Saçlarınız tökülürsə, bu yağlardan istifadə edin

Saçlarınız tökülürsə, bu yağlardan istifadə edinSaç tökülməsi xanımların ən çox qarşılaşdığı problemlərdən biridir. Mövsümi dəyişikliklər, stres, dəmir çatışmazlığı və hormonal problemlər bunu yaradan səbəblərdən bir neçəsidir. Bəs saç tökülməsini azaltmaq üçün hansı yağlardan istifadə etmək olar?
Milli.Az Axşam.az-a istinadən ev şəraitində sadə üsullarla saç tökülməsini azaltmağa yardımçı olan yağları təqdim edir.
Badam yağı
Bu yağdan istifadə saçlarınızın gücünü bərpa etməyə yardımçı olur. Saç köklərini və uclarını qidalandıraraq daha sağlam və həcmli görünməsini təmin edir. Badam yağından kirpik və qaş tökülməsində də istifadə edə bilərsiniz.
Yağı bütün saçınıza çəkin, isti dəsmalla bağlayıb 10-15 dəqiqə gözləyin. Sonda saçlarınızı yuyun. Bunu mütamadi olaraq etdikdə nəticə görəcəksiniz.
Zeytun yağı
Tərkibindəki antioksidan, A və E vitaminləri ilə saçları kökündən ucuna qədər qidalandırır, yumşaqlıq və parlaqlıq verir. Qan dövranını sürətləndirərək, saçların daha sürətli uzanmasına yardımçı olur və saç qırıqlarını bərpa edir. Saçlarınızın töküldüyünü və ya zəiflədiyini müşahidə edirsinizsə, zeytun yağından istifadə etmək məsləhətdir.
Kokos yağı
Tərkibindəki vitaminlər sayəsində baş dərisini qidalandırır, saç tökülməsinin və dəri xəstəliklərinin qarşısını alır. Həmçinin onlardan gözəl qoxu gəlməsini təmin edir.
Çin simmondiyası yağı
Bu yağ bütün saç tipləri üçün uyğundur. Çin simmondiyası yağı tıxanmış və kəpəkli baş dərisini təmizləyir, saç tökülməsini, qırılmasını azaldır. Saç follikullarını stimullaşdıraraq uzanmasını sürətləndirir.
Gənəgərçək yağı
Bu yağ antibakterial xüsusiyyəti sayəsində baş dərisində qan dövranını sürətləndirir, saç tökülməsinin qarşısını alır, daha sürətli uzanmasını təmin edir. Həmçinin, kəpəyin əmələ gəlməsinin qarşısını alır.
Lavanda yağı
Baş dərisinin sağlamlığını bərpa edərək nəfəs almasına kömək edir, kəpək və qaşıntıları aradan qaldırır. Lavanda yağı baş dərisində qan dövranını artırır, göbələklərin və infeksiyaların yaranmasının qarşısını alır.
Rozmarin yağı
Bu yağın tərkibindəki vitaminlər və antioksidanlar sayəsində saç kökləri qidalanaraq güclənir. Bu da saç tökülməsinin qarşısını alır, onları nəmləndirir, daha canlı və parlaq olmasını təmin edir.
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 866   Tarix: 22 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

Elektron siqaret çəkmək hobbisi son dərəcə təhlükəlidir, çünki nəticələri müxtəlif yollarla özünü göstərə bilər.   -a istinadən xəbər verir ki, Ukraynanın İctimai Sağlamlıq Mərkəzi bu cür təhlükəli əyləncələri sevənləri

.

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.   -a istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. . Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyay

.

Yaponların "sarı qızıl" adlandırdıqları toxum – Faydaları saymaqla bitmir

Yaponlar öz mətbəxlərində tez-tez sarı küncütdən istifadə edirlər. Əsasən suşi və salatlarda istifadə edilən sarı küncüt faydaları ilə də diqqət çəkir. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları 

.

Qəbizliyi dərhal aradan qaldıran tərəvəz

Qəbizlik geniş yayılan və haqqında çox danışılmayan bir problemdir. Bu problem çox vaxt həyat keyfiyyətini aşağı salır və insanı narahat hiss etdirir. Uzun müddət davam etdikdə isə xroniki hal ala bilər. Ona görə də qəbizliy

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. . -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, lobya düzgü

.

Kəklikotunun çoxsaylı faydaları

Kəskin qoxusu ilə diqqət çəkən bir bitki olan kəklikotu daha çox yeməklərdə istifadə olunur. Kəklikotu bir çox xəstəliklərin təbii müalicəsində də istifadə olunur. Müntəzəm olaraq kəklikotu istehlak edən insanlar bədənlər

turlar.az

sonxeber.az geyim dəbləri sac duzumleri gozel gorunmek enli koftalar alt geyimləri qadin dunyasi.az qadin.az kosmetika rus dili 2ci ders zəhmət oglaq terezi birlik