Niyə Mars bizim üçün bu qədər önəm kəsb edir?

Niyə Mars bizim üçün bu qədər önəm kəsb edir?Bu günlərdə xarici nəşrlərin birində amerikalı alim Kristofer Meysonun Marsla bağlı yeni bir məqaləsi dərc edilib. Maraqlıdır ki, o öz yazısında bəşəriyyətin qarşıdakı yüz illiklərdə yaşamasını təmin etməyin ən yaxşı yolunun, kainatın başqa yerlərində axtarmağın vacib olduğunu bildirir. Burada önəm kəsb edən məsələ, Meysonun da bəzi həmkarları kimi, insanların təhlükəsiz yaşaması üçün şəraitin məhz Marsda olduğunu iddia etməsidir.
Milli.Az sia.az-a istinadən bildirir ki, bu ayın ilk günlərində Marsa göndərilən özügəzən aparat planet ərazisindəki deoksiribonuklein turşusunu tapa biləcəyi də daxil olmaqla Günəş sistemi ilə bağlı əsas sualların cavablandırılması istiqamətində yeni bir addım atmış olacaq.
Yəni Mars səthində gəzəcək aparat orada həyat əlamətlərini axtaracaq. Əgər hər şey plana uyğun gedərsə, NASA, Avropa Kosmik Agentliyi gəmisinin köməyi ilə 2032-ci ilin yazında Yerə torpaq nümunələri gətirəcək.
Qeyd edək ki, Meyson özügəzən aparatın Marsda deoksiribonuklein turşusunu tapmağın onun üçün elə də bir sürpriz olmayacağını gizlətmir. Maraqlıdır ki, o, bunu illərlə aparat üzərində çalışan mütəxəssislərin dəri hissəcikləri və tüpürcək damcılarının aparata düşə bilməsi ilə əlaqələndirir. Bundan əlavə, Meyson mikrob və deoksiribonuklein turşusu əlamətlərinin hələ 1971-ci ildə SSRİ-nin, 1976-cı ildə isə amerikalıların Marsın göndərdiyi apartlardan da planet səthinə düşə biləcəyini istisna etmir.
Amerikalı alim Yerdən kənarda həyat axtarmağın əsas səbəblərindən biri kimi, növlərin yaşamasını təmin etməklə əlaqələndirir. Onun fikrincə, insanların məsuliyyətli və təhlükəsiz şəkildə yaşaya bilməsi üçün başqa planetlərə köçmək ehtiyacı var. O bunu dünyadakı bütün növlər kimi insan növlərinin də yox olmasının qarşısının alınmasına hesablandığını bildirir. Məhz bu mənada Mars uzunmüddətli sağ qalma pilləkənində ilk zəruri addımdır.
..."Bir çox hallarda məsuliyyətləri özümüz seçirik. Ancaq həyatı qorumaq vəzifəsi, bizim ölümümüzün və yox olma ehtimalımızın şüuru ilə ayrılmaz şəkildə bağlıdır. İnsanlığın həyatına qayğı həm xudbin bir əmrdir, həm də misilsiz bir məsuliyyət. Həyatı bildiyimiz formada qorumaq üçün lazım olan hər şeyi edərək, kainatda yeni bir həyat tapa bilərik", - Fikirlər amerikalı alimə məxsusdur.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 2376   Tarix: 02 mart 2021
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən  -a bildirilib ki, proses elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməs

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəz

.

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır

Bu gündən müəlimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır.  xəbər verir ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib

.

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib. R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, onun Azərbaycand

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Neptunun halqalarının fotosu çəkildi - FOTO

"James-Webb" kosmik teleskopu Günəş sisteminin ən uzaq planeti olan Neptunun halqalarının fotosunu yerə yollayıb. Fotonu NASA yayıb. Bildirilir ki, Neptun planetinin ən yaxın fotosunu 1989-cu ildə Voyager-1 kosmi

turlar.az

sonxeber.az maskalar qaşların formalari makiyaj etmek qaydalari ana ve usaq dalğalı saç düzümləri qış tədarükü salatlar ciyer qovurma kosmetika bürclər sevda dieta hakistalar maya maskasi