"Qızımı qara paltarda gəlin köçürdüm" - Şəhidin nasının bu sözləri ÜRƏKLƏRİ DAĞLADI - VİDEO

"Qızımı qara paltarda gəlin köçürdüm" - Şəhidin nasının bu sözləri ÜRƏKLƏRİ DAĞLADI - VİDEO"Amilə layiqli oğul böyüdəcəm"

ARB TV-nin "Yolun sonu" verilişinin budəfəki buraxılışı şəhid Amil Əliyevin xatirəsinə həsr olunub.

Novruz Əliyev - atası: "8-ci sinifi bitirəndən sonra şəhərə çıxdı gəldi. Həm mənə kömək edirdi, həm də məktəbdə oxuyurdu. Hərbi xidmət vaxtı gəldi, getdi hərbiyə. Sərhəd zastavaslnda nümunəvi xidmət göstərdi. Onu gizir vəzifəsində oxumağa göndərdilər. Biz razı olmadıq. Sonra öz istəyi ilə ərizə yazıb 2010-cu ildə kursa getdi. Kursu bitirəndən sonra Qazax bölgəsinə xidmətə getdi. Hiss edirdik ki, hərbiyə getməmiş hərbini istəyir. 2012-ci il iyunun 1-nə toy təyin eləmişdik. Bacısının toyuna gəldi. 7 gün icazə vermişdilər buna. Yola saldıq. Dedi ki, mən qalmıram. Dedik ki, bəs icazə almısan. Səhərisi gün gəlin maşını həyətə gəlməli idi. Səhər saat 9 oalrdı ki, mən bazara getmişdim. Elə mən yarı yola çatanda mənə zəng gəldi ki, oğlun torpaq uğrunda şəhid olub. Yoldaşıma xəbər verdim ki, uşaq yaralanıb. Dedi ki, düz boynuna al, şəhid olub? Dedim hə şəhid olub. Hüzuru yola verdik, uşağı dəfn elədik, sonra qızı qara paltarla gəlin yola saldıq".

Telnaz Qəniyeva - anası: "Məktəbi oxuyub qurtardı. Arzularım çox idi onla bağlı. Özü də o qədər vətənpərvər uşaq idi ki. Əsgərliyə gülə-gülə yola saldım. Deyirdi ki, ana, sən mənim üçün çox narahatsan, amma mənə görə narahat olma. Əsgərlikdən gəldi, evləndirdim. Özü əsgər getməmiş istəmişdi. Mən də qızın anasına dedim, qaldı. Qızın anası dedi ki, səndə ürək var. Oğlun əsgərlikdədir. Dedim, Allah böyükdür. Sevinclə toy elədim. Oğlu olan günü götürüb hər bir qohuma zəng eləmişdi ki, mənim oğlum oldu. Sevinirdi, çox sevinirdi. Əvvəl gəlib mənim otağıma girirdi. Məni öpürdü. Mən də ona çox bağlı idim. Deyirdi ki, narahat olma. Təki sevin ki, mən vətən uğrunda şəhid olaram. Dedim ki, oğul təki sən vətəni qoru, ailəni mən saxlayaram. Vağzalda qucaqlayıb dedi ki, ana, ağlama, mən Ülviyyənin evdən çıxmağına dözə bilməzdim. Ona görə getdim. Ülviyyə toyu olan qızımdı. Dedi ki, səhər Ülviyyə gəlin köçür, mən dözə bilmərəm. Ad günündə gəlib bacıma dəyərəm. Məni o qədər öpdü. Sürücü dedi ki, elə eləməyin, ayrıl uşaqdan. Gecələr də elə bilirəm ki, qapı açıldı, o, gəldi. 5 ildi qapı çıqqıldayır, elə bilirəm gəlir. Allah haqqı, qızım, özüm gözümlə gördüm ki, gəlib "vayenni" paltarını asıb ipdən. Çıxıb qışqırdım ki, Amil ölməyib, gəldi. Tutdular məni. Mən hamamın içindəydim, dedi ki, mama sənsən? Dedim hə, Amil, gəldin? Çıxdım, tapa bilmədim. Vallah gözümlə gördüm. Deyirlər xəyallarla yaşayırsan. Qıza xonça üçün şirniyyat hazırlayırdıq. Yoldaşıma dedim ki, nəsə lazımdırsa, dur get al. Mən də əlimdə mətbəxdə xamır yoğrururdum. Bir də gördüm ki, içəri girdi, "klyoklar" bunun əlindən düşdü. Dedim ki, nə olub? Dedi ki, heç nə. Elə bil bir başa qışqırdım. Dedim ki, Amilə nəsə olub? Dedi ki, yox, heç nə olmayıb. Dedim ki, bəs niyə rəngin qaralıb. Dedi ki, vallah heç nə olmayıb. Dedim ki, mən axşam yuxumda görmüşəm. Yuxuda görürəm ki, evim od tutub yanır, pəncərənin 4 tərəfindən tüstü çıxır. Dedi ki, yaralanıb. Ondan sonrasını xatırlamıram. İlk dəfə onun məzarına getdim. Gördüm ki, qala bilmirəm. Gördüm deyir ki, ana mən burdayam niyə gəlmirsən?. Durdum səhər-səhər məktub yazdım, qoydum yastığın altına, getdim. Sübh vaxtı, namaz vaxtı. Yazdım ki, mən getdim Amilin yanına, axtarmayın məni. Getdim, elə qəbirin üstündə uzanmışdım. Gördüm ki, qardaşlarım, oğlum məni gəlib maşına qoyub gətirdilər. O, olmayandan sonra həyat heç nədir".

