Toyuqlu Qat-Qat Piroq

Toyuqlu Qat-Qat PiroqƏvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemək çıxır – yumuşaq və ləzzətli, görünüşü də qeyri adi. Nuş olsun!

Şəkilləri Viktoriyayla bu piroqu bişirdiyimizdə çəkmişəm. Əllər onundur:)

Toyuqlu Qat-Qat Piroq

Təxminən 10 pay üçün

Pendirli Biskvitlər Üçün
5 yumurta
3 xörək qaşığı mayonez
3 xörək qaşığı mannı və ya adi ağ un
400 qram sürtgəcdən keçirilmiş bərk pendir (məsəl üçün Çedar pendiri. Bir neçə pendirin qarışığı da ola bilər, amma aralarında mütləq sarı rəngdə bir pendir olsun)

İçi Üçün
1 kilo çəkilmiş toyuq filesi (çəkilmiş hind quşu əti ilə əvəz edə bilərsiniz)
6 xörək qaşığı yağ (duru və ya kərə)
2 ədəd orta boy baş soğan – xırda-xırda doğrayın
Zövqə görə duz
Zövqə görə istiot
Xırda-xırda doğranmış şüyüd – zövqə görə (zəruri deyil)

Hazırlanma Qaydası

Ölçüləri 33 x 28 sm olan 2 ədəd soba listinin dibinə perqament kağızı sərin.

Sobanı 180Cdək qızdırın.

Pendirli biskvitləri hazırlayın. Bunun üçün yumurtaları mikser və ya çəngəllə yaxşıca çalın. Mayonez, mannı və ya un, və pendiri əlavə edib qarışdırın.

Alınan qarışığı iki hissəyə bölüb, hazırladığınız listlərə töküb yayın.

Biskvitləri sobanın orta rəfində bir az qızaranadək bişirin. Sobadan çıxardıb, kənara qoyun ki, biskvitlər soyusun.

İndi isə hər biskviti ortadan (uzunlamasına deyil) ikiyə kəsin. Beləliklə 4 biskvitiniz olacaq. Yavaşca biskvitləri perqament kağızından soyub çıxardın.

İçi hazırlayın. Bunun üçün tavada yağı qızrıdıb, soğanı bu yağda qızardın. Kənara qoyub soyudun. Ət, duz, istiot və göyərtini buraya əlavə edib qarışdırın.

Sobanı 160Cdək qızdırın.

Folqa kağızını iri-iri kəsib listin üstünə elə sərin ki, listin dibini tamamilə örtsünlər və şəkildəki kimi, kənarları sobadan qırağa çıxsın.

Biskvitlərdən birini listin ortasına yerləşdirib, için üçdə bir hissəsini üstünə yayın.

İkinci biskviti bunun üstünə yerləşdirib, içdən yayın.

Beləcə davam edin. Axırıncı biskvitlə piroqu örtün.

Folqa kağızının kənarlarıyla piroqu şəkildəki kimi örtün. Piroqu 50 dəqiqə ərzində bişirin.

Sobadan çıxardın.

Qoyun piroq folqanın içində 10-15 dəqiqə dincəlsin. Sonra isə folqanı açıb, piroqu süfrəyə verin.

Mətbəx     Baxılıb: 18583   Tarix: 14 oktyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

turlar.az

sonxeber.az qadın geyimi geyim və ayaqqabılar toy makiyajlari saç düzümləri 2024 payiz qis debi spermanin qadina faydasi mimoza salatinin hazirlanma qaydasi kosmetika salam itburnu narin faydasi qiz evi novruza aid hakisdalar