Saç boyasının insan sağlamlığı üçün zərəri

Saç boyasının insan sağlamlığı üçün zərəriSaç boyasının insan sağlamlığı üçün zərəri

Həkim-dermatoloq Vaqif Abdullayev saç boyalarının baş dərisinə ziyanından danışıb: "İlk növbədə xanımlarımız saç boyalarından istifadə edərkən bilsinlər ki, saç boyalarında istifadə edilən kimyəvi maddələrdən 22-si Avropa ölkələrində qadağan olunub. Biz isə bəzən saç boyasının içində nə olduğuna belə, fikir vermirik.

Keçmiş zamanlardan bəri qadın gözəlliyinin bir parçası onun saçları olub. Qadınlarımız və gənc qızlarımız hər zaman saçlarının qeydinə qalıb, onların yaxşı görünməsini istəyiblər. Bəzi xanımlarımız saçlarını gözəl saxlamaq üçün saç boyalarından istifadə edirlər. Əslində isə bu cür boyaların nə dərəcədə ziyanlı olduğunu, saça və baş dərisinə nə kimi zərər vurduğunu bəziləri heç bilmirlər də.

Saç boyasının ziyanı

Ümumiyyətlə, saçı əmələ gətirən beş element var ki, bu da protein (83-87%), su (3%), duz, şəkər və yağ turşusudur. Saç canlı bir orqanizm olmadığı üçün bu elementlərin nisbəti həmişə qorunmalıdır. Saç boyasından istifadə isə bütün bunların məhvinə gətirib çıxarır".

Yaxşı boya varmı?

Dermatoloq saçlarını boyamağa ehtiyacı olanlara da məsləhət verib: "Xanımlarımız yaxşı olardı ki, təbii boya olaraq xınadan istifadə etsinlər. Çünki xına saçı həm qüvvətləndirir, həm də ona canlılıq verir. Saç boyaları isə xərçəng xəstəliyinə səbəb olur. Saç boyanarkən saçın təmiz, yaxud çirkli olması vacib deyil. Lakin saçda jele varsa, boyamadan öncə onu təmizləyin.

Saç boyasını vurmazdan əvvəl saçın diblərinə nəmləndirici krem vursanız, sonradan boyanı nəmli pambıqla dəridən təmizləmək asanlaşır. Saçı boyayarkən xanımlar bəzi məqamlara diqqət yetirməlidirlər: ilk öncə boyanın istifadə qaydasını oxumalıdırlar, əyinlərinə köhnə paltar geyinsələr, daha yaxşı olar, saç boyasını əlcəksiz vurmasınlar, əgər boya dəriyə bulaşıbsa, boyanı dərhal yaş dəsmal və ya dəri təmizləyən pambıqla silsinlər. Və son olaraq, ən vacibi - rəngin tutması üçün vaxta düzgün əməl olunmalıdır".

"Saç boyaları xərçəng yarada bilir"

Həkim-dermatoloq Vaqif Abdullayev xanımlarımıza həmçinin boyaların əks təsiri ilə bağlı xəbərdarlıq etdi: "Əgər birinci dəfə heç bir əks təsir etməmişdirsə, üçüncü dəfə istifadə zamanı saç boyalarının allergik reaksiya verməsi təəcüblü deyil. Çünki saç boyalarının belə bir xüsusiyyəti var. Həmçinin, saçlarını bu cür boyalarla rəngləyərkən xanımlarımız unutmasınlar ki, bu cür boyalar baş dərisini yandırmağa da qadirdir.

Bu gün çox gənc yaşda olan qızlarımız da saçlarını boyayırlar. Bu isə düzgün deyil. Axı insanın təbii saçı əvəzedilməzdir. Saç rəngində dəyişikliklər etmək istəyənlər, yaxşı olardı ki, xınadan istifadə etsinlər".

Gözəllik və Moda     Baxılıb: 3381   Tarix: 18 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

turlar.az

sonxeber.az geymler 2024 geyim və ayaqqabılar toy makiyaji sekilleri tərbiyə azərbaycan haqda öpüşmək toxunma geyimlər kosmetika hakisda maska klitor faydalı maskalar damla