Qadın niyə xəyanət edir?

Qadın niyə xəyanət edir?Aldatma və xəyanət insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktual olmaqla birlikdə, insanı xəyanət etməyə sövq edən səbəblərin nələr olduğu daima müzakirə mövzusu olmuşdur.
Son dövrlərdə qadın xəyanətlərinin bu qədər artmasının səbəbi kimi qadınların iş həyatına aktiv şəkildə daxil olması, cəmiyyət işlərində fəal olaraq iştirak etməsi, kişilərin ictimai-sosial hegemoniyasının zəifləməsi, qadının öz ayaqları üstündə dura bilməsi, kişilərin qarşı cinslə münasibət qurmasının asanlaşması kimi faktorlar göstərilə bilər.
Xəyanətin konkret dəqiqləşmiş tərifi olmadığına görə, bu vəziyyət hər insanın düşüncə tərzindən asılı olaraq dəyişir. Bəziləri üçün yalnız cinsi münasibət aldatma sayılsada, kimiləri üçünsə gizli bir görüş, qarşı cinslə olan adi bir online söhbət və ya emosional yaxınlıq aldatma kimi qəbul edilə bilir.
Psixoloji ədəbiyyatlarda xəyanətkar insanlar adətən əsasən asılı şəxsiyyət tipinə malik olan insanlar kimi xarakterizə edilirlər. Hələ uşaq yaşlarından yanlış tərbiyə nəticəsində valideynləri tərəfindən narsist (özünü həddindən artıq sevən və olduğundan yüksək qiymətləndirən) şəxsiyyət kimi formalaşdırılan uşaqlar, yetkin olduqdan sonra xəyanət etməyə daha cox meylli olurlar. Bunun əsas səbəbi kimi bu tiplərin, özlərini digərlərindən daha üstün görməsi, hər zaman bir alternativlərinin olduğunu düşünmələridir .Bu tip şəxslər xəyanət etməklə bərabər, həyatda yalnız qalmaqdan çox qorxduqları üçün mövcud ailələrini və ya sevgi münasibətlərini çətinliklədə olsa qoruyub saxlamağa və davam etdirməyə çalışırlar.
Qadın xəyanətlərində həm fiziki, həm də emosional səbəblər mühüm rol oynayır. Qadın xəyanətlərinin kişi xəyanətləri ilə bəzi ortaq nöqtələri olsa da, ümümi götürdükdə qadınlar bir neçə səbəbdən dolayı xəyanət edirlər.
Ən geniş yayılmış səbəb kimi, qadının intiqam almaq hissləri göstərilir. Yəni hər hansı bir xanım yoldaşının ona xəyanət etdiyini düşündüyü andan etibarən, intiqam almaq və acıq çıxmaq üçün xəyanət edib, qarşı tərəfə bərabər statusda olduqlarını sübut etməyə çalışır. Bəzən qadın bunu yalnız bir dəfə etməklə kifayətləndiyi halda, bəzən isə yoldaşı xəyanətə davam etdiyi müddətdə, o da xəyanəti davam etdirir.
Digər bir səbəb isə yoldaşı tərəfindən qısqanılmaq və özünə diqqət çəkmək üçün edilən aldatmalardır. Yoldaşı tərəfindən qısqanılmadığını düşünən qadın, yenidən diqqət çəkmək üçün bu vasitəyə əl ata bilir.
Bəzi hallarda isə qadının öz partyorundan yetərli səviyyədə cinsi həzz ala bilməməsi də xəyanət səbəbi kimi özünü göstərir. Yəni yataqda öz partnyoru tərəfindən qane edilməyən qadının, başqa kişilərə üz tutmaq ehtimalı böyükdür.
Qadını xəyanətə sövq edən bir başqa səbəb isə yaşlanma qorxusudur. Yaşlandığını düşünən qadın özünə hələ də cavan, arzulanan, əvvəlki tək istənilən qadın oldugunu sübüt etmək üçün xəyanət edə bilir. Buda əsasən keçid yaş dövrlərində, yəni 30 - 35 - 40 yaş aralıqlarında daha çox özünü göstərir. Bunu etdikdən sonra həmən qadında günahkarlıq və peşmanlıq hisslərinin olması müşahidə olunur çox zaman. Qadın xəyanətlərinin bir səbəbi kimi də qadının yeni macəralar axtarmaq həvəsi göstərilə bilər. Bəzən biz şahidi olub, görürük ki, hər bir istəyi təmin olunan, maddi və mənəvi olaraq sıxıntı yaşamayan qadınlar sadəcə monotonluqdan uzaqlaşmaq və həyatlarına rəng qatmaq üçün xəyanət edirlər. Belə vəziyyətdə olan qadınlar özləri üçün gənc, vaxtını yaxşı keçirdə biləcəyi, macəraçı partnyorlar tapmağa çalışırlar. Bu səbəb xəyanətlərdə üstünlük təşkil etməsə də bu tipdə olan xəyanətlər mövcuddur.
Həyatdan heç bir gözləntisi olmayan, daima mənəvi boşluq içərisində yaşayan, özünü digərlərindən fərqləndirmək istəyən qadınlarda da xəyanət etmək potensialı daha yüksəkdir.
Dünyada ən qarışıq və anlaşılmaz məntiq qadın məntiqi sayılır. Bu səbəbdəndir ki, qadın davranışlarının altında yatan səbəblərin nələr olduğunu qabaqcadan təxmin etmək və anlamaq çox çətindir. Buna görədir ki, psixoanalizin yaradıcısı, məşhur psixoloq Z. Freyd qadınlar haqda belə demişdi: "Mən 30 ildir ki, qadın psixologiyasını araşdırıram, ama hələ də cavablandıra bilmədiyim bir sual var - qadın nə istəyir?"  Xəyanətlərin sayını azaltmaq və qarşısını almaq üçün ailə institunu gücləndirmək, eqoist olmayan və özgüvəni yüksək olan nəsillər yetişdirmək lazımdır. Əks halda uşaqlar yarımçıq ailələrdə böyüməyə məcbur qaldıqlarına görə onların xoşbəxt ailə, sevgi, yaxınlıq, bağlılıq kimi emosional hissləri təmin edilməmiş qalacaqdır.
Rövşən Hümbətov, psixoloq
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1252   Tarix: 23 noyabr 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

turlar.az

sonxeber.az donlar 2024 toy makiyaji sekilleri qis geyimləri 2024 uz derisine qulluq maskalari vetene aid bayatılar xiyar tutması dunyanin en seksual qadinlari kosmetika 8 mart rus dilini oyrenek 2ci ders balıq novruz bayramı haxışta prostat