Müsəlmanların pəhrizi: Yuxudan əvvəl nələri yemək olmaz?

Müsəlmanların pəhrizi: Yuxudan əvvəl nələri yemək olmaz?İnsan sağlamlığının əsasını düzgün qidalanma təşkil edir. Müasir zamanda dünyada çoxlu sayda müxtəlif pəhrizlər və qidalanma sistemləri mövcuddur. Müsəlmanlar isə bu uzun-uzadı pəhriz siyahılarında özlərinə uyğun pəhrizlər axtarırlar.

Peyğəmbərimiz (s) öz qida seçimində diqqətli idi. Onun qida rasionu sadə və faydalı meyvələrdən, məsələn, xurma, qarpız, arpa çörəyi, süd, bal, qoz-fındıq, zeytun yağı, balqabaqvə hərdən də ətdən ibarət idi. Təbii ki, o müsəlmanlara qadağam edilmiş qidalardan istifadə etmirdi.

Həzrəti Muhəmməd (s) hədislərində deyib: "Adəm oğlu tərəfindən doldurulan ən pis qab- onun mədəsidir. İnsan güc əldə edə biləcəyi qədər yeməlidir. Daha doğrusu, 1/3-i qida üçün, 1/3 maye üçün, 1/3 –i isə nəfəs almaq üçün.

İslam insanları sağlam həyat tərzinə səsləyir. Çünki sağlamlıq Allah tərəfindən insana bəxş edilmiş böyük nemətdir. Sağlam can insana verilən bir əmanətdir.

Müasir zamanda həyatımız az hərəkətlilik və daha çox əsəb-psixoloji yüklənmələrlə xarakterizə olunur. Buna görə də , yüksək kalorili məhsullar orqanizmə zərər vura bilər, maddələr mübadiləsini poza, ateroskleroz inkişafına və digər "əsrin xəstəlikləri"nin inkişafına yol aça bilər.

Məlumdur ki, sağlam və tam yuxu insana təsir edən əsas faktorlardan biridir.

Müasir alimlər sübut ediblər ki, bəzi qidalar bizim yuxularımıza da təsir edə bilirlər. Məsələn, gecə çox yemək zərərlidir. Dolu mədə diafraqmanı sıxır, ürəyin normal işləməsini çətinləşdirir. Əgər sizin yuxusuzluq kimi problemləriniz varsa və yaxud da yuxunuzu yaxşılaşdırmaq istəyirsinizsə, onda yuxudan əvvəl qida qəbulunu azaldın.

Dondurma

Müxtəlif yağlı dondurmaları yeməklə siz nəinki yuxunuzu korlamış olursunuz, hətta əlavə çəki də yığırsınız. Birincisi, şəkərlə bol olan dondurma orqanizmdə enerjinin artması səbəb olacaq, yuxusuzluq yaradacaq, İkincisi, yağa çevrilərək sizin bədəninizdə qalacaq.
Əgər dondurmanı lap çox sevir və yeməkdən imtina edə bilmirsinizsə, onda heç olmasa onu yuxudan əvvəl istifadə etməyin.

Un məmulatları

Un məmulatlarının sui-istifadəsi yuxusuzluğa səbəb ola bilər. Bundan əlavə tərkibindəki zəngin karbohidratlar səbəbindən çəki arta və qanda şəkərin miqdarı yüksələ bilər. Ona görə onlardan yuxudan əvvəl tamamilə imtina etməlisiniz.

Qırmızı ət

Böyük tikə ət yeyərkən biz mədəmizdə ağırlıq hiss edirik. Ət digər məhsullara nisbətən gec həzm olunur. Ona görə də yuxudan əvvəl onu qəbul etmək məsləhət görülmür.

Pizza

Bu qida tez hazırlanması ilə çoxlarını cəlb edə bilər və yaxud da onu sifariş vermək daha asandır. Ancaq xəmi, yağ, piy, pendir,ət, sərt tomat sousundan ibarət qarışıq yeməyi yemək yuxunuzu qaçıracaq. Arttıq çəki də yığacağınızı unutmayın.

Şirniyyatlar

Onları yedikdən sonra yuxunuz qarışacaq və pis yuxular görəcəksiniz. Axşamlar şirniyyat yeyən hər 10 adamdan 7-si gecə qorxulu yuxularla əziyyət çəkir.

Sarımsaq

Yuxudan əvvəl sarımsaq yemək yalnız yanınızdakı həyat yoldaşınız üçün deyil, həm də turşuluğun miqdarını qaldırdığından mədəniz üçün də xoşagəlməz olacaq.

Şokolad

Kofeinlə zəngin şokolad yalnız günüz, daha doğrusu səhər faydalı ola bilər. Heç bir halda onu axşam yuxudan əvvəl yeməyin.

Kərəviz

Kərəvizin adını bu siyahıda görənlərin çoxları təəccüblənəcək. Ancaq kərəviz yaxşı sidikqovucudur. Əgər gecə tez-tez yuxudan oyanmaq istəmirsinzisə, ondan axşamlar sui-istifadə etməyin.

Əgər sağlam və tam yuxu istəyirsinizsə, ən yaxşısı gecə heç nə yeməyin. Əgər çox acmısınızsa, onda soyuducunun qarşında fikirləsin: Sizin üçün hansı daha əzizdir, Allahın sizə verdiyi sağlamlıq, yoxsa nəfsiniz?

Zümrüd Cavadova

Mətbəx     Baxılıb: 2853   Tarix: 07 may 2015
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

turlar.az

sonxeber.az gelinlikler həkim məsləhəti sac duzumleri güllərin mənası dondurma reseptləri sarimsaqla qurdun mualicesi salatlarin hazirlanmasi kosmetika faydalı maskalar bir arzum var sağlamlığın sirleri kahfe kali usaq seirleri