Osmanlı qadınlarının dünyaca məşhur gözəllik sirləri

Osmanlı qadınlarının dünyaca məşhur gözəllik sirləriGözəlliklərini təbii üsullarla qorumağa diqqət edən qadınlar bu proseslərə bəzən saatlarla zaman xərcləyir. Bəzənsə bu işə bir neçə dəqiqə bəs edir. Osmanlı qadınları da öz dövrlərində bir-birindən maraqlı gözəllik prosedurlarından istifadə ediblər.
Osmanlı qadınlarının dünyaca məşhur gözəllik sirləriOsmanlı dövründəki tibbi bilgilər minlərlə yaşı olan Hind, Roma, İslam və Ərəb mədəniyyətlərinin qaynayıb-qarışması ilə zəngin və dəyərləri hala gəlib. Bu bilgilər içində qadınların gözəlliklərini qoruması üçün nələr etdiyi, hansı bitki tərkibli qarışıqlardan istifadə etdiyi və hansı üsullara üstünlük verdiyi bilgisi də var. Qadınlar hər yaşda və hər çağda öz gözəlliklərinə əhəmiyyət veriblər və dövrə uyğun təbiət möcüzələri ilə gənc və gözəl qala biliblər. Osmanlı dövründə də tez-tez istifadə olunan "çirkin qadın yoxdur, baxımsız qadın var" sözü günümüzə qədər gəlib çıxıb.
Osmanlı qadınları gözəllik üçün cildin təmizliyinə xüsusi əhəmiyyət veriblər. Xüsusilə, cildin dərin formada təmizlənməsi üçün tez-tez hamama gedib kisələnirmişlər. Hamama getmək ənənəsi geniş yayıldığı üçün o dövrdə sabun istehsalı da böyüyüb genişlənib.
Osmanlı qadınlarının dünyaca məşhur gözəllik sirləriOsmanlı dövründə sabunlar insanın istəyinə uyğun şəkildə hazırlanırmış. Lakin sabun saçlarda sərtlik yaratdığı üçün onun içinə mütləq gülxətmi çiçəyi və əməköməci qaynadılaraq yumşaldıcı niyyətinə istifadə edilirmiş. Hamam dərini ölünü hüceyrələrdən təmizləsə də, cildin qısa müddətdə qırışmasına gətirib çıxarır. Buna görə də Osmanlı qadınları efir yağlardan istifadə edib.
Sarayda ən çox istifadə edilən qulluq məhsullarından biri də gül suları imiş. Gül suyu ilə cidlərini silən qadınlar beləliklə həm qırışların, həm də kirlənmənin qarşısını alıblar. Bundan başqa, dəridə çıxan yaraların və çapıqların sağalmasında gül suyu effektiv imiş. Bu qulluq vasitəsi həm də ruhi xəstəliklərin müalicəsində istifadə edilirmiş. Mənbələr məşhur həkim İbn Sinanın da gül suyuna dəyər verdiyini yazır.
Osmanlı qadınlarının dünyaca məşhur gözəllik sirləriBu gün qulluq formulları və tövsiyələrini bəzi kitab və dərgilərdən oxduğumuz kimi, keçmiş zamanlarda da qadınların əlində belə bir vasitə olub. Məsələn, 16-cı əsrdə italyan qadınları "Trotula" adlı kitabdan istifadə edib. Kitabın yazarları arasında Orta Əsrlər İslam dünyasının məşhur alimi İbn Sina da olub.
İntibah dövründən qalma ev üsulu antiperspirant:
1/3 fincan qabartma tozu
10 damla lavanda və ya evkalipt efir yağı
1 damla nanə və ya səndəl ağacı yağı
3 yemək qaşığı Hindistan qozu yağı
Istəyə bağlı şəkildə 2 yemək qaşığı E vitamini yağı
Hazırlanması:
Bütün məhsulları qatı qarışıq əldə edənə qədər qarışdırın. Boş bir krem qabına qoyun və gündəlik istifadə edin. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 2900   Tarix: 01 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

turlar.az

sonxeber.az kosmetoloq donlar 2024 geyim və ayaqqabılar praktik hicab bağlamaq qrip və soyuqdəymə geyimler kosmetika sevda qiz adlari baliq burcu novruz bayramina aid hakista yemek reseptleri