Seksin qadın və kişi sağlamlığı üçün inanılmaz faydaları

Seksin qadın və kişi sağlamlığı üçün inanılmaz faydalarıSeksin qadın və kişi sağlamlığı üçün inanılmaz faydaları

Normal intim həyat insan sağlamlığı üçün olduqca vacib amillərdən biridir. Elmi cəhətdən sübut olunan bu fakt bir daha onu göstərir ki, cinsi fəaliyyətlə insan sağlamlığı arasında birbaşa əlaqə var.

Çalışın intim həyatınızda hər şeyi yerbəyer edin. Özünüzü bu sevgi oyunlarından məhrum etməyin ki, sağlamlığınızdan məhrum olmayasınız.
Seksin sağlamlığa 10 təsiri haqqında yazını təqdim edirik.

1. Seks hərəkət deməkdir. Fəal intim həyatı olan insanlarda fizioloji dəyişikliklər baş verir ki, bunu fiziki məşqlərlə müqayisə etmək olar. Belə ki, seks zamanı tənəffüs sürətlənir, orqanizm yorulur, son nəticədə sekslə məşğul olarkən orqanizm idman etdiyi zaman sərf etdiyi kalorilərdən daha çox kalori yandırır.

2. Normal intim həyat, müntəzəm olaraq sekslə məşğul olmaq insanı stressdən azad edir. Seks zamanı orqanizmdə stress hormonları ilə mübarizə aparan dofaminin miqdarı artır, bununla da orqanizm bir çox xəstəliklərə səbəb olan stressdən asanlıqla qurtula bilir.

3. Normal intim həyat normal qan təzyiqi deməkdir. Müntəzəm sekslə məşğul olmaqla qan təzyiqini normal vəziyyətdə saxlamaq olar.

4. Alimlərin qənaətinə görə həftədə üç dəfə sekslə məşğul olanlar passiv intim həyatı olan insanlardan 10 il cavan görünürlər. Seks vaxtsız qocalmanın qarşısını alan ən yaxşı vasitələrdən biridir.

5. Fiziki hərəkətləri əvəz edən seks insanın dərin və normal yuxusunu təmin edir. Yuxu problemlərindən əziyyət çəkənlər üçün yatmazdan əvvəl sekslə məşğul olmaq istənilən yuxu dərmanından qat-qat effektlidir.

6. Statistik göstəricilərə görə 40 yaşdan yuxarı kişilərin 50 faizdən çoxu potensiya zəifliyindən şikayətlənirlər. Cinsi zəifliyin ən yaxşı dərmanı məhz elə seksdir. Fəal intim həyat cinsi həvəsi artırır, potensiyanı zəifləməyə imkan vermir.

7. Ən nəhayət seks cütlüyün bir-birinə etibarını, güvənməyini, sevgi hisslərini mənəvi və fiziki baxımdan bir nöqtədə birləşdirən, sonda bütün umu-küsüləri unutduran ən gizli və ən pünhan sevgi oyunudur.

8. Müntəzəm olaraq sekslə məşğul olmaq prostat xərçənginin yaranma ehtimalını azaldır. Alimlərin bu sahədə apardıqları araşdırmaların nəticələrinə görə seks onkoloji xəstəliklərin inkişafına mane olur.

9. Normal intim həyat sağlam ürək deməkdir. Seks infarkt və insult üçün ən yaxşı profilaktik vasitədir. Mütəxəssislərin apardıqları tədqiqatların nəticələrinə görə seks kişilərdə ürək xəstəliklərinə tutulma riskini azaldır. Alimlər seksin ürəyə bu müsbət təsirinin qadınlara aid olmadığını da aşkar ediblər.

10. Seks orqanizmin immun sisteminə müsbət təsir göstərərək onu gücləndirir. Aparılmış tədqiqatlar da sübut edib ki, müntəzəm sekslə məşğul olanların immuniteti, müxtəlif xəstəliklərə müqaviməti daha güclüdür.

Ailə və Uşaq     Baxılıb: 17964   Tarix: 22 yanvar 2015
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR - Valideynlər oxusun

Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələri və bunu vərdiş halına gətirmələri uşaqlar üçün təhlükəlidir. İnsanların həyatını asanlaşdırmaq üçün istehsal edilən və inkişaf etdirilən texnologiyanı

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

turlar.az

sonxeber.az toy gecesi yemek reseptleri geyim və ayaqqabılar saç həkimi şorba reseptləri cinsi münasibətlər seks hekayələri 2024 kosmetika faydalı maskalar bayraq burclerin uyumu turpun nağlı yutube