Novruz süfrəsi

Novruz süfrəsiNovruzun əsas atributlarından biri də Novruz süfrəsidir. Novruz bayramında süfrənin əsas xüsusiyyəti odur ki, burada yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Bundan başqa qovurğa qoyulur və müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Bayram süfrəsində müxtəlif rənglərdə boyanmış yumurtalar da süfrəyə xüsusi bəzək verir.

Novruz süfrəsinin müxtəlif tamlarla bol olmasına xüsusi fikir verilir. İnanca görə, növbəti ilin uğurlu, bərəkətli olub-olmaması sırf bundan asılıdır. Süfrədə çörəyin olması vacibdir. Hətta ən zəngin və kasıb süfrələrdə belə buna rast gəlinir. Çünki çörək bütün nemətlərin ən əsası və vacibi hesab edilir. Adətə görə bayram süfrəsindən heç nəyi atmaq olmaz. Ən kiçik, ən balaca hissəyə qədər hər şey yeyilməlidir. Bu qaydaya əməl etməmək olduqca pis davranış hesab edilir.

Bayram süfrəsində bəzi şeylərin olması məsləhət görülmür. Bunlara misal olaraq soğan, sarımsaq, sumax və s. kimi şeyləri göstərmək olar. Bunlar acı olduğundan uğursuzluq, bədbəxtlik əlaməti sayılır.

Novruz bayramında süfrənin hazırlanmasında istifadə edilən bir sıra ərzaqlardan digər məqsədlər üçün də istifadə edirlər. Bu sırada fala baxmaq ilk sırada durur. Belə ki, gənc qızlar bayram günü duzlu kökə bişirirlər. Bu kökə, balaca çörəkləri xatırladır. Adətə görə gənc qızlar həmin duzlu kökələri yeyirlər, ancaq su içmirlər. İnanca görə gecə həmin qızlara gələcək nişanlıları su verirlər. Bir digər adətə görə isə qaynadıqdan sonra səməni suyu içilir. Həmin məhlul şirin olarsa, deməli arzu yerinə yetəcək, əks halda isə yerinə yetməyəcək. Bundan başqa səməni olan xonçanın yanına qabda un qoyulur. Bayrama görə yorulan, əldən düşən qızlar səhər həmin una baxırlar. Əgər həmin qabda unun ortasında əl pəncəsini xatırladan fiqur varsa, bu yaxşı əlamət hesab olunur.

Mətbəx     Baxılıb: 8389   Tarix: 21 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Mandarin Bulgur Salat Resepti

Mandarin Bulgur Salat Resepti üçün Tərkibi. Salat üçün:. 2 -ci. su şüşəsi. bulgur başı. 4. nömrə. Mandarin. 2 -ci. çay qaşığı. duz. bir. nömrə. yerkökü. 6. nömrə. quru pomidor. bir. bağlamaq. təzə nanə. Sos üçün:. 1 çay fincanı

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

turlar.az

sonxeber.az geyim dəbləri yay geyimləri 2024 toy makiyajlari qadın geyimi xercengden qoruyan qidalar allergik xəstəliklər laylalar kosmetika üzeyir hacıbəyli veten haqqinda atalar sozleri toy gecesi haqisda qogal