Məhkum şəhid qızından ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Narkoman olmasaydım, bəlkə də..."

Məhkum şəhid qızı həbs olunmamışdan öncə başına gələnləri və yaşadığı acı taleyini bölüşüb.

Xanim.az xəbər verir ki, Sonxeber.az-a danışan 29 yaşlı Mələk (ad şərtidir- red.) hazırda qadın həbsxanasında saxlanılır. O, həbs olunmamışdan öncə dizayner kimi fəaliyyət göstərib.

Onun sözlərinə görə, atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub:

"Mən şəhid qızıyam. Atam şəhid olandan sonra məni əmim böyüdüb. Ərə gedəndə xeyir duamı o verdi. Ailə qurandan sonra bir qızım oldu. Tale elə gətirdi ki, yoldaşımdan ayrıldım. Ayrıldıqdan sonra psixoloji sarsıntılar keçirdim. Şiddətli ağrılarım olurdu, dözə bilmirdim. Özümə çox qapanırdım. Rəfiqəmlə birlikdə qalırdım. O, vəziyyətimi görürdü. Bir dəfə də ağrılara dözə bilmədiyimi görüb, mənə narkotikdən istifadə etməyi təklif etdi. Dedi ki, "bundan istifadə etsən ağrıların olmayacaq, heç nə hiss etməyəcəksən". Məndə ağrımayım deyə məcbur qalıb razılaşdım. Çünki asılılıq yaradacağını və aludəçisinə çevriləcəyimi bilmirdim. Beləce bir iynə vasitəsilə heroinin aludəçisinə çevrildim".

Mələk altı il heroindən istifadə etdiyini dilə gətirib:

"Altı il fasiləsiz heroindən istifadə etdim. Lakin sonradan bezdim. Uzaqlaşmaq istəyirdim, amma bacarmırdım. Çünki istifadə etməyəndə ağrılarım olurdu, özümü çox pis hiss edirdim. Elə bilirdim nəsə itirmişəm. Kaş... kaş ki, belə olmazdı. Narkoman olmasaydım, bəlkə də tanınmış dizaynerlərdən biri idim. Bilirdim nə zamansa həbs olunacam, ancaq gözləmirdim. Gözləmədiyim anda da həbs olundum".
Qeyd edək ki, Mələk 2017-ci ildə Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma)maddəsi ilə 8 il azadlıqdan məhrum edilib.

Məhkum şəhid qızından ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Narkoman olmasaydım, bəlkə də..."

Xəbərlər     Baxılıb: 1532   Tarix: 14 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Həftədə neçə dəfə cinsi əlaqədə olmaq olar? - Həkim açıqladı

"Prostat vəzi sağlamlığı üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Sadəcə sağlam yaşamalıyıq". -a istinadən xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın uroloq-androloqu, həkim Mirhikmət Qiyasov Səhiyy

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

turlar.az

sonxeber.az adlarin menasi qaşların formalari makiyaj instagram sağlamliq zirincin faydaları elm haqqında atalar sözleri 2024 geyim kolleksiyasi kosmetika novruza aid hakista novruz hakıştası qiz adlari ariqlamaq vetene aid atalar sozleri