Müharibənin uşaqlarda buraxdığı iz - yatağı islatma, qıc olma, əsəbilik

Müharibənin uşaqlarda buraxdığı iz - yatağı islatma, qıc olma, əsəbilikBu gün dünyada milyonlarla insan müharibə şəraitində yaşamağa məcbur qalıb. Müharibənin ən məsum qurbanları isə uşaqlardır. Günahsız, baş verənlərdən xəbərsiz şəkildə bu cür şəraitdə yaşamağa çalışırlar. 
Bunun ən böyük nümunəsi isə hazırda davam edən Rusiya-Ukrayna münaqişəsidir. Evləri dağılmış, vətənindən didərgin düşmüş minlərlə insan bu müharibə şəraitində yaşamağa məcburdur. 
Müharibə təkcə körpələrin deyil, həmçinin böyüklərin də qorxuya düşdüyü və təhlükəsizlik duyğularının zədələndiyi travmatik vəziyyətdir. Müharibə dağıdıcı təsirləri ilə birlikdə həmçinin psixoloji təsirləri ilə də insanlarda iz buraxır.
Araşdırmalara görə, müharibənin körpələrə və uşaqlara uzunmüddətli təsirləri əsasən davranış problemlərinə çevrilir. Müharibə uşaqların valideynlərdən ayrıla bilməmə, tez-tez ağlama, reaksiya verməmə, titrəmə, ağrı, uyuşma, ürkütmə və qışqırma kimi reaksiyaların verməsinə səbəb olur. Ən kiçik səs və ya hərəkətdə onlar qışqıraraq yuxudan tez-tez oyanırlar. Çünki uşaqlar böyüklər kimi hiss və düşüncələrini mənalı şəkildə ifadə edə bilmirlər.
Bəs, görəsən, müharibə uşaqların psixologiyasına necə təsir edir?
Milli.Az lent.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova bildirib ki, müharibə şəraitində yaşayan uşaqların qorxuları daha da çoxalır. 
Onun sözlərinə görə, bu cür uşaqlar daha çox depressiyaya meylli olurlar:
"Həmçinin həmin uşaqların demək olar ki, əyləncəsi az olur. Onlar uşaqlıqlarını doyunca yaşaya bilmirlər. Ümumiyyətlə, müharibə uşaqların həyatına böyüklərdən daha çox təsir göstərir. Böyüklər müharibəni uşaqlara nisbətən çox yaxşı başa düşür və bunun çətinliklərinə hazır olurlar. Təəssüflər olsun ki, uşaqlar bunların fərqində deyil. Rahat şəraitin, evin, təhsilin olmaması onlarda aqressiyanın, depressiyanın yaranmasına və ümidsizliyə qapılmalarına səbəb olur".
Körpələrdə baş verən travmatik təcrübələrin nəticələrinə gəlincə, insanlar arasında onların yaşlarına görə hadisələri xatırlamayacaqları və buna görə də təsirlənməyəcəkləri barədə ümumi yanlış fikir var. Amma araşdırmalara görə, hətta hamiləlik dövründə də körpə ətrafda baş verənlərdən təsirlənir. Özünün bilmədiyi və buna görə də təsvir etməkdə çətinlik çəkdiyi narahatedici hisslər, düşüncələr, qəzəb, anadan ayrıla bilməmək, yuxu və iştahanın pozulması, həddindən artıq aktivlik və ya durğunluqla özünü göstərir. Bununla yanaşı, yatağı islatma, qıc olma, əsəbilik və fizioloji səbəblərdən qaynaqlanmayan bədən ağrıları da görülə bilər.
Bəs, uşaqlara müharibə mühitini necə izah etmək olar?
Bu məsələ ilə bağlı xarici mütəxəssislərin də diqqət çəkən fikirləri var. Onları ümumiləşdirmiş formada sizə təqdim edirik. 
Əgər, uşaq sizə sual verirsə, bu, onun hadisəni anlamağa çalışdığının göstəricisidir, bu anları qaçırmamaq və düzgün qiymətləndirmək vacibdir. Suallardan qaçmamaq, heç nəyi səhv salmamaq lazımdır. Müharibə kimi uşağa fiziki və psixoloji yaralar vuran, şiddətli qorxu və ya qəzəbli məzmunlu çox təhlükəli hadisəni öz gözümüzlə dərk etdiyimiz kimi təsvir edə bilmərik. 
Araşdırmalara görə, uşaqların yaş səviyyəsinə uyğun olaraq, uşaq soruşmadıqca çox təfərrüata varmadan izah etmək lazımdır. Uşaqların təxəyyülləri çox geniş olduğu üçün işlətdiyiniz sözlərin çox uzun olmamasına diqqət yetirin. Müharibə vəziyyətini təsvir edərkən az və sadə sözlər seçməklə diqqətli olmaq lazımdır. 
Unutmaq olmaz ki, uşaqlar təkcə müharibədən deyil, həm də müharibə zamanı valideynlərinin reaksiyalarından təsirlənirlər. Valideynləri nə qədər güclü hiss edirlərsə, uşaqlar da özlərini bir o qədər güclü hiss etməyə çalışırlar. 
Milli.Az

Xəbərlər     Baxılıb: 873   Tarix: 26 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

turlar.az

sonxeber.az adlarin menasi makiyaj instagram həkim məsləhəti doğumdan sonra qışa hazırlıq düz qarın tortlar kosmetika birlik vətən oyunlar sirniyatlar nizami gencevi