Makiyaj məhsullarını necə və harada saxlamalı?

Makiyaj məhsullarını necə və harada saxlamalı?Qadınların çoxu gözəllik məhsullarını vanna otağındakı şkafında, ya da yataq otağındakı makiyaj masasında saxlayır. Bəs, bəzilərinin həqiqətən soyuducuda saxlanılmalı olduğunu bilirdinizmi?
Yəqin ki, bu sətirləri təəccüblə oxuduğunuz? Makiyajlar haqqında araşdırmalar apararkən və bu məlumatları toplayarkən eynən mən də sizin kimi təəccüb içində idim. Əziz xanımlar, elə isə diqqətiniz bizdə olsun.
Beləliklə, gözəlliyinizə gözəllik qatan makiyaj məhsullarınız haqqında sizə məlum olmayan məlumatları təqdim edirik.
Dermatoloqlar bildirir ki, makiyaj məhsullarının soyuducuda saxlanması yalnız onların ömrünü uzatmır. Eyni zamanda, soyuducuda məhsulun temperaturu sabit qalır, buna görə də məhsul həddindən artıq isti və ya soyuqdan təsirlənmir.
İndi isə mütləq soyuducuda saxlanmalı olan məhsulları sizə təqdim edirik:
Göz kremi
Göz kreminizin soyuq olması, sadəcə sərinləşdirici bir təsir buraxmır, eyni zamanda qan damarlarında şişkinliyi azaldır.
Ətir
İsti hava və günəş işığı sevdiyiniz ətrin qoxusunu dəyişdirə bilər. Ətir çox isti olan mühitdə qalsa, içindəki kimyəvi maddələr parçalanır və qoxusu tamamilə dəyişir.
Təbii bədən məhsulları
Məhsulların təbiiliyini nəzərə alaraq, tərkibində qoruyucu maddələr olmadığını və buna görə bakteriyaların inkişafına daha çox meylli olduqlarını unutmamalısınız. Onları soyuducuda saxlamaqla həm ömürlərini uzatmış, həm də bakteriyaların inkişafının qarşısını almış olacaqsınız.
Üz maskaları
Bir çox göz kremi kimi, sərin üz maskaları kapilyarları dartır və qızarmağa meylliliyi azaltmağa kömək edir. Eyni zamanda qıcıqlanmış dəriyə sakitləşdirici təsir göstərir.
Layneri
Makiyaj mütəxəssisləri gözlərinizə göz qələmini və layneri çəkməzdən 10 dəqiqə əvvəl soyuducuya qoymağı xüsusilə məsləhət görürlər. Bu layneri, yaxud göz qələmini gözünüzə daha düzgün çəkməyə kömək edəcək.
Dodaq boyası (dodaq balzamı)
Bu məhsulların soyuducuda saxlanması ona görə vacibdir ki, bununla siz onların həm ömrünü uzatmağa, həm də formalarını olduğu kimi saxlamalarına nail olacaqsınız. Bu məhsulları istidən uzaq tutaraq kimyəvi parçalanmaların qarşısını alacaqsınız.
Lamiyə Məmmədova /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 1491   Tarix: 21 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

turlar.az

sonxeber.az adlarin menasi geyim dəbləri geyim şəkilləri yuxuda balqabaq yalan danismaq haqqinda atalar sözləri atalar sözləri elm haqqinda adət ənənələr kosmetika bürcler qaynanaya aid qurd ve quzu burclerin uyumu uşaq şeirləri