Payız aylarında əhvali-ruhiyyəni artırmaq üçün nə lazımdır?

Payız aylarında əhvali-ruhiyyəni artırmaq üçün nə lazımdır?"Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə üstünlük vermək immunitet sistemimizi gücləndirir"
Milli.Az bildirir ki, bunu Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova nazirliyin rəsmi saytına müsahibəsində bildirib.
Müsahibəni təqdim edirik:
- Nüşabə xanım, havanın dəyişməsi, mövsümi xarakter daşıyan günəş işığının azalması, nəmlik indikatorlarının artması insanlarda hansı təsirlərə səbəb ola bilər?
- Payızda insan bədənində bir neçə dəyişiklik müşahidə edilir. Adətən yuxusuzluq, baş ağrıları, həzm problemləri və s. kimi hallara daha çox rast gəlinir. Bütün bu simptomlar arasında bəziləri yay və payız arasında keçid nəticəsində yaranır. Bu da orqanizmin yorğunluğuna gətirib çıxarır, bizim təbii qəbul etdiyimiz, lakin ümumi tarazlığımız üçün təsəvvür etdiyimizdən çox təsir edən dəyişikliklərə uyğunlaşmağa məcbur olur.
Payızın gəlişi özü ilə daha qısa günlər, temperaturun aşağı düşməsi və yağış gətirir. Bədənimizin vəziyyətinə bəlkə də ən çox təsir edən amil işıq saatlarının getdikcə azalmasıdır. Bu dəyişiklik əhvalımıza təsir edir və bizi yüngül narahatlıq və melanxoliya vəziyyətlərinə məruz qoyur. Mövsümi affektiv pozğunluq insanların payız və qış aylarında günəş işığına daha az məruz qalması səbəbindən depressiyaya düşdüyü bir vəziyyətdir.
Yorğunluq, konsentrasiyanın zəifləməsi, ürəkbulanma, psixomotor yavaşlama, mövsümi dəyişikliklərlə əlaqədar olaraq çox yayılmış bir sindromdur. Açıq havada vaxt keçirmək, meditasiya etmək mövsüm dəyişikliyi ilə mübarizə aparmağın ən yaxşı yollarından biridir.
Ümumi olaraq insanlarda yorğunluq, səbəbsiz olaraq narahatlıq bu aylarda müşahidə edilən haldır. Təbii ki, bunun tibbi açıqlaması mövcuddur. Məhz bu hallar orqanizmdə mövcud olan vitaminlər və mikroelementlərin çatızmazlığı ilə əlaqələndirilir.
- Payız aylarında hansı vitaminlərin qəbulu məqsədəuyğundur? Ayrı-ayrılıqda bu vitaminlərin qəbulunun üstün cəhətləri və orqanizmdəki funksiyası nədən ibarətdir?
- Ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür.
Bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir.
B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırır.
- Payız aylarında mikroelementlərin qəbulu orqanizmə necə təsir göstərir?
- Əhvali-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı işləməsi üçün 2 mikroelement vacibdir. Bunlardan biri sink, digəri isə maqneziumdur.
Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəaliyyətini dayandıra bilər. Belə halda bədənimizin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır.
Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatışmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir.
- Bəs allergiya halları bu mövsümdə özünü necə təzahür edir?
- Payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yarada bilər. Çünki müxtəlif bitkilərin polenləri allergik reaksiyalara səbəb olduğu məlumdur. Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıq kimi simptomlara səbəb ola bilər.
Belə hallardan yayınmaq və ya təsirlərini minimuma endirmək üçün hava proqnozlarında polen miqdarını daim müşahidə etmək və havada normadan artıq polen olduğu halda açıq havada fəaliyyətlərdən yayınmaq lazımdır. Eyni zamanda, otaqda hava saflaşdırıcılardan istifadə, həkim məsləhəti ilə allergiya əleyhinə dərmanlar qəbul və təmizliyə riayət etmək vacibdir.
- Qidalanma payız aylarında niyə vacibdir? İnsanların qida rasionu bu aylarda hansı xüsusiyyətlərə malik olmalıdır?
- Payız fəsli xüsusilə vitamin C və digər faydalı elementlərin bol olduğu meyvələrin mövsümü sayılır. Bu mövsümdə qida rasionunda insanların əsasən mövsümi meyvə və tərəvəzlərdən (balqabaq, alma, şirin kartof, göbələk, paxlalılar, qoz və s.) istifadəsi tövsiyə edilir. Adıçəkilən qidalarda vitamin A, vitamin C, beta-karotin, karbohidratlar və faydalı yağlar mövcuddur.
Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə üstünlük vermək bizi mövsümi qriplərdən qoruyur, ən əsası isə immunitet sistemimizi gücləndirir.
- Havaların soyuması insanların fiziki aktivliyinə necə təsir göstərir?
- Havaların kəskin soyuması və temperatur dəyişiklikləri insanların açıq havada keçirdiyi vaxtı nəzərəçarpacaq dərəcədə azaldır. İqlim şəraitinin getdikcə sərtləşməsinə baxmayaraq, açıq hava fəaliyyətindən imtina etmək yanlış fikirdir. Təbiətdə gəzintilər, velosiped sürmək əhvali-ruhiyyəni gücləndirir. Eyni zamanda, mövsümi idman növlərindən (buz meydançasında idman, evdə yoqa, qapalı idman zallarından və hovuzlarından yararlanmaq və s.) şansını dəyərləndirmək vacibdir. Belə hallar həm psixoloji-mental vəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanı yüksəldir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 1456   Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin

Müxtəlif qidaların düzüldüyü zəngin səhər yeməyi süfrəsini bir çox insan sevir. Ancaq səhərlər hər qidanı yemək olmaz. Həkimlər səhərlər istehlak edildikdə sağlamlığa mənfi təsir edə biləcək 10 qidanın adını açıqlayıblar

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. -a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məluma

.

Fiziki fəaliyyət xərçəng riskini azaldır?

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetində

turlar.az

sonxeber.az toy makiyajlari gözəllik məhsulları geyim şəkilləri yemisan faydasi badimcandan qisa hazirliq donlar yay ucun edebi janrlar kosmetika seksler maraqli hakistalar bayatılarımızda vətən həsrəti novruz bayrami vətənə aid bayatı