"Omikron" ştamının xarakterik əlamətlərindən biri

"Omikron" ştamı koronavirusun digər variantları kimi standart əlamətlərlə xarakterizə olunur. Lakin bizi narahat edən müalicəyə tabe olmayan, enməyən və ya təkrar yüksələn temperaturdur. Bəzən xəstənin temperaturu 40 dərəcəyə kimi yüksələ bilir. Digər əlamət şiddətli halsızlıqdır. Bəzi xəstələrdə ishal, qusma kimi simptomlar da müşahidə olunur. Qalan əlamətlər digər ştamlarda olduğu kimidir - təngnəfəslik, əzələ, bədən ağrıları. Müalicə metodu standartdır. Vaksinasiya geniş vüsət alsa da "omikron"a qarşı nə qədər effektiv olduğu məlum deyil.
Milli.Az xəbər verir ki, bunu həkim-infeksionist Şəfa Musayeva deyib.
Ş.Musayeva son günlər əhali arasında geniş yayılan respirator infeksiyalardan bəhs edərək, onların hansı hallarda qrip və ya koronavirus kimi dəyərləndirildiyi haqqında məlumat verib: "Əgər hər hansı bir şəxs qızdırma, halsızlıq, burun axıntısı kimi tipik zökəm halları və əlində neqativ test nəticəsi ilə şikayət edirsə, həmin pasiyentə 24 və ya 48 saat müddətində təkrar yaxma verməsini məsləhət görürük. Testlər bəzən 60-70 faiz hallarda düzgün göstərir, yalançı neqativlik dediyimiz hallar qeydə alına bilir. Belə hallarda pasiyentin test nəticəsi neqativ olsa belə təkrar yaxma analizindən keçməsini məsləhət görürük. Hazırda müşahidə edilən fəsil dəyişkənliyi, havanın temperaturunu nəzərə alanda bu, mövsümi qrip ola bilər. Elə pasiyent var ki, iki ya üç dəfə test verib, hər birində nəticə neqativ olub. Bu, mövsümü qrip kimi dəyərləndirilir və kəskin respirator xəstəlik kimi müalicə olunur. Əgər xəstə ikinci və ya üçüncü dəfə test verəndə nəticə pozitiv çıxırsa, bu COVID kimi dəyərləndirilir. Pasiyentin yaxma analizinin nəticəsinin neqativ olmasına baxmayaraq, qrip şikayətləri davam edir, ağciyərlərin müayinəsi zamanı hansısa xırıltı, patoloji səslər eşidiriksə, onu uyğun müayinəyə yönləndiririk. Müayinə fonunda pasiyentdə pnevmoniya əlamətləri görürüksə, onun viral və ya başqa pnevmoniya olduğunu müəyyənləşdiririk. Sonda nəticəyə uyğun müalicə tətbiq olunur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1097   Tarix: 07 yanvar 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman

Əqli gücü artıran, zəkanı kəskinləşdirən müxtəlif qidalar olduğu bilinir. -a istinadən xəbər verir ki, bunlardan birinin adını məşhur tibb alimi İbn Sina əsrlər öncə açıqlayıb. Sağlamlıq sahəsində müxtəlif tədqiqatlar apara

.

Bu üç əlamət qaraciyər problemindən xəbər verir

Mütəxəssislər qaraciyər problemlərini göstərən üç dəri əlamətini açıqlayıblar.   -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyi dəridəki dəyişikliklərlə özünü göstərə bilər. Qaraciyər yağlanması iki növə bölünür: alkoqoll

.

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. -a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məluma

.

Ürəyə zərərli olan arıqlama əlavələri

Arıqlamaq üçün nəzərdə tutulmuş əlavələr qida boşluqlarını doldurmaq və sağlamlığı qorumaq üçün məşhurdur, lakin onlardan bəziləri təhlükəli ola bilər.   -a istinadən xəbər verir ki, kofein əsaslı arıqlama məhsulları, efedri

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

turlar.az

sonxeber.az qadın geyimi geyim və ayaqqabılar makiyaj instagram hakistalar burcler 2024 xamali piroq firni hazirlanmasi kosmetika vətən haqqında bayatı fitat sirin qogal vetene aid bayati novruz bayramı