Balqabaqlı Keks (Video)

Balqabaqlı Keks (Video)Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız.

Keksin tərkibində bir çox ədviyyat var, amma onların hamısından azca qatılır ki, balqabağın dadını tamamilə öldürməsinlər. Keksə eyni zamanda zeytun yağı da vururam ki, o keksə nəmlik qatır. Bu keks otaq temperaturunda 5 günədək keyfiyyəti, yumşaqlığı zərər görmədən qala bilir (detallar reseptdə). Siz də bişirin, görün balqabaqlı keksim xoşunuza gəlirmi. Nuş olsun!

BALQABAQLI KEKS
1 + 3/4 stəkan un
1 çay qaşığı soda
Yarım çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
Yarım çay qaşığı darçın
1/4 çay qaşığı üyüdülmüş zəncəfil tozu
1/8 çay qaşığı üyüdülmüş muskat qozu
1/8 çay qaşığı üyüdülmüş yenibahar
1/8 çay qaşığı üyüdülmüş mixək
2 yumurta
1 stəkan şəkər tozu
1 stəkan balqabaq püresi (resepti)
Yarım stəkan zeytun yağı (kəskin dadı olmayanından)

1/4 stəkan su
1 çay qaşığı vanil ekstraktı
Yarım stəkan iri-iri doğranmış pekan qozu (adi qozdan da istifadə etmək olar)
Bol çimdik çiy balqabaq tumu
Hazırlanması
Sobanı 180ºCdək qızdırın.
Ölçüləri 23X13 sm olan kərpic keks formasının içərisini kərə yağı ilə yağlayın.
Qarışdırma qabında un, soda, qabartma tozu və duzu qarışdırıb kənara qoyun.
Başqa qabda yumurtanı yüngülcə çırpın. Şəkər tozunu əladə edib qarışdırın. Balqabaq püresi, zeytun yağı, su və vanil ekstraktını əlavə edib yüngülcə qarışdırın.
Quru ərzaqları yumurtalı qaba töküb hamısını qarışdırın. Çırpmayın!
Qozu da qatıb qarışdırın.
Alınan qarışığı formaya tökün.
Sobanın orta rəfində 1 saat bişirin. Ortasına kibrit batırıb çıxardığınızda kibrit quru çıxırsa, deməli keks hazırdır. Kənara çəkib 10 dəqiqə soyudun. Sonra keksi formadan çıxardıb soyutma telinin üstündə soyudun.
Tamamilə soyuduqdan sonda dilimləyin.
Keksi qida streçinə büküb otaq temperaturunda 5 günədək saxlaya bilərsiniz.
Balqabaqlı Keks (Video)

Mətbəx     Baxılıb: 18591   Tarix: 14 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

turlar.az

sonxeber.az gelinlikler yaz geyimleri 2024 qis geyimləri 2024 gəlinliklər hamiləliyə hazırlıq vətənə aid bayatılar sərxan kərəmoğlu kosmetika qu quşu hakistalar hakışdalar atalar sözü balıq