Məşhurlar metroda öpüşən gənclərdən danışdı: "İctimai yerdə yalaşmağın..."

Məşhurlar metroda öpüşən gənclərdən danışdı: "İctimai yerdə yalaşmağın..."Jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı status böyük səs-küyə səbəb olub.

Axşam.az-ın məlumatına görə, bir çoxları bunu tənqid edib, bir çoxları isə insanların azad olduğunu yazıb.

Bəs görəsən, tanınmış simaların ictimai yerlərdə öpüşməyə münasibəti necədir?

Prodüser Təranə Səmədova demokratik ölkədə bu cür hallara normal baxılmasını deyib:

"Biz demokratik ölkədə yaşayırıq, normal qəbul edilməlidir. Amma biz bir az mentalitetimizi də unutmamalıyıq. Bizim cəmiyyətdə bu qəbul olunmur. Rusiyada hətta eynicinsli şəxslərin küçədə öpüşdüyünü gördüm. Elə təəccüblə baxdım ki... Azərbaycanlı olduğumu hiss etdirdim. Mən də anayam. Qızımın belə hərəkətini bilsəm ya onu, ya da özümü öldürərəm. Mənim övladımın elə hərəkətinə ürəyim partlayar. Restoranlarda elə hallarla qarşılaşmışam. Amma heç də yaxşı mənzərə deyil".

Aparıcı Zemfira Adıgözəlova küçədə öpüşməyi tənqid edib:

"Dünəndə bu xəbəri oxuyuram. Bakıda qəbul olunmur, mən də normal baxmıram. Buna görməmişlik kimi baxıram. Nə xəbərdi, nə olub? Öpüşmək üçün gedib onu etməli yerlər var. Camaatın içində nədir? Bəlkə azərbaycanlıyam, ona görə yaxşı qəbul edə bilmirəm. Xaricdə öpüşən görəndə heç dönüb baxmıram da. Bakıda bulvarda görmüşəm, heç dönüb baxmamışam da. Onu müzakirə də etməmişəm. Dünəndən bu qədər müzakirə edilirsə, demək bizim cəmiyyət buna normal baxmır. Bu müzakirələr gənclərə dərs olar. Həm də indi hər yerdə çəkiliş etmək mümkündür. Kimsə o addımı atmağa risk etməz. Bulvarda bu halla qarşılaşmaq adi haldır, çünki sağ-sol ağacdır. Metro isə anormaldır".

Müğənni Səidə Sultan deyib ki, qarşısına öpüşənlər çıxsa heç bir reaksiya verməz:

"Öpüşür özü bilər, mənə nə? Öpüşməyi gəlib edir. Amma biz azərbaycanlıyıq, mentalitetimizdə belə şey pis görünür. Əvvəl də belə idi. Onu edənə də pis baxırlar. Avropalaşmışıq, indiki gənclər üçün adi haldır. Amma gedib bunu görəndə kimləsə dalaşmaq olmaz. Adama deyərlər sənə nə? Ana, bacı duran yerdə elə halı görən kişi dava salar. Qadın isə yəqin uşaqlarını götürüb oradan uzaqlaşar. Mənimdə yanımda ailəm olanda belə hal görsəm, deyərəm çəkilin kənarda dayanın. Amma bundan sonra adiləşəcək, Azərbaycan buna hazır olmalıdır. Avropada elə şeylərlə qarşılaşanda, heç dönüb baxmırlar da. Onu deyim ki, küçədə mehirban, əl-ələ sevgililər görəndə sevinirəm, özümə ləzzət edir".

Müğənni-bəstəkar Murad Arif isə hadisəyə belə münasibət bildirib:

"Cəmiyyətimizdə zatən iki şey əskikdir: sevgi və tərbiyyə. İctimai yerdə yalaşmağın isə nə sevgiyə, nə də tərbiyyəyə heç bir aidiyyatı yox. Skandinaviyada bəlkə də romantik görünərdi... Amma Şərq temperamentinin üzərinə bir də Azərbaycan cəhalətini gətirin və bu sərbəstliyin haralara gətirəcəyini düşünün. Bir şeyi də deyim, söhbəti xətm edək. Düşündüyünüzdən də müasirəm. Sadəcə, torpaq qarışıq çox şeyi itirmişik. Sonuncu qalan bir-iki dəyər var. Baxın da. "Təpikləmək" mədəni hərəkət deyil".

Baş vermiş hadisə ilə bağlı X. Səfəroğlunun qalmaqala səbəb olan statusunu təqdim edirik:

"Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu: Qız və oğlan. Ayağını ayağının üstünə aşırmış 16-17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığallayırdı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığışdırarlar... Gördüm yox e, artıq öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayın, bağışlayın..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim. Balacalar üzümə baxırdılar.

Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!".

Xəbərlər     Baxılıb: 1888   Tarix: 30 mart 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

turlar.az

sonxeber.az qadin sayti geyim və ayaqqabılar yemek reseptleri hamilə qadın infarkt elametleri qadin dunyasi kulinariya ana haqqinda atalar sözləri kosmetika vətənə aid hakistalar əfsanələr buga burcu yumurta