Saçınızı boyamazdan əvvəl bilməyiniz lazım olan 10 MÜHİM QAYDA

Saçınızı boyamazdan əvvəl bilməyiniz lazım olan 10 MÜHİM QAYDASaçlarımız xarici görünüşümüzün ən əhəmiyyətli parçasıdır. Onun zəifləməsini, qurumasını və hətta boyanın təsiri ilə zərər görməsini arzulamarıq. Buna görə də saçımızı boyatmazdan əvvəl nələrə diqqət yetirməyimizin lazım olduğunu ətraflı araşdırdıq.

Hansı boyalar istifadə edilməməlidir? Rəng seçilərkən nələrə diqqət edilməlidir? Xına zərərlidirmi? Hamiləykən saç boyatmaq olarmı? Bütün bu sualları saç mütəxəssisi Uğur Alevyılmazdan cavablandırır. Saçlarınızı boyadarkən diqqət yetirməyiniz lazım olan 10 əhəmiyyətli məqam bunlardır:

1. Əvvəllər heç boyadan istifadə etməyən bir adam boyaya başlamalıdırmı? Yoxsa bəzi saça qulluq maskalarından istifadə etməlidir?
Əgər ağ saçları yoxdursa, amma dəyişiklik etmək istəyirsə, cüzi kölgələrdən istifadə edilməsi ən doğrusudur. Tamamilə dəyişiklik etmək istəyirsə, mümkün olduğu qədər ana rəngdən uzaqlaşmadan boya ilə saçda dəyişiklik edilə bilər. Saçları boyamadan öncə hər hansı bir allergiyasının olub-olmadığını öyrənmək vacibdir.

2. Boyadan istifadə edərkən boya növünə diqqət etməniz məsləhət görülür. Tanımadığınız firmanın boyası ilə saçınızı boyatmayın. Boyanın təbii olması və boyanın içindəki ammonyak nisbətinin aşağı olması saç sağlamlığı baxımından çox əhəmiyyətlidir. Səhv boya seçimi saçı qurudar və saçın zərər görməsinə səbəb ola bilər.

3. Saça tətbiq olunacaq rəng seçilərkən saçınızın formasına və dəri rənginizə ən uyğun rəngi seçmək lazımdır. Dəri rənginizə uyğun gəlməyən tünd rəng sizi yaşca daha böyük göstərər və sizə sərt bir görünüş verər.
Əgər saçda ağ tüklər yoxdursa və saçlarınıza tez-tez rəng qoymaq istəmirsinizsə, ən azından ana rəngə yaxın rəng seçmək təklif edilir.
Saçda ağ tük çoxdursa, açıq tonlardan istifadə etmək daha doğrudur, beləcə, ağ tüklər çıxdığı zaman tez nəzərə çarpmaz.

4. Hamilələrə ilk üç ayda saçlarını boyatmamaları təklif edilir. Hamilələr qoxulara qarşı həssas olduğu üçün saçların boyanmaması məsləhətdir. Üç aydan sonra da hamiləlik boyunca təbii boyalardan istifadə edilməlidir və əgər münkündürsə boyanın saçda saxlanma müddəti az olmalıdır.
Hamilələr saçları üçün boyadan başqa balyajlardan istifadə edə bilərlər, çünki balyaj edilərkən saçın dibi ilə əlaqəsi olmur.
Hamilələr arxayın olmaq üçün saçlarını boyatmazdan öncə mütləq həkimləri ilə məsləhətləşməlidirlər.

5. Dəb olduğu üçün qışda tünd, yazda açıq rəng qoyulmalıdır deyə bir qayda yoxdur. İnsanın üzü və saç quruluşuna görə rəng seçimi ən yaxşısıdır. Unutmayın, saçlarınızı yazda açıq, qışda tünd rəngdə boyadaraq təkrar əvvəlki rəngə qaytarmaq saçınızı zəiflədə bilər. Zəifləmiş, görünüşünü itirmiş saçı kəsməkdən başqa çıxış yolu qalmır.

6. Qadınlar əsasən belə düşünür: "Xına saçları qalınlaşdırır, parlaq edir və zərərsizdir". Amma heç də belə deyil. Çünki saç teli balıq gövdəsi kimidir və onun üzərində pulcuqlar vardır. Xına, saç telini sadəcə üzdən rəngləyir və onların bağlanmasına səbəb olur. İnsan saçının qalınlaşdığını zənn edər, əslində saç telinin üzərində bir təbəqə meydana gəlir, hətta bu zaman saç hava almır və zamanla qurumağa başlaylr. Ona görə də xına qoymaq məsləhət deyil.

7. Diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli məsələ boya alarkən qutularının üzərindəki rənglərə baxıb almamağınızdır. Çünki ümumiyyətlə boya maddəsi ilə üzərindəki saç rəngi uyğun gəlmir. Buna görə də boya kataloquna baxıb bildiyiniz növləri almağınız tövsiyə edilir. Ümumiyyətlə, boyanı təlimatda yazılan vaxtdan daha çox saxlamaq kimi səhvlərə də yol verilir. Qutunun üzərindəki göstərişlərə mütləq əməl etmək lazımdır.

8. Boyadan istifadə edərkən hər dəfə bütün saçın boyanmaması lazımdır. Boya yalnız yeni çıxan dib qisminə sürtülməlidir. Əgər saçın parlaq olmasını istəyirsinizsə, saça uyğun gələn rəng şampunları və kremləri tətbiq oluna bilər. Hər səfərində saça boya çəkilib, saxlanması saçı çürüdər.

9. İstədiyiniz rəng məsələsində qərarsız olsanız, saç ustanıza bəyəndiyiniz və bəyənmədiyiniz rəng tonlarının şəkillərini göstərin. Ən yaxşı nəticəni o zaman əldə etmiş olarsınız. Saç ustanız "Mənim öhdəmə burax, ən yaxşısını edəcəyəm" desə belə diqqətli olun, sonra bəyənmədiyiniz bir saç rəngi ilə qarılaşa bilərsiniz.

10. Saçınızın rəngi üz quruluşunuzu fərqli göstərə bilər. Açıq tonlar insanı yaşlı, tünd tonlar cavan göstərir. Məsələn, saçınızın təpə hissəsinin həcmli görünməsini istəyirsinizsə, saçınızın öz rəngindən bir az daha açıq rənglənməsi, ya da təbii bir balyaj edilməsi daha yaxşı olar. Unutmayın, üzünüzdə bəyəndiyiniz və ya bəyənmədiyiniz yerləri saçınıza tətbiq olunan rəng tonları ilə daha qabarıq edə bilər və ya əksinə, gizlədə bilərsiniz. sun.az

Gözəllik və Moda     Baxılıb: 2030   Tarix: 08 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

turlar.az

sonxeber.az qaşların formalari hamilelikde qidalanma həkim məsləhəti intim pozalar yay geyimleri dil haqqinda atalar sözləri masaj kosmetika xanim.az bayatılarımızda vətən həsrəti qaynana sağlamlığın sirleri statuslar