Kosmetik vasitələrdə olan parabenin zərərləri

Kosmetik vasitələrdə olan parabenin zərərləriKosmetik vasitələrdə olan parabenin zərərləri

Parabenin kosmetik məhsulların tərkibinə qatılmasına 80-ci illərdən başlanıb. Benzoik turşunun bir törəməsi sayılan paraben kosmetik vasitələrdə "propylparaben", "methylparaben" və "buthylparaben" kimi maddələrlə birlikdə istifadə edilir.

Bir çox kosmetik məhsulların tərkibinə paraben adlı maddə qatılır. Kosmetika istifadə edən xanımlar yəqin ki, bu sözü tez-tez eşidir. Bəs, görəsən, bu maddə nədir? Onun rolu nədən ibarətdir?

Parabenə "kosmetik vasitələrin qoruyucusu, yaxud onların ömrünü uzadan maddə" demək daha düzgün olar. Odur ki, o, qadınların ən böyük düşmənidir. Çünki məhsulun ömrünü uzatmaq üçün istifadə edilən bu maddə dəridə allergik reaksiyalara səbəb olur, qocalma prosesini sürətləndirir.

Paraben haralarda istifadə edilir?

Parabenlər dərman və yemək kimi məhsullar istisna olmaqla hər yerdə ola bilər. Məsələn, kosmetik vasitələr (tonal krem, pudra, göz kölgəsi, maskalar, makiyaj təmizləyicilər, pomada və s.) və dəriyə qulluq məhsullarının (losyon və kremlər, diş pastaları, şampunlar, saçlara qulluq vasitələri, günəş yağları, dəri təmizləyicilər, toniklər, deodorantlar) tərkibində rast gəlinir.

Kimlər parabenlərin təsirinə daha çox məruz qalır?

Araşdırmalar göstərir ki, qadınlar hər gün təmizlik və qulluq məqsədi ilə təxminən 8 kosmetik məhsuldan istifadə edir. Parabenlər, əslində, qalıcı deyil. Yəni, ömrü qısadır. Lakin paraben ehtiva edən losyon, krem və ya buna bənzər məhsullardan tez-tez istifadə edən qadınlarda yüksək miqdarda paraben olur.
Zərərləri nədir?

Sinə xərçəngi xəstəliyi olan qadınlar üzərində aparılan araşdırmalar nəticəsində alınan şiş nümunələri içində bol miqdarda paraben maddəsi olduğu ortaya çıxıb. Bədəndə hormanal təsirləri artıran kimyəvi maddələrin istifadə edilməsi, xüsusilə sinə xərçənginin yayılmasına səbəb olduğu deyilir.

Bəzi alimlərin fikrincə, qoltuq altı üçün istifadə edilən məhsullar paraben ehtiva etdiyindən daha çox döş xərçənginə səbəb olur. Amma döş xərçənginin yeganə səbəbi parabenli məhsullar ola bilməz. Buna görə də, tədqiqatçılar arasında fikir ayrılığı hökm sürür. Bəzilərinin fikrincə, paraben döş xərçənginin yaranmasına səbəb olur, bəziləri isə parabenin bu qədər güclü maddə olmadığı qənaətindədir.
Paraben istifadə etmək doğrudurmu?

Kosmetik vasitələrin tərkibində paraben olub-olmaması barədə məlumat qanunla müştərini məlumatlandırmaq məqsədi ilə etiket üzərinə yazılmalıdır. Müştərilər üçün bu, əhəmiyyətli məlumatdır. İstifadə edib-etməmək müştərinin qərarından asılıdır. Çünki kosmetik məhsullardan tamamilə imtina etmək mümkün deyil.

Odur ki, dərinizin parabenlə təmas etməsini istəmirsinizsə, məhsulların tərkibində "methylparaben", "ethylparaben", "propylparaben", "butylparaben" və ya "benzylparaben" olmamasına diqqət etməli, son istifadə tarixini diqqətli yoxlamalısınız.

Parabenlərin istifadəsi kosmetika bazarında qadağan edilməsə də, müəyyən iri istehsalçılar müştərilərin tələblərini nəzərə alaraq tərkibinə həmin maddənin qatılmadığı məhsullar istehsal etməyə çalışırlar.

Gözəllik və Moda     Baxılıb: 4032   Tarix: 11 avqust 2015
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

turlar.az

sonxeber.az yay kolleksiyasi adlarin menasi sac duzumleri salatlarin bezedilmesi qəlyanaltı reseptləri ərzaqlar fitnes klubu kosmetika hakistalar oğlan evine aid hakisda salatlar hakisdalar naz mila