Kesar kəsiyi haqda bütün cavablar bu yazıda – OXUYUN, XANIMLAR!

Kesar kəsiyi haqda bütün cavablar bu yazıda – OXUYUN, XANIMLAR!Ailem.az Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məqaləsini təqdim kesar kəsiyi haqda məqaləsini təqdim edir.

Təbii (vaginal) yolla doğuşu mümkün olmayan və ya bu doğuş üçün tibbi əks göstərişi olan hamilələrə cərrahi əməliyyat tətbiq olunur. Qarnın ön divarı və uşaqlıq əzələsi kəsilərək döl xaric edilir. Bu əməliyyatın terminologiyası latın dilindən "cesarean" - kesar olaraq bilinib və hər nə qədər də Yuliy Sezarın adı ilə əlaqələndirilsə də, tibb tarixi bunun doğru olmadığını sübuta gətirir. Bəzi məlumatlara görə, Yuliy Sezar məhz bu prosedura ilə dünyaya gəlibmiş və onun yaşadığı dövrdə bu cür əməliyyatlar ananın ölümünə səbəb olurdu (antibiotiklərin və sterilizasiyanın olmaması səbəbindən). Ancaq Y.Sezarın səyahətlərində anası Aureliyanın yanında olduğunu göstərən tarixi faktlar bu nəzəriyyəni təkzib edir. Cərrahi doğuşun adında latınca "caedare" – kəsmək və "section" - hissə sözlərindən istifadə edilməsi fərqli ədəbiyyatlarda qarşımıza çıxmaqdadır. Azərbaycan ədəbiyyatında bu cərrahi doğuşun adı "kesar" və ya "qeysəriyyə" əməliyyatı kimi keçir.

Hansı hallarda kesar əməliyyatı tətbiq edilməlidir?

- Körpənin başı ilə hamilənin çanağı (pelvis) arasında uyğunsuzluq olduqda

- Uşaqlığın yığıla bilmədiyi hallarda

- Plasentanın yerləşmə anomaliyası (Plasenta previa) olduğu hallarda

- Plasentanın vaxtından qabaq (Ablasyo plasenta) ayrılması hallarında

- Körpənin duruşunun doğuş üçün münasib olmaması (çanaq gəlişi kimi)

- Hamiləlik hipertenziyası – toksemiyası (Preeklampsiya və eklampsiya)

- Fetal distres (körpədə sıxıntı vəziyyəti)

- Göbək ciyəsinin düşməsi (Kord prolapsusu)

- Diabet

- Qan uyğunsuzluğu (Eritroblastozis fetalis)

- Uşaqlıq boynu xərçəngi (serviks xərçəngi)

- Uşaqlıq boynu distosiyası

Hansı hallarda kesar əməliyyatı tətbiq edilməməlidir?

- Ən əsası, kesar əməliyyatına ehtiyac olmayan bütün hallarda

- Qarın divarında infeksiya olduqda

- Ölü körpə (fetus) olduqda kesar əməliyyatı mümkün olduğu qədər tətbiq edilməməlidir

Kesar əməliyyatının tətbiq edilməsi üçün aparılan hazırlıq prosesində nələr edilir?

- Ultrasəs ilə fetusun təxmini çəkisi, vəziyyəti və ciftin yerləşməsi təyin edilir.

- Qanaxma riski olan hallarda (aktiv qanaxma, HELLP sindromu, hamiləlik zəhərlənməsi, qanaxma pozuntuları) əvvəlcədən qan hazırlanır.

- Damar yolunun açılması, maye verilməsi kimi əməliyyatdan qabaq hazırlıqlar görülür.

Kesar əməliyyatı hansı mərhələlərdən ibarətdir?

- Damar yolundan profilaktik (qoruyucu) antibiotik verilməsi (xüsusilə dölyanı maye vaxtından qabaq axdıqda, doğuşun dövrləri uzun çəkərsə, maşa tətbiqi uğursuz olarsa).

- Anesteziya (ümumi, spinal və ya epidural anesteziya) tətbiq edilməsi.

- Qarın divarının kəsilməsi. Bəzi həkimlər eninə kəsiyə üstünlük verir. Əgər xəstə çox kökdürsə və ya fetal distres varsa, orta xətt (boylamasına) kəsiyə üstünlük verilir.

- Uşaqlığın kəsilməsi (uterin kəsilməsi).

- Körpənin doğuzdurulması.

- Ciftin çıxarılması.

- Uşaqlığın yığılmasını sürətləndirmək üçün damar yolundan oksitosin verilməsi.

- Uşaqlıq və qarın divarı kəsiklərinin tikilməsi.

- Anesteziyanın başa çatdırılması.

Kesardan sonra anada hansı problemlər yarana bilər?

- Puerperal infeksiya

- Yara yeri infeksiyası

- Əməliyyatdan sonra temperaturun qalxması

- Qanaxma

- Tromboemboliya (laxtalanma)

- Pulmonar tromboemboliya

Kesardan sonra körpədə hansı problemlər meydana gələ bilər?

- Yeni dünyaya gələn körpədə müvəqqəti taxipnoe (yaş ağciyər — wet lung): körpənin ağciyərinin içərisindəki maye boşalmadığı üçün tənəffüs sayının artması.

Kesar əməliyyatının rast gəlmə tezliyi necədir?

Son iyirmi ildə kesar əməliyyatının göstəricisi 5%-dən 20%-ə qalxmışdır. Hətta bəzi bölgələrdə bu göstərici 60%-ə yüksəlib. Kesar əməliyyatının çoxalma səbəbləri aşağıda qeyd edilmişdir:

- Boşluq maşalarının istifadə edilməməsi və çanaq gəlişlərinin vaginal yolla doğuzdurulmaması

- Hazırda doğuş prosesi vaxtı körpənin ürək döyüntülərinin izlənilməsi ilə körpədə xoşagəlməz halların müəyyənləşdirilməsinin mümkün olması,

- Bir dəfə kesar əməliyyatı olmuş qadınların növbəti körpələrini də kesar əməliyyatı ilə dünyaya gətirmələri

- Bir kesardan sonra təbii doğuşun aparılmasında təcrübəli mütəxəssisin və ya texniki təchizatın yetərsiz olması

- Hazırda qadınların gec yaşlarda, daha az sayda doğuş etmələri və kesar əməliyyatına üstünlük vermələri

- Doğuş qorxusu: epidural anesteziya ilə ağrısız doğuş imkanı olmayan mərkəzlərdə qadınların doğuş sancısından qorxmaları

- Normal doğuş zamanı meydana gələn problemlər səbəbi ilə qadın həkimlərinə qarşı qaldırılan iddiaların azaldılmasının tələb edilməsi

Ailə və Uşaq     Baxılıb: 3332   Tarix: 25 may 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır. Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib. Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşa

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

turlar.az

sonxeber.az geyim seçimi geyim və ayaqqabılar qadin dunyasi salatların hazırlanması ideal toy mətbəx qaydaları dırnaqlara qulluq kosmetika brusell bakteriyası veten haqqinda atalar sozu xanım az balıq sanamalar