Professor beyin üçün ən zərərli məhsulları açıqladı

Professor beyin üçün ən zərərli məhsulları açıqladıBeyin Sağlamlığı ilə bağlı problemlər bədənin balansında problemlər yarada bilər. Pis vərdişlər və ya gündəlik həyatda istifadə edilən qidalar beynimizə birbaşa təsir edir.
Milli.Az xəbər verir ki, professor Ersa Sağlam beyin sağlamlığına təsir edən faydalı və zərərli qidalardan danışıb. Xərçəngin müalicəsində düzgün qidalanmanın əhəmiyyətinə toxunan professor tərkibində qatqı və kimyəvi məhsullar olan bütün konservləşdirilmiş vasitələrdən imtina etməyi məsləhət görüb.
"Prostat xərçəngi yüksək protein qəbul edən, sosiska və kolbasa yeyən kök insanların xəstəliyidir. Ağciyər xərçəngi isə əksinə, nisbətən arıq insanlara xas olur. Xəstəliyə maddi baxımdan zəif təmin olunan ailələrdə daha çox rast gəlinir.
Yumurta düzgün şəraitdə istehsal olunarsa, istehlak edilə bilər. Şübhəsiz ki, eyni qayda toyuğa da aiddir. Yarı sintetik şəkildə istehsal edildikdə heç bir faydası olmur.
Un məmulatlarının isə yeyilməməsi tövsiyə olunur. Şəkər demək olar ki, həyatımızdan çıxarılmalı olan qidalardan biridir. Düzgün miqdarda bal, meyvə və ya doşab qəbul etmək faydalıdır və onların tərkibindəki şəkər bədənə zərər vermir. Odur ki, şəkərdən tamamilə imtina mübahisəlidir. Səhər yeməyində bal yesəniz, problem olmaz, ancaq 1 qaşıqdan artıq qəbul zərərli ola bilər.
Ağ çörək vücudun pH səviyyəsini aşağı salır, vücudu turşu halına gətirir. Məlum olduğu kimi, bədənin pH səviyyəsi bir qədər qələvidir. Bu miqdar nə qədər az olarsa, bədən bir o qədər daha tez yağlanır.
Xərçəng xəstəliyindən əziyyət çəkənlərin 90 faizi şəkərdən imtina edir, amma bu, xəstələri müalicə etməyi çətinləşdirir. Şəkərdən tamamilə imtina etmək doğru deyil. Rafinə edilmiş şəkər əvəzinə dondurma, bəhməz, xurma və əncir yeyin".
Daha sonra professor sarıkökün xərçəngin müalicəsində rolundan danışıb:
"Sadəcə sarıköklə hər hansı xəstəliyi nəzarətdə saxlamaq mümkün deyil. Belə bir araşdırma yoxdur. Ancaq mənfi təsiri azalda bilər".
Professor Gökhan Özyigit isə şəkər və xərçəng arasındakı əlaqə haqqında bunları söyləyib:
"Şəkər piylənməyə səbəb olur, piylənmə isə xərçəng yaradır, ancaq xərçəngli hüceyrənin sadəcə şəkərə ehtiyacı yoxdur. Zülal və yağ da var. Odur ki, xüsusilə uşaq rasionunda karbohidratlar, yağ və protein balanslı olmalıdır. Beynin fəaliyyəti qlükoza səviyyəsindən də asılıdır. Lakin qlükoza yalnız qarğıdalının tərkibində deyil. Məlumdur ki, məhsul toxluq hissinin qarşısını alır".
Professorun sözlərinə görə, palma yağları xərçəng riskini artıran digər məhsuldur:
"Elmi araşdırmalar göstərib ki, palma yağları xərçəngin yayılmasını 8-10 qat daha çox artırır. Odur ki, palma yağı və fruktoza əsaslı şəkərlərdən imtina edin. Ümumdünya Səhiyyə Təşkilatı sosiska və kolbasa kimi bütün emal olunmuş məhsulların birinci kateqoriyadakı kanserogen olduğunu açıqlayıb. Bir maddədən davamlı istifadə xərçəng yaradır. Zərərli məhsulların təsirinə məruz qaldıqda immun sisteminin onu təmizləməyə gücü çatmır. Bu, nadir hallarda baş verir və əgər immunitet çox sağlamdırsa. Odur ki, belə məhsullardan az-az istifadə edin. Hər gün istifadə edildiyi zaman xərçəng riski 18 faizdən çox artır".
