Fərqli Dad: Sobada Kartof Dolması

Fərqli Dad: Sobada Kartof DolmasıHər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. Evdar.az hər kəsin bəyənəcəyi sobada karof dolmasının reseptini təqdim edir.

Tərkibi:

6-7ədəd orta ölçülü kartof
200 qr qiymə
1 ədəd soğan
1 stəkan pomidor suyu
1 ədəd yumurta
1 xörək qaşığı qarğıdalı yağı
1 xörək qaşığı tomat
1 stəkan isti su
duz, istiot
3 budaq reyhan
Hazırlanma qaydası:

İlk öncə kartofları yuyun. Bir qazanda 1 çay qaşığı duz əlavə edilmiş qaynar suda kartofları diri qalacaq şəkildə bişirin. Ocaqdan götürüb kartofları soyudun və qabıqlarını soyun. Kartofların iç hissələrini ovaraq çıxardın.

İçlik üçün soğanı soyub doğrayın. Reyhanı da xırda doğrayın. Qiyməni dərin bir qaba tökün. Üzərinə xırda doğranmış soğan, reyhan, 1 ədəd yumurta, duz və istiotu əlavə edib qarışdırın. Hazırladığınızı içliyi ovulmuş kartofların içərisinə bölüşdürün. İçliklə doldurulmuş kartofları odadavamlı soba qabına yerləşdirin.

Sousu üçün bir qabda tomat, pomidor suyu, qarğıdalı yağı və 1 stəkan isti suyu töküb qarışdırın. Hazırladığınız sousu kartof dolmalarının üzərinə gəzdirərək tökün. Kartof dolmasını əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişirilmə müddətində soba qabındaki sousu arabir bir qaşıq köməyi ilə bir az götürərək kartofların üzərinə gəzdirərək tökün. Kartof yumşalanadək bişirin və sobadan götürün. Bişən dadlı kartof dolmasını isti-isti süfrəyə verin.

Nuş olsun!

Mətbəx     Baxılıb: 1975   Tarix: 07 oktyabr 2021
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

turlar.az

sonxeber.az geyim şəkilləri adlarin menasi geymler 2024 nergiz pasayeva nermin ibrahimova qüsl almaq qaydası badam kosmetika hakista sozler qadin saglamlig gozellik gözəllik gozde olar