Cinnabon – Darçınlı bulka resepti

Cinnabon – Darçınlı bulka reseptiHamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə ata və oğul Riç və Qreq Komen qərara alırlar ki, dünyada ən dadlı darçınlı bulkalar hazırlasınlasınlar. İlk Cinnabon kafesi 1985-ci il dekabrın 4-də Sietl şəhətində açılmışdır. Hal-hazırda dünyanın 52 ölkəsində 1300 kafe fəaliyyət göstərir. Ən ətirli darçın növü olan Makara xüsusi olaraq Cinnabon üçün İndoneziya dağlarında yetişdirilir. Krem pendirli sous isə bulkalara əvəzolunmaz dad verən son kulinariya toxunuşu olur. Cinnabon kafelərində olan bulkaların əsas resepti sirr olaraq saxlansa da, bu gün dünyada evdar xanımlar da bu bulkaları hazırlayırlar. Mən də bu postda ən ideal Cinnabon resepti ilə sizinlə bölüşəcəyəm.

Lazım olan ərzaqlar:
Xəmir üçün:

250 ml süd
1 ç.q. maya
100 q şəkər tozu
2 yumurta
70 q kərə yağı
1 ç.q. duz
700 q un
İçlik:

50 q kərə yağı
150 q qəhvəyi şəkər
3 ç.q. darçın
Krem üçün:

100 q krem pendir ( Philadelphia, Almetto və ya Labne pendiri)
kərə yağı 100 q
100 q şəkər kirşanı

Xəmir üçün ilıq südün üzərinə bir az şəkər tozu və maya əlavə olunur, maya köpüklənənə qədər 10-15 dəqiqə gözlənir. Sonra yumurtalar ilə qalan şəkər tozu qarışdırılıb əlavə olunur. İlıq əridilmiş kərə yağı əlavə olunur. Un ələkdən keçirilib duz ilə birlikdə bura əlavə edilir və yumşaq xəmir yoğrulur. Xəmir 1-1.5 saat isti yerdə ağzı bağlı şəkildə mayanlandırılır.

İçlik üçün darçın, qəhvəyi şəkər tozu ( yoxdursa, ağ şəkər tozu əlavə edə bilərsiniz) və yumşaldılmış kərə yağı qarışdırılır.

Xəmir 2 kündəyə ayrılır və düzbucaqlı formada yayılır. Hər tərəfinə darçınlı içlik çəkilir.

Rulet kimi bükülür, və 4-6 sm enlikdə kəsilir.

Soba üçün qaba kalka kağızı sərib üzərinə bulkalar aralarında bir qədər məsafə olmaqla düzülür . Üzəri örtülüb 20-30 dəq isti yerdə saxlanır. 180-190 dərəcəli sobada 30 dəqiqə bişirilir.

Üzərinin kremi üçün yumşaq kərə yağı, krem pendir və şəkər kirşanı mikser ilə qarışdırılır. Bulkalar qaynar yox , bir az soyuduqdan sonra isti-isti üzərinə krem çəkilir.

Nuş olsun!

Mətbəx     Baxılıb: 18382   Tarix: 20 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Mandarin Bulgur Salat Resepti

Mandarin Bulgur Salat Resepti üçün Tərkibi. Salat üçün:. 2 -ci. su şüşəsi. bulgur başı. 4. nömrə. Mandarin. 2 -ci. çay qaşığı. duz. bir. nömrə. yerkökü. 6. nömrə. quru pomidor. bir. bağlamaq. təzə nanə. Sos üçün:. 1 çay fincanı

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

turlar.az

sonxeber.az aksessuarlar kosmetoloq toy makiyaji sekilleri oğlanlar necə qızları sevirlər pehriz salatlar hind paltarlari boşanma səbəbləri kosmetika qiz adlari qardasa aid haxistalar masqalar qizliq perdesi dieta