Yeni bir araşdırmanın nəticələri göstərib ki, yağlı və şəkərli məhsullar yalnız dörd gündə yaddaşa, diqqətə və əhvala zərər verə bilər. Yağ və şəkər düşüncə və yaddaşa mənfi təsir göstərərək koqnitiv sağlamlığı pozur.
Oksford Universitetindəki başqa bir təcrübə göstərib ki, beş gün ərzində yüksək yağlı rasion diqqət və yaddaş funksiyasına zərər verir, eyni zamanda əhval dəyişikliyinə səbəb olur. Həddindən artıq çəki bədənə təsir edir. Bu insanlarda infarkt və şəkərli diabet ehtimalı olduqca yüksəkdir. Ancaq mütəxəssislərin fikrincə, az çəkili insanlar da bundan sığortalanmayıb.
Dietoloq Emre Uzun metalların bədənimizə və xüsusilə beynimizə mənfi təsirlərini belə izah edib:
"Bədənimizin sağlamlığı üçün dəmir, mis və sink lazımdır. Bu metallar sayəsində ürəyin fəaliyyəti yaxşılaşır. Dişlərimiz və sümük quruluşumuz, əzələ funksiyaları, reproduktiv və qan dövran sistemi, hüceyrə inkişafı dəmir, mis və sink kimi mikroelementlər sayəsində yaxşı işləyir. Lakin bu metalların həddindən artıq olması orqanizmə zərərli təsir göstərir, nəticədə beynin inkişafı zəifləyir. Metalları lazım olan miqdarda qəbul etmək əhəmiyyətlidir. Yetkinlik yaşına çatanların gündəlik dəmir ehtiyacı 9 mq-dır".
Beynin funksiyalarını gücləndirən resept
Tərkibi: İspanaq, pazı, pomidor, bibər, çia toxumu, avokado, 1 çay qaşığı zeytun yağı, duz, istiot, doğranmış sarımsaq, limon.
Hazırlanması: Bütün tərəvəzləri yaxşıca yuyun. Doğrayıb bir qaba əlavə edin, üzərinə 1 çay qaşığı zeytun yağı süzün.
Resept 2
Tərkibi: 1 ortaboy soğan, 2 diş sarımsaq, 1 ədəd yerkökü, 2 ortaboy kartof, 2 qırmızı bibər, 1 çay qaşığı zeytun yağı, 1 çimdik nanə-cəfəri qurusu
Hazırlanması: Məhsulları qazana töküb üzərinə su əlavə edin. Bişənə qədər gözləyin. Sonra blenderdən keçirib için. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1378   Tarix: 11 noyabr 2019
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Dırnağını yeyənlərdə 10 cür xəstəlik yaranır

Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir. "medicina"ya istinadən dırnaq yeməkdən yaranan xəstəlikləri təqdim edir:. Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Qaraciyər xərçəngindən qorunmağın qeyri-adi üsulu

Alman Xərçəng Araşdırma Mərkəzinin və Tübingen Universitetinin alimləri müəyyən ediblər ki, 5:2 nisbətində pəhriz əsasında fasiləli aclıqla siçanlarda iltihabın və qaraciyər xərçənginin qarşısını almaq mümkün olur. Alçanı

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Musiqi yaşlı insanların beyninə necə təsir edir?

Simon Fraser Universiteti və Health Research BC tədqiqatçılarının apardığı araşdırmada qeyd edilir ki, musiqi dinləmək yaşlı yetkinlərin beyin sağlamlığı üçün yaxşıdır, hətta onlar bunu əvvəllər eşitməsə və ya həqiqətən sevməsələ

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

turlar.az

sonxeber.az geyim dəbləri geyim seçimi donlar 2024 saclarin yigilmasi gavalinin faydasi ibrətamiz sözlər ideal toy kosmetika yuxuda qara ilan gormek hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz öpüşme haxisdalar bakire