Günel Rzayeva - həyat yoldaşı: "Kəndə qardaşımın toyuna gəlmişdi. Orada gördü. Ondan sonra istədik birbirimizi. Əsgər gedəndə dedi ki, məni gözləyərsən. Dedim ki, baş üstə. Çox gözəl insan idi. Ailəsinə qarşı, mənə qarşı. Mənə dedilər ki, əsas sənsən. Mənə dedilər, mən də dedim ki, mən gözləyərəm onu. Məni başqasına versəniz də, mən Amili gözləyərəm. Verməsəniz də, Amil gələndən sonra qoşulub ona qaçaram. Çox şən insan idi. Evə gələndə toy-bayram olurdu. O, gedəndə mən darıxırdım. Mənə demişdi ki, mən bəlkə gəlmədim əsgər qaldım. Valideynləri icazə vermədi. Sonradan getdi. Uşaq onu elə də xatırlamır. Çünki burada az olmuşdu. Uşağı aparmışdı gəzməyə, avtomat almışdı. Dedim ki, avtomatla oynaya bilir uşaq? Dedi ki, böyüyər erməniləri öldürər. Mən o avtomatı saxlayıram hələ də. Son dəfə mən ona sual verdim. Gördüm bir təhərdi. Dedim ki, mənlə, Yusifi çox istəyirsən? Dedi ki, dünyalar qədər istəyirəm. Dedim ki, onda bizə görə özündən muğayət ol. Bacısının xınayaxdısı oldu. Özü getdi çalğı gətirdi. Baldızım gəlin köçürdü, hazırlıq görürdük. Mən xəbərlərə qulaq asdım, adını eşitmədim. Eşitdim ki, Qazaxda atışma olub. Səhər zəng eləmişdim, zəng çatmadı. Ürəyimdə hiss eləmişdim ki, nəsə olub. Gəlib qonaqlara dedim ki, Amilə zəng çatmır. Sonra qayınatam gəlib dedi ki, Amil yaralanıb. Əvvəlcə inanmadım, sonra inandım ki, yaralanıb. Dedim ki, papa, mən də gəlim, Dedi aparacam, aparacam, aparmadı. Onda bildim. Əvvəl özümdə olmamışam, iynə vurublar. Sonra ayılıb yalvardım ki, mənə iynə vurmayın, onu son dəfə görüm. Dedilər ki, hə yaxşı. Bir də gördüm ki, kimsə məni oyadır ki, Amili görmək istəyirsənsə dur ayağa. Durdum gördüm ki, cənazəsin gətirdilər. Amma bizə göstərmədilər. Yuxuma da girir. Heç inanmıram. Deyirəm ki, ölə bilməz. Anam da dedi, atam da dedi, o tərəf də, bu tərəf də dedi ki, qayıt. Dedim ki, yox, insan bir dəfə ailə qurar. Özü də istədiyi ilə. O, mənim hər şeyim idi. Heç vaxt ona xəyanət edə bilməzdim. Heç də həyatımdan narazı deyiləm. Deyirəm sağdı, ölməyi ilə barışmıram. Ömrünün axırına qədər övladımı böyüdəcəm. Amilə layiqli oğul böyüdəcəm. Ömrümün axırına qədər onun adını daşımağa hazıram. Bununla da fəxr edirəm".

Xəbərlər     Baxılıb: 1811   Tarix: 19 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Arıqlamağı asanlaşdıran qidalar

"Zülalla zəngin qidalar yeyərək maddələr mübadiləsinin sürətini artıra və arıqlamağı asanlaşdıra bilərsiniz". Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI. Bunu oxuyandan sonra bir də heç vaxt çiyələ

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Gündə 50 qram püstə yeyin - FAYDALARI

Püstə zəngin qida mənbəyidir. Xüsusilə zülal, sağlam yağlar, lif, maqnezium, fosfor və B vitamini ilə zəngindir. Antioksidantlar, digər minerallar və vitaminlər baxımından da əhəmiyyətli bir tərkibə malikdir. -ə istinadə

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Bu qəhvə növü ölümcül xəstəliyə səbəb olur

Bir çox insanlar üçün kofeinsiz qəhvə cəlbedici bir alternativ kimi görünür,.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, kofeinsiz qəhvə ölümcül xəstəliyə səbəb ola bilər. Kofeinsiz qəhvə hazırlamaq üçün ümum

.

Moruq bu xəstəlikləri sağaldırmış

a istinadən moruğun faydalarını təqdim edir:. Arıqlamaq üçün bu məhsullara diqqət yetirin. Bu bitki xərçəngin qarşısını alır . Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız . - Qanı təmizləyir v

.

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər. -ə istinadən bildirir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar. Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdə

turlar.az

sonxeber.az gözəllik məhsulları gelinlikler donlar 2024 sperma üzdəki ləkələr düşüncə dərsi is qurmagin yollari kosmetika novruza aid hakışda sekis gozellik sac duzumleri qardasa aid haxistalar