"Sənə erməni qanı bəxş edən anan..." - Məşhurlardan Nərminə ÇOX SƏRT REAKSİYALAR

"Sənə erməni qanı bəxş edən anan..." - Məşhurlardan Nərminə ÇOX SƏRT REAKSİYALARNərmin Şahmarzadə adlı psixoloq olduğu bildirilən gənc qızın Milli Qəhrəman Mübariz İbrahimovla bağlı yaydığı fikirlərə bir sıra tanınmış şəxslər də reaksiya verib.

Xanim.az kult.az-a istinadən xəbər verir ki, onlar bu barədə sosial şəbəkələrdə qeyd ediblər.

Əməkdar artist Aybəniz Haşımova: "Kaş ki, bircə gecə şəhid anasının yerinə övladının məzarını yataq bilib yataydın. Kaş ki, şəhid anasının yerinə balanın geyimlərini bağrına basıb qoxusunu geyimlərdən alaydın, məzarında saatlarla bitməyən gözyaşlarına sarılardın. Heç bilirsiniz o necə dərddir? Bilsəydiniz, reklamınız üçün şəhid qanına bulaşmazdınız, Nərmin. Siz artıq o ada layiq deyilsiniz. Adınızı da ruhunuz kimi satın! Şəhidlər sizlərin azad, firavan yaşamağınız üçün öz xoşbəxtliyindən keçən, Vətən uğrunda körpə balalarını yetim qoyan, hələ gənc yaşlarından qəbir evinə gedənlərdir. Siz tək Mübarizə yox, bütün şəhid vermiş ailələrin, ana-bacıların qaysaq bağlamış yarasını qopartdınız, onlara sataşdınız. Deyirsiniz ki, Azərbaycanda kişi yoxdur. Bəs atanız kimdir, kişi deyil? Bəsdirin, özünüzü yığışdırın! Erməni itinin mənim torpağımda nə işi var idi ki? Mübariz kiminsə torpağında qan tökməyib, bizim torpağa soxulanların cəzasını verib. Onun əllərinə ruhuna qurban olum".

Əməkdar artist Nüşabə Ələsgərli: "Öz xalqının yolunda ən şirin nemət olan canından keçən qəhrəman. Dostu, xalqının uşağı və qocası gözü qabağında vəhşicəsinə öldürülən insan sənin kimi edər. Onu da hər kəs bacarmaz. Əbədi ürəyimizdəsən".

Əməkdar artist Nuriyyə Hüseynova: "Qəhrəman, mərd, qeyrət, şərəf simvolu şəhidim. Məkanın cənnət, ruhun şad olsun! Sözünü, özünü bilməyənlərə ar olsun!"

Müğənni Rəqsanə: "Vətən uğrunda canını qurban verən şəhidlərimizə allah rəhmət etsin. Bu oğullarımız bizim xalqımızın rahat yatması üçün canlarından keçib. Mübariz İbrahimov adı bütün dünyaya səs saldı. Bu gün hansısa danışığını bilməyən tərbiyəsiz ifadələr işlədir, erməni dığasını özünə düşmən saymır. Onda bu torpaqda nə qələt edirsən? Rədd ol get dığaların ölkəsində yaşa! Belələrinin dilini dibindən çıxarmaq lazımdır. Bir də kimsə belə qələt etməsin. Görün başımıza hansı oyunlar gəlib, nə qədər insan əsir düşüb, bacı-qardaşlarımız, körpələrimiz şəhid olub. Necə bunlara düşmən deməyək? O xanımın bizim şəhidimizin adına işlətdiyi söz bağışlanılmazdır. Allah Mübariz qardaşımıza rəhmət etsin. Bütün vətən uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm".

Şair Cəlal Qurbanov (Xocalıda vəhşicəsinə qətlə yetirənlərin fotosunu paylaşıb): "Bu fotoya diqqətlə bax! 26 fevral 1992-ci il. Dünya hələ də bu soyqırıma və haqsızlığa göz yumur. Sənin günahsız adlandırdığın erməni əsgərinin ayağının altında günahsız körpə və Azərbaycan balasının qanı var. Bu özü psix olan "psixoloqun" görüntüsü və danışdığı absurd və məntiqsiz şərhlər əvəzinə, illərdir işğal altda olan torpaqlarımızı paylaşaq. Ermənilərin bizə qarşı törətdiyi soyqırımını paylaşaq. Günahsız Zəhraları paylaşaq... Bu qız adı bizdən olan, qanı bizdən olmayan, bu vətəndə doğulub, böyüyüb, amma millətinə nankor, dönük və satqın çıxan xaindir. Bu nankor və satqın qız deyir ki, erməni mənim düşmənim deyil və Mübariz İbrahimov döyüş zamanı olmadan, günahsız erməni əsgərlərini öldürüb. Ay bədbaxt psixoloq, o günahsız adlandırdığın ermənilərin, Xocalımızda bir gecənin içərisində, dinc əhaliyə qarşı törətdikləri soyqırıma, gecə şirin- şirin beşiyində uyuyan məsum körpə balaların, anaların, qızların, gəlinlərin başlarına açdığı vəhşilik və qətliama bəs nə ad qoymusan? Sənin qəhraman hesab etmədiyin Mübariz ürəyində olan vətən sevgisindən, yaddaşından silinməyən və gözlərinin önündə hər an canlanan o günahsız körpə balaların, anaların, bacıların, hamilə qadınların namusunu- qeyrətini, nahaq axan qanlarını yerdə qoymamaq üçün, bir alayın edə bilməyəcəyini təkbaşına bir neçə saatın içində edib və qəhrəmancasına şəhid olub. Bütün media işçilərinə, saytlara, bu qızın şəklini İnstaqram və Feysbuk səhifələrində paylaşan bacı və qardaşlarıma üzümü tutaraq, dönə-dönə xahiş edirəm. Bu qanı bizdən olmayan qızın şəklini, şərhini və hər hansı bir yazısını paylaşmayın. Artıq ermənilər bu paylaşımlarda öz şərhlərini yazaraq, bu satqın azərbaycanlını ermənipərəst "qəhraman" adlanadıraraq, ona dəstək göstərirlər. Kaş ki, həmin gecə Xocalıda qeyrətli, namuslu ana və bacılarımızın, hamilə qadınların yerinə, sənə erməni qanı bəxş edən anan olardı. Onda sən bu cür danışmazdın!"

Xəbərlər     Baxılıb: 1560   Tarix: 17 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

turlar.az

sonxeber.az sac duzumleri geyim necə seçməli yay kolleksiyasi cinsi sağlamlıq qadin dunyasi pomidorun ziyani moda xəbərləri kosmetika qizlar buga burcu terezi hakışdalar dostluq