Mətanət: "İstəyirəm ki, həyatımdakı kişi çox pul qazansın..."

Mətanət: "İstəyirəm ki, həyatımdakı kişi çox pul qazansın..."Teleaparıcı Mətanət Əliverdiyeva övladlarından danışıb. Musavat.com xəbər verir ki, film təqdimatına qatılan aparıcı jurnalistlərin suallarına cavab verib. Övladlarından bəhs edən Əliverdiyeva onlarla dost olduğunu deyib:

"Övladlarımla hər şeyi bölüşürəm. Biz dostuq. Hər münasibətdə sevgi çox vacibdir. Sevgi öləndə həyat ölür. Heç vaxt övladlarımın sevdiyi şəxsə qarışmaram. Kimi sevsə, onunla evləndirəcəyəm. Gəlini bəyənməsəm də, etiraz etmərəm. Onu özüm üçün deyil, oğluma alıram. Bəzən analarla qızları arasında problem olur, qız evdən gedir. O hadisədə günahkar anadır. Qızı ilə vaxtında doğru münasibət qursa, onunla dost olsa, qız üz çevirməz".

- Qadın-kişi münasibətləri barədə hər zaman fərqli fikirlər səsləndirmisiniz. Necə düşünürsünüz, kişilər hansı qadına xəyanət etmir?

- Özündən çox ağıllı olan, çox pul qazanan qadına xəyanət etmir. Çünki o qadının hökmü olur, iradəsi güclü olur. Kişilər ağıllı qadından çəkinir. Kişi görür ki, qadın onun dediyinin qarşısında 5 söz deyir. Ağıllı cavablar verir, məntiqli addımlar atır. Kişi düşünür ki, o qadın dəhşətlidir, onunla yola gedə bilməzlər. Kişilər güclü deyil. Onlar zəif məxluqdur. Söhbət fiziki gücdən getmir. Qadının zehni kimi güclü həyatda heç nə yoxdur.

- Bəs qadınlar hansı kişilərdən ayrılmır?

- Qadın diqqəti, sevgini sevir. İstəyirlər ki, onlara yaxşı baxsınlar. Düşünürlər ki, mən yaxşı qazanıramsa, kişi də qazanmalıdır. Niyə özüm qazanıb, niyə özüm xərcləməliyəm? O da mənim üçün xərcləsin. Həyata real baxaq. Mən də istəyirəm ki, həyatımdakı kişi yaxşı qazansın, mənə yaxşı baxsın. Özüm qazanıb, özüm xərcləyirəmsə, kişini nə edirəm?

- Siz necə kişiləri bəyənirsiniz?

- Maddiyyatı kənara qoyuram. Kişi psixoloji cəhətdən məndən 10 qat yüksək güclü olmalıdır. Məni qorumağı bacarmalıdır. Mən güclü qadınam . O da çox güclü olmalıdır ki, mən onun gücünü hiss edim. Hər qadının psixologiyasının pozulduğu küncə qapandığı vaxtlar olur. Mənim də ağladığım zamanlar olur. Həyatımdakı boşluğu hiss edirəm. O zaman güclü insan axtarıram.

- Son illərdir ki, xarici görünüşünüz heç dəyişməyib. Özünüzə necə qulluq edirsiniz?

- Mən heç vaxt su içmirdim. Mənə dedilər ki, günə 3 litr su iç. Dedim ki, başınız xarabdır? O qədər suyu necə içim? Amma son 2-3 ildir ki, su içirəm. Qidalanmağıma diqqət edirəm. Hər şeydən az-az yeyirəm. Ekranda olan xanımam, formada olmalıyam. Ona görə diqqətli yanaşıram özümə. İmicimi də dəyişmirəm, deyirlər ki, belə yaraşır. Lap yaşlananda, nənə olanda dəyişəcəyəm.

Xəbərlər     Baxılıb: 2094   Tarix: 29 yanvar 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

turlar.az

sonxeber.az sac duzumleri kosmetoloq gözəllik məhsulları ailə məktəbi sekis limonun faydasi həsrət şəkilləri kosmetika novruza aid hakışta rus dili haxista qz eviyçun hakışta rus dilin nece orenek