Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Ləzzətli və Ətirli Almalı Ördək FilesiRestoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli və ətirli olur. Evdar.az ev şəraitində ləzzətli almalı ördək filesinin reseptini təqdim edir.

Tərkibi:

1 ədəd ördək filesi
2 xörək qaşığı soya sousu
1 ədəd alma
zövqə görə təzə qırmızı mərcanı
1 çimdik duz
zövqə görə ədviyyatlar
Hazırlanma qaydası:

Ördək filesinin dəri hissəsinin üzərindən iti bir bıçaqla dərin kəsiklər atın.

Üzərinə zövqə görə ədviyyatlar səpin və soya sousu da əlavə edin.

Əllə filenin hər tərəfinə bulayın və yarım saatlıq kənarda saxlayın. Tez və yaxşı marinə olunması üçün arabir barmaqlarınızla fileni ovun.

Sobaya yerləşdirə biləcəyiniz qalın tavanı ocaqda yaxşıca qızdırın. Ördək filesini tavaya dərisi aşağıda qalacaq şəkildə yerləşdirin və 3 dəqiqə boş tavada bişirin. Zəif ocaqda çevirərək digər tərəfini də 3 dəqiqə bişirin.

Daha sonra tavanı fileylə birlikdə əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya yerləşdirin.

Bişən fileni boşqaba qoyun.

Sobadan çıxartdığınız isti tavaya alma dilimlərini düzüb 1 dəqiqə saxlayın.

1 dəqiqədən sonra almaları çevirin və üzərinə mərcanı əlavə edin.

Boşqaba dilimlənmiş ördək filesini, alma dilimləri və mərcanını düzün. Zövqə görə üzərinə balzamik sousu töküb göyərtiylə bəzəyin . Dadlı yeməyinizi süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Mətbəx     Baxılıb: 1787   Tarix: 06 oktyabr 2021
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

turlar.az

sonxeber.az yemek reseptleri donlar 2024 makiyaj etmek qaydalari qadin sayti dieta ciyer qovurma dunyanin en seksual qadinlari kosmetika üzeyir hacıbəyli salatlar bedii edebiyyat veten kahfe fali