Qaraciyəri piylənmədən xilas etmək üçün həftəyə bunu etməlisiz

Qaraciyəri piylənmədən xilas etmək üçün həftəyə bunu etməlisiz38 yaşlı proqramçı Serger Mirozderov oturaq işi və zərərli vərdişləri səbəbindən 30 yaşından sonra ciddi çəki artımı və piylənmə ilə üz-üzə qalaraq qamətli, arıq kişidən 120 kq çəkidə və qaraciyərində problem yaranan xəstəyə çevrilmişdi. 8 il ərzində çəkisi 45 kq artan kişi tərəzi nədir bilməzdi, istəsə arıqlayacağını düşünürdü.
34 yaşından yüksək təzyiqdən əziyyət çəkirdi, əl-ayaqlarında şişkinlik olurdu, bütün həzm sistemi çökmüşdü və qaraciyərdə ciddi piylənmə aşkarlanmışdı.
Pəhrizlərlə güclə itirilən 10-12 kq çəki sonradan yenidən sürətlə qayıdır və pasiyenti ruhdan salırdır.
Nəhayət, öd kisəsində çox miqdarda iri daşlar kəskin ağrı verdikdə onu təcili olaraq xəstəxanaya çatdırıb, əməliyyatla ödünü götürürlər.
Öd əməliyyatından sonra məcburi həkim müayinəsi və analizlərinə hər 3 aydan bir gedən kişi öz orqanizmi, səhhəti ilə bağlı daha dərindən maraqlanır, tibbə bir az da yaxınlaşır və qaraciyərini bərpa etmək qərarına gəlir. Sonuncu USM müayinəsində həkim "sənin qaraciyərin bir gün çökəcək" sözündən sonra Sergey qarşısına məqsəd qoyur.
"Həmin dövrdə 115 kq idim, fiziki və mənəvi olaraq çökmüşdüm. Tez yorulurdum, qaraciyər nahiyəmdə ağırlıq və sancı var idi, iştahım yox idi, halsız idim. Məsələ məlum idi: bədənimi energetik mübadilə ilə təmin edən orqan işləmirdi. Qaraciyər xəstəlikləri elə sakit keçirir ki, məsələn siz heç ondan şübhələnməzsiz, amma məndə sağ hissədə gərginlik, ağrı, qarında köp, ürəkbulanma var idi. Mən nədən başlayacağımı bilmirdim. Həkimim isə arıqlamalısan deyirdi. Amma bu yoldan keçmişdim,arıqlamaq alınmır. O zaman mən yoldaşımla birgə öz orqanizmimə uyğun optimal qidalanma rejimi və menyusu hazırladım. Mən və yoldaşım 5 həftəyə bu metodla 9-10 kq arıqladıq".
Milli.Az medicina.az-a istinadən həmin pasiyentin metodunu təqdim edir.
Ən əsası siz həftəyə 400-500 qram atmağı qarşıya məqsəd qoyub, buna nail olmalısız. Bu müddətdə idman, gündə 2-3 saat yavaş tempdə gəzməklə məşğul oldum, eləcə də həkimin təyini ilə 3 aylıq hepatoprotektor adlı preparatı (kapsul şəklində) qəbul etdim. Duzu demək olar azaltdım, duzlu qidaları qəbul etmədim, alkoqoldan imtina etdim, günə 2 litr təmiz su içdim, gecə tez yatdım. 3 ay ərzində mənim çəkim 17 kq azaldı, fiziki və mənəvi olaraq xeyli yaxşılaşdım, UZİ müayinəsi isə 2020-ci ilin fevral ayında sağlam, piylənmədən xilas olan qaraciyər göstərdi, piy hepatozu itmişdi.
Həmin rejimə davam edirəm və həftədə 400 qr arıqlayıram.
Qaraciyərinizi vaxtında xilas edin, bu orqan üçün sehrli tabletlər yoxdur. Sİz arıqlamalısız ki, qaraciyər normal işləyib, sizi enerji ilə təmin etsin. Heç bir iynə-dərmanla qaraciyər müalicə olmur: ancaq yemək, pəhriz, su, hərəkət və dəstək. Həftəyə 500 qram arıqlamağı bacarsaz, deməli, qaraciyərinizi xilas edə bilərsiz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1215   Tarix: 02 avqust 2020
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik?

"Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olur". -a istinadən bildirir ki, bu barədə Rusiyanı

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. .   -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, loby

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı

Alimlər ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlayıblar.   -a istinadən xəbər verir ki, hazırda bu sensor ABŞ-da və İsrailin böyük müəssisələrindən birində sınaqdan keçirilir. Mütəxəssislər ət parçasını

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

turlar.az

sonxeber.az geyim necə seçməli hamilelikde qidalanma gelinlikler neyrosirkulyator distoniya qadinlarin seksi xiyar tutması sızanaqlara qarşı maska kosmetika hakıştalar kokelmek kurtlar vadisi vətən haqqında atalar sözləri nizami gəncəvi