinir xəstəlikləri zamanı istifadə etməkdə fayda var. Kərəvizin tərkibində olan efir yağları mədə şirəsinin axmasını sürətləndirir. O şəkərli diabet xəstələri üçün çox faydalıdır. Tərkibində olan kumarin miqren ağrılarından xilas olmağa yardım edir. Kərəviz artritdən və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır. Onun tərkibindəkilər oynaqlarda olan şişkinliyi aradan qaldırır və oynaq ağrılarının azalmasına səbəb olur. Kərəvizin sidik qovucu xüsusiyyəti böyrəklərdə və sidik kisəsində olan duzların xaric olunmasını sürətləndirir. Kərəviz qanda qlükozanın miqdarının azalmasına və maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur. Kərəviz orqanizmin tonusunu yüksəldir, onun fiziki qüvvəsini artırır.
Davamlı olaraq kərəviz yemək qanı təmizləməklə bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur. Onun qanı təmizləmək qabilıiyyətini artıqmaq üçün təsirini sürətləndirmək məqdəsilə kərəviz, zəncirotu və gicirtkən toxumununn şirəsini qarışdırıb içmək lazımdır.
Kərəviz toxumları sidik turşusunun miqdarının normallaşmasına səbəb olur. Bu səbəbdən də sidik kisəsinin sistit problemlərini, qara ciyər xəstəliklərinin əlamərlərinin azalmasına səbəb olur.
Kərəvizi ət maşınından keçirib suyunu sıxıb və eyni miqdarda ərinmiş kərə yağı ilə qarışdırdıqdan sonra yaraları, iltihabi prosesləri və yanıqları sağaltmaq mümkündür.
Kərəvizdən davamlı istifadə etməklə cinsi fəaliyyəti də yüksəltmək mümkündür. Bu məqsədlə farmakologiyada kərəviz tərkibli dərmanlar hazırlanır.
Kərəvizin zərərli xüsussiyyətləri
Hamiləlik zamanı çox kərəviz yemək məsləhət deyil. Çünki onun tərkibində uşaqlıq əzələsinin sıxılmasına səbəb olan maddələr var. Bu maddələr isə uşaqsalmaya səbəb ola bilir. Qastritdən və mədə turşuluğunun çoxluğundan əziyyət çəkənlərə də kərəviz yeyərkən diqqətli olmaq məsləhət görülür. Varikoz genəlməsi, tromboflebiti olan xəstələr və uşaqəmizdirən analara da kərəvizdən çox istifadə etmək tövsiyə olunmur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1069   Tarix: 26 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

turlar.az

sonxeber.az qis geyimləri 2024 toy makiyajlari gelinlikler dunyanin en seksual qadinlari fatimə fətəliyeva hekayələr aybasi kosmetika öpüşme yemekler kondom nedir hekaye janri gozellik