Keşniş (Lat.Coriandrum satvium) haqqında

Keşniş (Lat.Coriandrum satvium) haqqındaKeşniş kərəvizkimilər fəsiləsinə aid olan bitki növlərindəndir. Keşnişin bir çox növləri var. Azərbaycan mətbəxində isə əsasən əkin keşnişindən istifadə edilir. Əkin keşnişi birillik ot bitkisi olub nazik saplaqlara və kərəviz yarpaqlarına bənzəyən yarpaqlara sahib olur. Onun yetişmə dövrü sona çatana yaxın çiçək açır və çiçəkləri toxumlayır. Keşnişin toxumları ağ və açıq çəhrayı rənglərdə olur.
Keşnişin xüsusi qoxusu onun mətbəxlərdən əskik olmamasına səbəb olur. Keşnişin yarpaqlarından və toxumlarından geniş istifadə edilir. Onun toxumları kulinariyada əvəzolunmaz ədviyyatlardan hesab edilir. Ondan yeməkləri, salatları dadlandırmaq məqsədilə geniş istifadə edilir. Keşniş yeməklərin yanında ən çox yeyilən göyərtilərdəndir. Keşnişin hündürlüyü onun becərilməsindən asılı olaraq 40-70 santimetrə qədər qalxa bilir. Bu qədər böyümüş keşnişin isə yanlız toxumlarından istifadə edilir. Keşnişin vətəni Aralıq dənizi ölkələri hesab edilir. İndi bir çox ölkələrdə onun becəriulməsi ilə məşğul olurlar. Azərbaycanın da iqlimi keşnişin becərilməsi üçün faydalı hesab edildiyindən demək olar ki, əksər həyətyanı sahələrdə onun becərilməsi ilə məşğul olurlar.
Keşnişdə 1% efir yağı, 10% yağ turşuları, 16%-ə qədər zülal maddələri var. Keşnişin tərkibində olan efir yağı onun xüsusi qoxuya malik olmasına səbəb olur. Keşnişin tərkibindəki efir yağları ətrafa antiseptik təsir göstərir. Buna səbəb isə onun yarpaqlarının tərkibində pektin, alkoloid, nişasta, zülallar, keşnişə xas olan steroid birləşmələr, sterin, askorbin turşusu, təbii turşular, şəkər(saxaroza, fruktoza, qlükoza), rutin, polifenol maddələr və s. olmasıdır.  Onun tərkibinin 60%-ni linalol təşkil edir. Keşnişin tərkibində olan linaloolun miqdarı isə onun yetişdirildiyi hava şəraitindən asılı olaraq arta və azala bilir. Bu maddənin miqdarı əsasən günəş işığı düşməyən bölgələrdə ( Sibir və s.) yetişdirilən zaman aşağı olur. Keşniş toxumundan iştahaçıcı və həzm prosesini normallaşdırmaq məqsədilə istifadə edilir. Qədim zamanlarda onun toxumlarının ölümsüzlüyə səbəb olması barədə inanclar mövcud olub. Keşniş ödqovucu xüsusiyyətə malikdir. Onun toxumlarının bəlğəmgətirici, babasil əleyhinə, yarasağaldıcı təsirləri vardır.
Babasil əleyhinə və ödqovucu məqsədlə keşniş toxumu, solmazçiçək və nanə tərkibli çayın içilməsi xəstəliyin əlamətlərini aradan qaldırır. Qədim Misirdə keşnişin faydalarından çox istifadə olunub. Bunu orada arxeoloji qazıntılar aparan arxeloqlar söyləyir.
Keşniş toxumlarından kosmetologiya və parfümeriya sahəsində də geniş istifadə olunur. Onun ətri bənövşə, qızılgül, berqamot, zambaq, limon kimi bitkilərin ətri ilə eyni sırada tutulur. Keşnişdən alınan efir yağlarından sabunların hazırlanması və tekstil sənayesində istifadə edilir.
Tibbdə istifadəsi
Tibbdə keşnişdən həzmi normallşdırıcı və ödqovucu məqsədlə istifadə edilir. Onun toxumundan qastritlər, onikibarmaq , bağırsaq xəsrəlikləri zamanı antiseptik və ağrıkəsici kimi istifadə edilir.
Keşniş toxumundan alınan efir yağı - linalool yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı damcı şəklində istifadə edilir. Keşnişin efir yağlarından(aldehid sitral) müxtəlif göz xəstəliklərində( konyuktvitdə, qlaukomada) istifadə edilir.
Keşnişin zərərləri
Elmdə keşnişin zərərləri barədə heç bir məlumat yoxdur.
Yanlız keşnişin tərkibində olanlara qarşı allergiyası olan adamlar onu yeyərkən diqqətli olmalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1008   Tarix: 27 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

turlar.az

sonxeber.az maskalar geyim necə seçməli toy makiyaji sekilleri salatlarin bezedilmesi ayaq şişməsi intim hekayələr qonag otagi dizayni kosmetika saglam qidalanma atalar sozleri tut ağacı tutdudu heyati ana haqqinda bayati