Məşhur içki sizi qadına oxşada bilər - Kişilərə XƏBƏRDARLIQ

Məşhur içki sizi qadına oxşada bilər - Kişilərə XƏBƏRDARLIQ"Kişilər arasında ən məşhur içkilərdən biri olan pivə qadın hormonlarının artmasına kömək edir, bununla da libidoya zərər verir".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Yevgeni Belousov xəbərdarlıq edib.
O, pivəni çox içən kişilərin qarınlarının böyüməsinə diqqət çəkib.
Həkimin sözlərinə görə, qarında yığılan piy bədəndə testosteronun səviyyəsini azaldır, eyni zamanda qadın hormonları estrogen səviyyəsinin artmasına təkan verir, bu isə birbaşa kişi libidosuna təsir edir.
"Həmçinin, estrogenin artması səbəbindən kişilərdə jinekomastiya - süd vəzilərinin böyüməsi inkişaf edir", - deyə Belousov aydınlaşdırıb.
Bundan əlavə, Y.Belousovun sözlərinə görə, pivənin tərkibində qaraciyərə, sinir sisteminə zərərli olan alkoqol və qadın hormonlarının analoqları olan fitoestrogenlər var.
Ekspert kişilərə menyudan soya və onun məhsullarını (soya südü, tofu, soya sousu və yağı) çıxarmağa da çağırış edib. O qeyd edib ki, çoxları bu məhsulları faydalı hesab edir. Bununla belə, soya pivə kimi, kişilərdə testosteron sintezinə mənfi təsir göstərən fitoestrogenləri ehtiva edir.
Sonda Y.Belousov kişilərə dəmir qablarda konservlərdən imtina etməyi də tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu dəmir uzun müddət saxlandıqda və içindəki maye ilə təmasda olduqda zərərli bisfenol maddəsini buraxmağa başlayır. Bu maddə də müntəzəm şəkildə bədənə daxil olanda pivədəki kimi mənfi təsir göstərir.

Xəbərlər     Baxılıb: 674   Tarix: 01 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Həm xərçəngdən qoruyur, həm də arıqladır

Kətan toxumunun faydaları saymaqla bitmir. axşam.az-a istinadən bildirir ki, üyüdülmüş və ya toxum şəklində istifadə edilən bu ərzaq vitamin və mineral mənbəyi olmaqla yanaşı, proteyin, lif və omega-3 ilə zəngindir. Əgə

.

"Allergiyası olanlar bu qidaları yeməsinlər - yeyən uşaqlar

Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Mövsümi allergiya nəticəsind

.

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Bəzi gənələr borriliozun daşıyıcısıdır, buna vaxtında diaqnoz qoymaq vacibdir. "Unikal"a istinadən  xəbər verir ki, bu barədə "Interia" nəşri həkimlərin araşdırma əsasən məlumat yayıb. "Borrelio

.

Gecə yatmazdan öncə ananas yeyin - Bu problemi aradan qaldırır

Yuxusuzluq günümüzün ən böyük problemlərindən biridir. Bir çox insan yuxu keyfiyyətinin azalmasına görə konsentrasiyanın itirilməsi və gün ərzində yorğunluq kimi hallarla üzləşir. -a istinadən xəbər verir ki, yuxu problemlərin

.

Dondurulmuş çörəyin faydaları nələrdir?

Alimlər dondurulmuş çörəyin faydalarını sübut etmək üçün geniş araşdırma aparıblar. Sosial şəbəkələrdə çörəyin dondurulmasının sağlamlığın yaxşılaşdırılması yolu kimi geniş müzakirələr apardığı bir vaxtda elmi araşdırmala

.

Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi

Dəfnə yarpağı yalnız kulinariya ədviyyatı deyil, həm də tarakanları yox etmək üçün əla vasitədir. Dəfnə yarpaqlarından istifadə edərək tarakanlardan qurtulmaq olar.   -a istinadən xəbər verir ki, sizə lazım olan tək şey dəfn

.

Hər gün sarımsaqlı su içsək, orqanizmdə nə baş verər?

Su balansı bədənin normal fəaliyyətini təmin etməyə kömək edir. .   -a istinadən bildirir ki, mütəxəssislər sarımsaq suyu içməyi məsləhət görürlər. Limonlu suyu belə içmək olmaz- 4 mənfi təsiri . Ürək xəstəliyi riskiniz

.

İnsan böyrəyindən çıxarılan ən böyük daş: Buna görə məşhur oldu

Bəzən insanlar istəmədən rekordçu ola bilirlər, yəni Ginnesin Rekordlar Kitabına düşmək üçün demək olar ki, heç nə etmirlər.   -a istinadən xəbər verir ki, Şri-Lankada yaşayan 62 yaşlı Kanistus Kunhe də oxşar vəziyyətlə üzləşib

.

Qanda dəmir çatışmazlığının 7 əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. -a istinadən bildirir ki, sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmız

turlar.az

sonxeber.az toy gecesi qis geyimləri 2024 sade makiyaj sekilleri toy qabağı dəriyə qulluq soda maskasi qadın kosmetika novruz bayrami toyuq salati bayatı novruz bayramina aid hakistalar olumu