Müsəlman qadınlar makiyaj edə bilərlərmi?

Müsəlman qadınlar makiyaj edə bilərlərmi?Ölkəmizdə son illər, demək olar ki, hər şeyin üzərinə "halal" etiketi yapışdırılır. "Halallıq", sözün əsl mənasında, dəbə minib. Kolbasadan sosislərə, dana ətindən toyuğa kimi bir çox məhsulun və ya onu satan mağazanın üzərində "halal" etiketini görmək mümkündür. Bu etiketin reallığı nə qədər əks etdirib-etdirmədiyi məlum deyil. Onsuz da bugünkü mövzumuz halal qidalar deyil.
Maraqlıdır, islamın qadağan etdiyi donuz ətini, sadəcə, ağız yolu ilə qəbul etmək haramdırmı? Bəyəm orqanizmə dəri yolu ilə daxil olan donuz piyi caizdir?
Bu sualı doğuran fakt isə hər gün metroda, avtobusda qarşılaşdığımız hicablı xanımların makiyajlarıdır. Görəsən, həmin qadınların makiyajda istifadə etdikləri məhsullar nə dərəcədə "halallıq standartları"na uyğundur? Ümumiyyətlə, müsəlman qadın makiyaj edə bilərmi?
Kosmetik vasitələrin tərkibi
Məlumatlara görə, bir çox firma istehsal etdiyi məhsulların tərkibinə donuz piyi və məni (sperma) əlavə edir. Bunlar daha çox 40 yaşdan sonra istifadə edilməsi məsləhət olan anti-aging (yaşlanma əleyhinə) kremlərin, dərini kollagenlə təmin edib dəri sallanmasının qarşısını alan məhsulların və bəzi dodaq boyalarının, krem formasındakı ənlik və göz kölgələrinin tərkibinə vurulur.
Kosmetik vasitələrin tərkibi və istifadə qaydası barədə şəhərimizdəki az qala hər metrdən bir yerləşən kosmetoloji mərkəzlərdə, gözəllik salonlarında məlumatlıdırlarmı? Axı həmin gözəllik mərkəzləri ilə birbaşa əlaqədə olan məlumatsız təbəqə məhz onların məsləhəti ilə özlərinə qulluq edir. Sorğumuz göstərdi ki, kosmetoloqlarımız belə bu sahədə bilgisizdirlər. Düzdür, onlar kosmetik vasitələrin tərkibində donuz piyi və məni olduğundan xəbərdardırlar. Ancaq insanların bu kosmetik vasitələri ilk baxışda necə ayırd edə biləcəkləri barədə kiçik bilgiyə belə malik deyillər.
Onları necə tanıya bilərik?
Məlumunuz olsun ki, tərkibində məni olan kosmetik məhsulların qablaşdırmalarının üzərində "Cetyl palmitate", "cetaceum", "spermaceti" sözləri yazılır.
Əgər üzərində "Jelatin", "lesitin", "sorbitan oleat", "myristic acid", "biotin" və "L­cysteine" kimi maddələrin adını görürsünüzsə, deməli, həmin məhsulun tərkibində donuz yağı var.
Düzdür, bu maddələr cüzi miqdarda olur və sağlamlığa heç bir zərər vermir, ancaq müsəlmanın halallığına kölgə salıb günah qazanmasına, o dünyada tanrı qarşsında buna görə hesabat verməyə kifayət edir. Elə bu səbəbdən də müsəlman ölkələrində bu hal birmənalı qarşılanmır.
Kimdir müqəssir?
Bəlkə də deyəcəksiniz ki, "Qərb belədir də, bizi dindən çıxartmaq üçün hər şeyi edirlər". Gəlin baxaq görək, doğrudanmı günah tərkibində donuz piyi olan kosmetik vasitə istehsalçısı olan Qərbdədir? Yoxsa dinin qayda-qanunlarından xəbərsiz, dinin mahiyyətini bilmədən hicab geyinib özünü dindar göstərmək istəyənlərdə?
Makiyaj və din: alimlər nə deyirlər?
Halbuki din mütəxəssislərinin bu mövzuda qənaəti qətidir: müsəlman qadınların tərkibində donuz piyi olan kosmetik vasitələrdən istifadələri bir yana qalsın, onlar, ümumiyyətlə, makiyaj etməməlidirlər.
Əslində, bunu bilmək üçün din xadimi olmağa ehtiyac yoxdur. "Quran"da bu barədə konkret surələr mövcuddur.
Məsələn, Tin surəsində (95/4) deyilir: "Biz insanı ən mükəmməl surətdə yaratdıq".
Mükəmməl surətdə yaradılmış bir canlının gözəlləşmək üçün əlavə vasitələrə əl atması nə deməkdir? Bu Allaha qarşı gəlmək deyil?
Türkiyəli alimlər qadının makiyaj edərək küçəyə çıxmağını zina hesab edirlər. Onların fikrincə, bəzənib-düzənən qadın eyni zamanda 3 günah işləmiş olur: Birincisi, kişilərin diqqətini cəlb edərək onların günah etməsinə səbəb olur. İkincisi, olduğundan fərqli görünərək insanları aldadır. Üçüncüsü, Allahın verdiyi surəti bəyənmədiyini bəyan edir.
Nur surəsinin 31-ci ayəsində deyilir: "Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər".
Din adamları bildirirlər ki, qadınlar bu əmrə riayət etməli, makiyaj edərək çölə çıxmamalı, naməhrəm kişilərin arasında gəzməməlidirlər.
Gözəllik qurban tələb edir…
Belə görünür ki, kolbasa alarkən halal olub-olmadığına diqqət edən xanımlarımız, növbə gözəlliyə çatanda tərəddüd edirlər. Dini əqidəsi naminə fədakarlıq tələb edən məsələlərdə tərəddüdləri ortaya çıxır. Gözəlliyi qurban verməyə hazır olmadıqları aydın olur. Bu dəfə onlar dinə deyil, dini qaydaları özlərinə uyğunlaşdıraraq dolayısı ilə, dini əqidələrini gözəlliklərinə qurban edirlər.
Bütün bunlar dinə kor-koranə bağlılıqdan, uşaqlıqdan təsir altında qalmaqdan xəbər verir. Halbuki, aptekdən dərman alıb atanda belə onun üzərindəki məlumatları oxuyuruq. Alacağımız geyimin bədən ölçümüzə uyğun olub-olmadığını anlamaq üçün etiketinə nəzər yetiririk. Deməli, "müsəlmanam" demədən zəhmət çəkib "Quran"ı oxumalıyıq. Çünki islamın təməli "Quran"dır, onu oxumadan, onun qaydalarına əməl etmədən müsəlman olmaq mümkün deyil. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 2041   Tarix: 15 may 2019
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

70-ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. Bu barədə "Glamour" jurnalında məlumat dərc olunub. Söhbət qarışıq, qısa və qıvrımlı saçlardan gedir. Bu saç kəsimi moda dünyasında yenidən aktuallaşıb

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

turlar.az

sonxeber.az toy makiyajlari kosmetoloq maskalar cinsi infeksiyalar vətənə aid bayatılar ərzaqlar zirincin faydaları kosmetika hakışta gozellik namiq qaraçuxurlu novruz hakıştası aslan