Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barədə xəbərdarlıq edirlər.
Bəzən gözəlliyi və gəncliyi bərpa etmək üçün nəzərdə tutulmuş prosedurlardan sonra fəsadlar yarana bilər. Qadınlar Yeni ili qeyd etməzdən əvvəl hansı məşhur kosmetik manipulyasiyalardan çəkinməlidirlər? Bu sualı rusiyalı mütəxəssislər – "MEDSİ" klinik xəstəxanasının baş həkimi Natalya Tarasova, tibb elmləri doktoru Tatyana Şapovalenko və dermatoveneroloq, tibb elmləri namizədi Lyudmila Smirnova cavablandırıblar.
Mütəxəssislər qeyd ediblər ki, bayrama az qalmış gözəl görünmək istəyirsinizsə, səthi pilinq etməlisiniz. Orta və dərin pilinqlər reabilitasiya tələb edir. 5-7 gün ərzində üzdə qızartı və soyulma izləri qala bilər.
Saplarla üzgərmə
Bu prosedurun reabilitasiya müddəti praktiki olaraq yoxdur. Yəni 3-5 gün ərzində sapların qoyulduğu yerlərdə əmələ gələn şişkinlik praktiki olaraq tamamilə yox olur", deyə- Lyudmila Smirnova bildirib. Amma onun sözlərinə görə, bayram ərəfəsində sapla üzgərmə proseduru etdirirsinizsə, heç bir fərq hiss edilməyəcək. Prosedur ən azı bir ay, iki ay əvvəl edilməlidir.
Botulinum toksini və doldurucular
Həkimlər xəbərdarlıq edirlər ki, botulinum toksininin dəri altına daxil edilməsindən aydın təsir yalnız iki həftədən sonra görünəcək. Tatyana Şapovalenko onu da qeyd edib ki, antibiotik qəbul etmək botulinum toksininin təsirini neytrallaşdırır.
Tatuaj
Tatuaj etdirərkən də zaman amilinə diqqət etmək lazımdır. Yeni il partisindən azı iki ay əvvəl bu proseduru etdirsəniz daha yaxşı olar. Doktor Şapovalenko bildirib ki, qalıcı makyaj üçün piqmentə qarşı mümkün allergik reaksiyanın qarşısını almaq üçün əvvəlcə test etməli, boyanı əlinizə sürtməli və orqanizmin necə reaksiya verdiyini görməlisiniz. Dəri qırmızıya çevrilirsə, çox güman ki, prosedurdan çəkinməli olacaqsınız.
Nubar Süleymanova / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 7615   Tarix: 17 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

İsti havada çox tərləyənlər üçün 3 ÇARƏ

Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır. -a istinadən tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edir:. 1. Limo

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

turlar.az

sonxeber.az aksessuarlar sac duzumleri toy gecesi ədəbi guşə sağlamliq fitnes klubu sifahi xalq ədəbiyyatı növləri kosmetika faydalı bilgilər gözellik yuxuda qara ilan gormek toy gecesı maya maskasi