Sızanaqlara qarşı maskalar

Sızanaqlara qarşı maskalarSızanaqlara qarşı hazırlanan maskalar təkcə sızanaqlardan qurtulmağa deyil, həm də dərinin rəngini və ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edirlər.
Sızanaqlara qarşı maskalardan istifadə etmədən öncə onların yaranma səbəbini öyrənmək lazımdır. Əyər sızanaqlar sizi daim narahat edirsə, üzünüzün dərisinin böyük hissəsini tutursa, və dam yenidən əmələ gəlirsə onda özünüz onlarla mübarizə apara bilməyəcəksiniz. Bunun üçün mütəxəssisə müraciət etməyiniz məsləhətdir. Ola bilər ki, həkim-dermatoloq sizə Akne diaqnozu qoysun. Bu üzdə olan piy toxumalarının ciddi xəstəlikliyidir. Belə olan halda həkiminiz sizə dərmanlarla müvafiq müalicə kursu yazacaq. Yox əyər sızanaqlarınız müvəqətidirsə onda bu problem kosmetikdir və siz bu sızanaqlardan özünüz azad ola bilərsiniz.
Sızanaqlara qarşı effektiv maskalar:
Bu maskanın hazırlanması üçün sizə lazım olacaq: bir xörək qaşığı aloy şirəsi, bir xörək qaşığı limon şirəsi, köpük halına gətirilmiş yumurta ağı və yarım çay qaşığı 2%-lik salisil spirti (apteklərdən soruşun). Hamısını yaxşıca qarışdırın. Alınmış məhlulu təmiz üzə nazik qatla çəkin. Bir az qurumasını gözləyin və ikinci qatı çəkin. 10 dəqiqədən sonra üzünüzü soyuq su ilə yuyun. Aloy tərkibli maska qısa bir müddətdə sızanaqların qızartısını çəkir və bir müddətlik üzdə olan məsamələri daraldır.
***
Sızanaq əleyhinə meyvəli maska da mövcuddur: Onun hazırlanması üçün bir portağalın içini bir xörək qaşığı əzilmiş, çəyirdəksiz gilasla qarışdırın. Meyvələri yaxşıca əzin və üzərinə bir xörək qaşığı nişasta və ya kartof unu əlavə edin. Bir daha qarışdırın və nazik qatla üzünüzə yaxın. 15 dəqiqə saxlayin. Vaxtın tamamında üzünüzü ilıq su ilə yuyun.
***
Növbəti sızanaq əleyhinə maska gil ilə hazırlanır: bir xörək qaşığı gil, bir çay qaşığı zeytun yağı, bir yumurtanın ağı və bir kivinin ləti (içi). Qatı püre şəklinə gələnə qədər məhsulları yaxşıca əzmək lazımdır. Alınmış məhlulu üzünüzə çəkin. 10 dəqiqə keçdikdən sonra isə isti su ilə üzünüzü yuyun.
***
Növbəti üsul isə olduqca qədimi üsul hesab olunur: 2 xörək qaşığı dazotunun üzərinə bir lt. qaynar su tökün və 5 dəqiqə ərzində qaynadın. Sonra kənara qoyub 2-3 saat dəmdə saxlayın. Soyuduqdan sonra dazotu suyunu buz qablarına tökün və soyuducuda dondurun. Alınmış buzlarla hər səhər üzünüzü silin.
***
Tərkibi arpadan olan maskalar da sızanaqlarla mübarizədə çox gözəl effekt verir. Arpa kəpəyini 15 dəqiqə ərzində qaynar suda isladın. Alınmış məhlulu üzünüzə çəkin və qurumasını gözləyin.

Gözəllik və Moda     Baxılıb: 70208   Tarix: 20 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

turlar.az

sonxeber.az kosmetik vasiteler kosmetika mehsullari geymler 2024 qış geyimi kətələr qadınlar və kişilər baliqqulagi kosmetika baldiz gulmeli hakista zehmet ve zinet vetene aid bayatilar haxista