Qısa saç kəsimi sizə yaraşırmı?

Qısa saç kəsimi sizə yaraşırmı?Bütün xanımlar yaxşı bilir ki, uzun saçlar qadının ən gözəl bəzəyidir. Lakin ya dəyişiklik xətrinə, ya da digər səbəblərdən uzun saçları qısaltmaq gec-tez hər bir qızın ağlına gəlir. Xüsusilə də sanki ulduzlar əlbir olub qısa saç stilini gündəmə gətirəndə bu dəblə ayaqlaşmaq istəyənlərin sayı durmadan artır.
Sözsüz ki, uzun saçlarla vidalaşmaq üçün eksperimentlərə müəyyən mənada hazır olmalısan. Qızların çoxunun uzun saç düzümünə üstünlük verməməsinin səbəbi, qısa saç düzümünün onun üz quruluşuna yaraşmaması ilə bağlıdır. Yaxud da belə saçların daha çox vaxt və qulluq tələb etməsidir. Problemin digər səbəbi isə daha çox psixoloji amillərlə bağlıdır. Qızların çoxu bu qənaətdədir ki, qadının ən güclü silahı uzun saçlarıdır. Məsələ ondadır ki, qadınlar məhz uzun tellərin sayəsində kişinin diqqətini cəlb etməyə və onu özünə aşiq edə biləcəyini düşünür.
Bu stereotip nədəsə hələlik qalib gəlir. Məsələn, kişi jurnallarının çoxunda siz qısa saçlı modellərə demək olar ki, rast gəlməyəcəksiniz. Bununla bərabər, qısa saç stili sizə yaraşırsa, üz cizgilərinizi gözəl göstərirsə, heç bir kişi bunun əleyhinə fikir bildirməz. Axı Odri Hepbern, Enn Heteuey, Tviqqi, Şarliz Teron, Emma Stoun və digər qısa saçlı ulduzların gözəl görünmədiyini deməyə haqqımız yoxdur.
Saçları kəsdirməzdən əvvəl hamı onun yaraşıb-yaraşmadığı ilə maraqlanır. Müxtəlif proqramlar vasitəsi ilə virtual olaraq yeni saçın yaraşdığını müəyyən etmək mümkündür. Təəssüf ki, belə proqramların tətbiqi hər zaman uğurlu alınmır. Biz isə saçlara qulluq sənayesində tanınmış mütəxəssis Con Fridinin məsləhətinə əməl etməyi məsləhət görürük. Publika.az xəbər verir ki, Con Fridinin hesab formulu ilə uzun saçın sizə yaraşıb-yaraşmadığına dair dəqiq nəticə əldə edəcəksiniz.
Bunu hesablamaq üçün sizə yalnız xətkeş və karandaş lazımdır. Profildən güzgüyə tərəf durun, karandaşı üfüqi istiqamətdə çənəyə qoyun, xətkeşi isə qulağın düz altına qoyub çənə ilə aradakı məsafəni ölçün.
Əgər məsafə 5,7 santimetr və daha azdırsa, siz cəsarətlə saçınızı qısa kəsdirə bilərsiniz. Qısa saç sizə mütləq yaraşacaq. Əgər məsafə uzundursa, qısa saç eksperimenti çox güman ki, sizdə uğurlu alınmayacaq.
Aşağıdakı fotolara baxanda Con Fridi ilə razılaşmamaq mümkün deyil. O, həqiqətən universal, sadə və dahiyanə formul hazırlayıb. Amma nəzərə alın ki,  şəxsi arzu və istəkləriniz bütün formullardan daha vacibdir. Nəticə etibarı ilə əfsanəvi stilistin qanunu sərt olsa da, onu həmişə pozmaq olar.
Qısa saç kəsimi sizə yaraşırmı?Qısa saç kəsimi sizə yaraşırmı?/gencaile.az

Gözəllik və Moda     Baxılıb: 2843   Tarix: 25 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

turlar.az

sonxeber.az sade makiyaj sekilleri toy makiyaji sekilleri adlarin menasi makaronlar 2024 cu ilin modasi lobya tursusu qarağatın faydaları kosmetika azərbaycan muellim seiri novruza aid hakışda novruz bayramına aid hakıştalar bürcler