Rövşanə efirdə yenə qonağı ilə dalaşdı: 'Özünü ərə getməklə

Rövşanə efirdə yenə qonağı ilə dalaşdı: 'Özünü ərə getməkləSon günlər verilişinə çağırdığı qonaqlarla qalmaqal yaşayan aparıcı Rövşənə Ağasəfqızının sözü influenser Nagehan Abdullayeva ilə çəp gəlib.
azxeber.com olay-a istinadən xəbər verir ki, Ağasəfqızı "Space səhər" proqramında qonaq etdiyi Nagehanı qəzəbləndirib. 
Buna səbəb isə Abdullayevanın "Mən azərbaycanlı bəylə evləndiyim üçün populyarlığım artdı. İnstaqramda türk gəlin görməmişəm" sözlərinə "Orada yoxdur da. Hamı çıxıb özünü ərə getməklə məşhur etmir" cavabı olub.
Abdullayeva "Xahiş edirəm sözlərinizə diqqət edin. Mən özümü ərə getməklə populyarlaşdırmamışam. Zatən instaqramda müəyyən qədər gündəmə gəlmişdim. Sonra izdivac verilişinə çıxdım" , - deyərək, özünü müdafiə edib.
Ağasəfqızı isə yenə də öz fikrində qalıb. Bundan sonra "Deməyim odur ki, instaqram və ərə getməklə yadda qalmaq bir işdirmi?" sualını ünvanlayıb.
Ətraflı
Nagehan "Siz elə danışırsız ki, mən şokdayam. Əminəm ki, izləyicilərim də reaksiyalarını gizlədə bilmirlər. Siz niyə bu qədər ərə getməyə ilişmisiz?" sözləri ilə qəzəblənib.
Rövşanə ondan işinin məğzini izah etməsini istəsə də, Abdullayeva aparıcıya sərt cavab verib:
"Sizin işinizin məğzi nədir? İnsanları əzib, tənqid etmək? Davamlı olaraq "ərə getmək" deyirsiz. Bu, xoşagəlməzdir. Mən ona görə cavab vermək istəmirəm. "Ərə getmək" deyə tutdurubsuz. Təhsilli insanam, nə olub ki? Mən burada ailə həyatımı düzgün göstərdiyim üçün sevilmişəm. Ailə həyatımı niyə davam etdirə bilmirəm ki? Ömrümün sonuna qədər evli qalacağam deyə bir şey yoxdur. Təbii ki, Fəridə fikir ayrılıqlarımız ola bilər. Heç kimin sığortalanmayıb. Bunu da düzgün edərik. İki uşağımız var, onlardan biri qızdır".
Qeyd edək ki, R. Ağasəfqızı ötən həftələrdə efirində Əməkdar artistlər Nigar Şabanova və İlkin Əhmədovla qalmaqal yaşayıb.

Şou Biznes     Baxılıb: 1462   Tarix: 18 aprel 2023
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Namiq Aygünlə yeni duetindən danışdı: 'Çox toxunan sözləri var'

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlaması ilə diqqət çəkib. -ə istinadən xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan Çuxurlu Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb

.

Orxan Zeynallının konserti baş tutdu - FOTOLAR

Reper Orxan Zeynallının "Buz uşağı" adlı konserti baş tutub. xəbər verir ki, Bakı İdman Sarayında keçirilən gecə anşlaqla keçib. Sənətçi 500-ə yaxın insan qarşısında çıxış edib. Konsertdə Orxan Bakı Opera Orkestr

.

Nərmin və rəqqasə Aygün arasında qalmaqal

Bu gün XƏZƏR televiziyasında  "İncə səhər" verilişində qonaq olan müğənni Nərmin Kərimbəyova və rəqqasə Aygün Babayeva arasında mübahisə düşüb. xəbər verir ki, buna səbəb Aygünün illər öncə olmuş hadisəni yenidə

.

Zarina: 'Bir çox ailə problemlərində günahkar valideynlərdir

"Xəzər axşamı" verilişinə qonaq olan aktrisa Zarina Qurbanova maraqlı açıqlamsı ilə yadda qalıb. xəbər verir ki, o, boşanmalara münasibət bildirərək fikirllərini izləyicilər ilə bölüşb. "Mənim 33 yaşım var

.

Orbakayte anasının hədiyyəsini satışa çıxartdı

Rusiyalı müğənni Kristina Orbakaite Alla Puqaçovanın ona hədiyyə etdiyi evi satışa çıxarıb. Rusiya mətbuatına əsasən xəbər verir ki, Orbakaite "İstra" su anbarının sahilində yerləşən anası Alla Puqaçovanın ona hədiyy

.

Həbsə girən adamdan ulduz olmaz' dediyi Bayhanla barışdı

Bir vaxtlar Popstar mahnı yarışmasında məşhur olan Bayhan Gürhan uzun müddət idi ki, ekranlarda görünmürdü. xəbər verir ki, 4-cü Beynəlxalq Zirvə Mükafatları mərasimində jurnalistlərin suallarını cavablandırıb. Bayhan, "Deni

.

Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. xəbər verir ki, Elçin "Instagram"da xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digə

.

Sobçak Puqaçovanın ana olmasındakı sirrin üstünü açıb - 'Surroqat ana

Bir çox ulduz kifayət qədər yetkin yaşda ailə həyatı qurur. Bəziləri uşaqları özləri dünyaya gətirir, bəziləri surroqat analığa müraciət edirlər. Deyə bilərik ki, Alla Puqaçova 64 yaşında ana olmaqla "yaşlılar"

.

Kirkorov Uspenskayanı 'dilənçi' adlandırdı

Rusiyanın xalq artisti Filipp Kirkorov və köhnə dostu Lyubov Uspenskaya arasında mübahisə səngimək bilmir. xəbər verir ki, Rus səhnəsinin kralı Lyubov Uspenskayanı dilənçi adlandırıb. "O, paltar və hədiyyələr üçün mən

turlar.az

sonxeber.az gelinlikler makiyaj instagram qadin dunyasi baliq yagi adət ənənələr qadin sayti bolqar biberinin faydasi kosmetika faydalı maskalar faydalı bilgilər nizami gencevi uzeyir novruza aid hakisdalar